63
yerini kobudluq və zor tutur. Ona görə də imam (ə) öz məntiqi
dəlilləri ilə həqiqi İslamın ayinlərini xalqa çatdırırdı.
İmam Hüseyn (ə) Kərbəladakı
müraciətlərindən birində
buyurur: “Məgər mən sizin Peyğəmbərinizin (s) qızının, əmisi
oğlu və birinci müsəlman Əlinin oğlu deyiləmmi?! Məgər Həmzə
və Cə`fər Təyyar mənim əmilərim deyilmi?! Eşitməmisinizmi
Peyğəmbər (s) qardaşımla mənim haqqımda belə buyurub: “Bu iki
nəfər behişt cavanlarının ağasıdırlar.”?! Əgər məni yalançı
sayırsınızsa, Cabir ibn Əbdullah Ənsari, Əbu Səid Xidri, Səhl ibn
Sə`d Saidi,
Zeyd ibn Ərqəm, Ənəs ibn Malikdən soruşun! Mən
sizlərdən kimi öldürmüşəm ki, qanını almağa gəlmisiniz?! Kimin
malına
zərər vurmuşam ki, əvəzini istəyirsiniz?! Kimi
yaralamışam ki, qisas tələb edirsiniz?! “Müraciət edilənlər
susdular. İmam (ə) əvvəlcə onu qiyama də`vət edib,
sonra
düşmənə qoşulanlara üz tutdu: “...Siz yazmamışdınız ki, meyvələr
yetişib, bağlar səfalanıb, tələs hazır qoşuna tərəf? Yox, and olsun
Allaha, heç vaxt alçaq adamlara bey`ət əlini uzadıb,
qullar kimi
qaçmaram.”
148
İmam öz məntiqli cümlələri ilə həqiqətləri işıqlandırır, bütün
bəhanələri kəsir və beləcə, höccəti tamamlayırdı.
Dostları ilə paylaş: