73
Bir şəxs yaş ağacı tonqala atıb, onun alışmadığını görürsə,
təəccüblənməməlidir. Ağacın alışmasına mane olan səbəblər
araşdırılmalıdır. Şübhəsiz ki, alovun ağaca tə`sirinə mane olan
səbəblər vardır. Düzgün istiqamətdə aparılan araşdırmalar göstərir
ki, ağacın tərkibindəki rütubət alova müqavimət göstərir. Əgər bu
maneə aradan qaldırılarsa ağac dərhal alışar. Demək, ağacın
alışması üçün alovu tam səbəb bilmək olmaz.
Ortaya suallar çıxır: dəqiq şərtlər nədir; hər səbəbin tə`sir payı
nə qədərdir; bir səbəb həlledici rol oynaya bilərmi; tə`sir
mexanizmi necədir? Amma insan düşüncəsi müstəqil şəkildə
bütün suallara cavab tapmaq gücündə deyil. Peyğəmbərlərin ən
böyük xidmətlərindən biri insan düşüncəsinin fövqündəki
məsələləri işıqlandırmaqdır.
İmam Hüseynə (ə) əza saxlamağın savaba malik olmasında
təəccüblü heç nə yoxdur. Nəql edəcəyimiz rəvayət uyğun
məsələyə aydınlıq gətirir:
Əllamə Bəhrul-ülum Samirraya gedərkən yol boyu imam
Hüseynə (ə) ağlamağın savabı barədə düşünür. Yolda onunla
rastlaşan ərəb onu fikirli görüb, nə barədə düşündüyünü soruşur.
Bəhrul-ülum bildirir ki, imam Hüseyn (ə) üçün axıdılan bir damla
göz yaşının günahları yuması barədə fikirləşirəm. Ərəb deyir:
“Təəccüb etmə. Sənə bir misal çəkim. Bir gün sultan ovda azıb
yoldaşlarından ayrı düşür. Meşədə bir komaya rast gəlir. Burada
yaşayan qoca qarı və onun oğlu südü ilə dolandıqları keçini qonaq
üçün kəsirlər. Sultan saraya qayıtdıqdan sonra onların yaxşılığına
necə cavab vermək barədə düşünür. Nəhayət başa düşür ki, olanını
ona vermiş insanların mükafatı yalnız sultanın bütün olanlarıdır!
İmam Hüseyn (ə) Allah yolunda hər şeyindən keçib, Allah
Hüseynə (ə) ağlayana misilsiz savablar verirsə, təəccüb
etməməliyik.”
Dostları ilə paylaş: