Шүбһә доғуран суаллар


Sual 70: Yezid Kərbəla faciəsinə görə tövbə etdimi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə37/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   33   34   35   36   37   38   39   40   ...   60
Şübhə doğuran suallar

Sual 70: Yezid Kərbəla faciəsinə görə tövbə etdimi? 
Cavab: Tarix boyu əksər tarixçilər, mühəddislər və digər din 
alimləri Yezidi cinayətkar, Aşura hadisəsinin müqəssiri kimi 
tanısalar da, Qəzali kimi bə`zi alimlər Yezidin tövbə etməsinin 
mümkünlüyünü nəzərə alaraq, ona lə`nət oxunmasını düzgün 
hesab etmirlər. 
İslam aləmində böyük şəxsiyyət olmasına baxmayaraq, 
Qəzalinin uyğun fikri məqbul sayılmır. Onun nəzərinə qarşı 
tanınmış alimlər e`tiraz etmiş, hətta ayrıca kitab da yazılmışdır. 
Bununla belə, Lamens Yəhudi kimiləri İslam ensiklopediyasındakı 
məqalələrdə eyni sözləri təkrarlayırlar. Son vaxtlar bə`zi dini 
mərasimlərdə də uyğun məsələ ilə bağlı şübhəli fikirlər söylənilir. 
Yezidin 
tövbə etməsi haqqında ehtimallar doğuran 
mə`lumatlara nəzər salaq: 
1. İbn Qətibə “əl-imamət vəl-siyasət” kitabında yazır” 
“Hadisələr baş verdikdən sonra Yezid elə ağlayırdı ki, sanki ruhu 
bədənindən çıxacaqdı.”
128
2. Kəsili başlar və əsirlər saraya gətirildikdən sonra Yezid çox 
həyəcanlandı və bu cinayətdə İbn Ziyadı təqsirləndirərək dedi: 
“Allah Mərcanənin oğluna (Übeydullah ibn Ziyad) lə`nət etsin, 
məni müsəlmanlar arasında mənfur etdi və qəlblərində mənə qarşı 
kin yaratdı.”
129
Digər 
bir 
mənbədə 
Yezid 
imam 
Hüseynin 
(ə) 
müxalifətçiliyinə qarşı həlim adam kimi tanıtdırılır. Guya, Yezid 
128
c.2, s. 8. 
129
Təzkirətul-xass”, s. 256. 


54 
imamın qətlini istəməmiş, bu cinayət İbn Ziyad tərəfindən 
törədilmişdir.
130
3. Yezid Kərbəla karvanını Mədinəyə yola salarkən imam 
Səccada (ə) müraciətlə deyir: “Allah Mərcanənin oğluna lə`nət 
etsin! And olsun Allaha, əgər Hüseynlə üz-üzə olsaydım, onun 
bütün istəklərini yerinə yetirərək, övladlarımın həyatı bahasına da 
olsa, ölümü ona yaxın buraxmazdım!”
131
Doğrudanmı, Yezid imamın qətli haqqında fərman 
verməmişdir? Doğrudanmı, O, ibn Ziyadı lə`nətləmişdir? 
Doğrudanmı, Yezid öz işindən peşiman olmuşdur? 
Yezid Mədinə hakimi Vəlid ibn Ütbəyə ilk məktubunda yazır: 
“Məktubum çatan kimi Hüseyn və İbn Zübeyri çağır və onlardan 
mənim üçün bey`ət al. Əgər qəbul etməsələr hər ikisinin boynunu 
vur və başlarını mənə göndər!”
132
Digər mənbələrdə oxuyuruq: “İmam Hüseyn (ə) Məkkədə 
olarkən Yezid onu qətlə yetirmək üçün həccə gizli şəkildə adamlar 
göndərdi.”
133
Hətta Yezidin oğlu Müaviyə Dəməşq came məscidinin 
minbərindən danışarkən atasını imamın qətlində ittiham 
etmişdir.
134
“Təzkirətül-xass” kitabında bildirilir ki, Yezid imamın (ə) 
şəhadət xəbərini eşitdikdə xoşhal oldu. O, İbn Ziyada qiymətli 
hədiyyələr göndərdi.
135
Sonrakı tarixi hadisələr bir daha sübut edir ki, Yezid nəinki 
İbn Ziyadı kənarlaşdırmamış, hətta İbn Zübeyrin qaldırdığı qiyamı 
yatırmaq üçün də onu göndərmişdir. Əgər Yezid, İbn Ziyada qarşı 
qəzəblənmişsə, bu zahiri bir manevr və həzrət Zeynəbin (ə), eləcə 
də, imam Səccadın (ə) çıxışlarına hədəf olmamaq üçündür. 
Kəsilmiş başlar və əsirlər Dəməşqə gitiriləndə Yezid şadlıq 
məclisi qurmuş, hətta əlindəki ağacla imamın dişlərini 
döyəcləmişdir.
136
Yezid yalnız xalqın mənfi münasibətindən yaxa 
qurtarmaq üçün zahirən təəssüflənə bilərdi. 
130
“Əlkamilü fittarix”, c. 2, s. 578. 
131
Həmin mənbə 
132
“Tarixi Yə`qubi”, c. 2, s. 241 
133
Lühuf, s. 82. 
134
“Tarixe Yə`qubi”, c. 2, s. 254. 
135
s. 29. 
136
“Tarixe Yə`qubi”, c. 2. s, 245. 


55 
Əgər Yezid tövbə etmişdisə, sonrakı həyatında bu tövbənin 
tə`sirləri görünməli idi. Hansı ki, aşuradan sonra iki il 
hakimiyyətdə qalan Yezid daha iki cinayət törətdi: 
1. Mədinə əhlinin qırğını; 
2. Məkkəyə qoşun yeritməklə Kə`bə evinə hörmətsizlik. 
Beləcə, tarixi həqiqətlər Yezidin tövbə etmədiyini sübuta 
yetirir. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin