49
baş verdi.
120
O, bu işin necə baş verməsi haqqında sorğuya icazə
vermir.
Bə`zi alimlərin fikrincə, imamın qırxı günü (ərbəin) geri
qayıdan imam Səccad (ə) imamın başını Kərbəlada onun
bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun
kənarında dəfn olunması mə`lum deyil.
Bə`zi
mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq
darvazasında asıldıqdan sonra onu endirib,
Süleyman ibn
Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman
imamın mübarək başını Dəməşq qəbiristanında dəfn etdi. Onun
canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən
çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz,
güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da
imamın başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.
Sual 66: Aşura axşamı yaxın adamlarından imamı
tərk edən
oldumu?
Cavab: Aşura axşamından danışan tarixi mənbələrdə bildirilir
ki, imam (ə) öz adamlarına Kərbəladan getməyi təklif etdikdə heç
kim bu təkliflə razılaşmadı. Onların şəhadətlə razılaşması imamı
dilə gətirdi: “Mən səhabələrimdən yaxşı səhabə, ailəmdən
xeyirxah ailə tanımıram.”
121
Eyni mənbədə bildirilir ki, Müslim , Hani və Əbdüllahın
şəhadət xəbərindən sonra imam öz ətrafındakılara buyurdu: “Ey
mənim şiələrim, bizi xar etdilər! Bizi tərk etmək istəyən getsin.
Belə ki, biz öz bey`ətimizi sizin üzərinizdən götürdük.” Sonra nəql
olunur ki, imamın (ə) döyüşçüləri dəstə-dəstə dağılışmağa
başladılar. İmamın (ə) ətrafında Mədinədən onunla bir
yerdə yola
çıxmış kiçik bir qrup qaldı. Rahat həyat arzusu ilə imama
qoşulanların belə bir məqamda onu tərk etməsi təbii idi.
Mö`təbər mənbələrdə həmin andan sonra kimsənin imamı tərk
etməsi barədə mə`lumat yoxdur.
Dostları ilə paylaş: