50
ətrafında 100 nəfərə yaxın adamın olduğunu bildirir. Qeyd olunur
ki, onlardan beşi həzrət Əlinin (ə) övladları, on altısı Bəni-Haşimi,
qalanları isə müxtəlif qəbilələrdən olmuşdur.
122
İbn Şəhr Aşub
orada 82 nəfərin olduğunu bildirir.
123
“Məsirül-əhzan” kitabında
isə imamın ətrafında 100 piyada, 45 süvari olduğu nəql edilir.
İmam Baqirdən (ə) nəql olunan
bir hədisdə də bu say
təsdiqlənir.
124
Ən təəccüblü rəqəm isə Məs`udi tərəfindən qeyd olunur. O,
imam Hüseyn (ə) Kərbəlaya çatdığı anadək onun ətrafında 500
süvari və 100 piyada olduğunu qeyd edir.
Bu say barədə ən məşhur mə`lumata əsasən Kərbəlada
imamın 32 süvarisi və 40 piyadası olmuşdur. Yə`ni cəmi 72
nəfər!
125
Sual 68: Kərbəlada imam Səccaddan (ə)
başqa sağ qalan
oldumu?
Cavab: Tarixi mənbələr aşağıdakı mə`lumatları verir:
Sağ qalan bəni haşimilər:
1. İmam Səccad (ə)
2. Həsən ibn Həsən (Həsəni-müsənna). O, Aşura günü yaralı
halda əsir düşdü. Sonralar imam Hüseynin (ə) qızı Fatimə ilə ailə
qurdu və 35 yaşında dünyasını dəyişdi. Həsən ibn Həsən
Məhəmməd ibn Əbdüllahın babasıdır. Məhəmməd ibn Əbdüllahın
həm atası, həm də anası ələvi olduqlarından ona “Nəfsi-zəkiyyə”
ləqəbi verilmişdir.
3. Zeyd ibn Həsən. Zeyd də imam Həsənin övladlarındandır.
O, 90 il ömür sürmüş və Bəni-Haşim
böyüklərindən hesab
olunmuşdur.
4. Əmr ibn Həsən.
5. Məhəmməd ibn Əqil
6. Qasim ibn Əbdullah ibn Cə`fər
Digər səhabələr:
122
“Tarixi Təbəri”, c. 5, s. 393.
123
“Əlmənaqib”, c. 4, s. 98.
124
“Biharul-ənvar)”, c. 45, s, 4.
125
“Biharul-ənvar”, c. 45, s. 4
51
1. Üqbə ibn Səm`an. O, imam Hüseynin (ə) arvadı Rübabın
qulamı olmuş, Aşura günü əsir düşmüş və qulam olduğu üçün
azad edilmişdir.
2. Zəhhak ibn Əbdullah Məşriqi. Bu şəxs imam Hüseynlə (ə)
şərt kəsmişdir ki, məğlubiyyət labüd olacağı təqdirdə imamı tərk
edəcək. Belə də oldu. Aşura günü son anlarda imama yaxınlaşıb
şərtini xatırlatdı. İmam buyurdu: “Əgər canını qurtara bilərsənsə,
getməyinə e`tiraz etmirəm.” İmamın razılığını aldıqdan
sonra
Zəhhak düşmən sıralarını yara-yara mö`cüzəli bir şəkildə döyüş
meydanından çıxa bildi. Tarixçilər Kərbəla haqqındakı
mə`lumatlarında onun dediklərindən bəhrələnmişlər.
3. Qulam Əbdurrəhman ibn Əbdullah Ənsari. O,
bildirir ki,
döyüşdən sonra qaçıb canını qurtarmışdır.
4. Mərqə ibn Səmamə Əsədi.
5, Müslim ibn Ribah Mövla Əli.
Qeyd edildiyi kimi, Kərbəla hadisəsi haqqındakı rəvayətlərin
çoxu bu şəxslər tərəfindən nəql olunmuşdur.
Dostları ilə paylaş: