74
olunur. Amma könlünü oxşamayan varlıqla qarşılaşan insanın
qəlbində nifrət hissi baş qaldırır. Bu nifrət e`tiraz, lə`nət, qarğışla
müşayiət olunur.
Allah övliyalarını sevən insan,
təbii ki, Allah düşmənlərinə
nifrət edir. Allah düşmənlərinə nifrət etməyən kəs tədricən onlarla
dostlaşır, onların sözlərini qəbul edir, nə vaxtsa özü də Allahın
düşməninə çevrilir. Əgər insan, orqanizminə daxil olmuş mikroba
qarşı çıxmasa, bu mikrob tədricən bütün bədəni çulğayır.
Yalnız Allah dostları ilə dostluq kifayət deyil. Allah
düşmənləri ilə düşmənlik etməyən
insan Allahla dostluqdan
məhrum olur.
İnsan məntiqi olaraq sevgisini salam, nifrətini lə`nətlə bildirir.
İmam Hüseynin (ə) düşmənlərinə lə`nət oxumadan İmama salam
göndərmək faydasızdır. Yə`ni dostun düşməni ilə dostluq ən azı
riyakarlıqdır.
Sual 94: Şiəlik əqidəsinə görə göz yaşına bu qədər əhəmiyyət
verilməsinin əsası nədir?
Cavab: İnsan varlıq aləmində baş verən bir çox
hadisələrin
mahiyyətindən xəbərsizdir. Çoxları, ümumiyyətlə, hadisələrin
dərinliyinə varmır, zahirdə gördükləri ilə kifayətlənirlər.
Göz yaşı da belə sirli həqiqətlərdəndir. Kimi göz yaşını daxili
hisslərin təzahürü kimi e`tiraz, kimi də bədbinlik kimi
qiymətləndirir. Müasir dünyanı şadlıq dünyası kimi qəbul edib,
göz yaşlarının əbəs olduğunu iddia edənlər də var. Amma şiələr
göz yaşına daha ciddi yanaşır
və onun əsil mahiyyətini
açıqlayırlar.
Əsaslı beş növ ağlayış qeyd etmək olar:
− qorxu və həyəcandan ağlayış;
− mərhəmət qazanmaq üçün ağlayış;
− qəm-qüssədən ağlayış;
− şadlıqdan ağlayış;
− təqva, ruhani kamillikdən ağlayış.
Sonuncu bənddə qeyd olunan göz yaşları ilahi insanlara
aiddir. Bu göz yaşlarının səbəbi daxili yanğı, pəhrizkarlıq,
peşmançılıq, tövbə, Allah eşqidir. İnsanı kamillik zirvəsinə
qaldıran, onu Allaha yaxınlaşdıran da məhz bu göz yaşlarıdır.
Təqva ağlayışının bir sıra amilləri vardır:
1. Günahdan peşmanlıq
75
İlahi insanlar batdıqları günaha görə peşman olur, göz yaşları
axıdırlar. Həzrət Əli (ə) buyurur: “Allaha itaətə üz tutub, günahları
üçün ağlayan kəsin xoş halına” (“Nəhcül-bəlağə”, x. 176)
2. Allah doğru hərəkətdə büdrəmə qorxusu
Allah aşiqləri daim özlərini təhlükədə hiss edir, öz gələcəkləri
üçün narahat olurlar. Doğrudan da, iman yolunda şeytanın
qurduğu sədlərdən keçmək olduqca çətindir. Bu çətinliklər barədə
düşünən aşiq göz yaşları axıdır.
3. Şövq və sevgi
Həqiqi Allah aşiqləri hicran qəmindən pərişan olur, mə`şuqla
görüş həsrəti ilə hönkür-hönkür ağlayırlar.
4. İlahi əzəmət qarşısında qorxu
Bu qorxu insanın düşüncəsindən doğur. İlahi
əzəməti dərk
edən mö`minlər bu əzəmət qarşısında tir-tir əsir, göz yaşları
axıdırlar. İmam Sadiq (ə) buyurur: “Allahın haram buyurduqlarına
qapanan, gecələr ibadət üçün oyaq qalan və gecə yarı Allah
qorxusundan ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü
ağlar qalacaq.
165
5. Həqiqi dost itkisi
Allah aşiqlərinə məhəbbət Allaha məhəbbətdir. Belə insanları
müvəqqəti də olsa itirmək mö`min üçün ağrılıdır. Mə`sum
imamların
bir-birləri üçün, həzrət Peyğəmbərin (s) Həmzə üçün
ağlaması Allah sevgisi ilə bilavasitə bağlıdır.
6. Arzu olunan fəzilətlərdən uzaqlıq
Bə`zən ilahi insanlar arzuladıqları ilahi sifətlərə çata
bilmədikləri üçün ağlayırlar.
Bir çox mö`təbər mənbələrdə, eləcə də Qur`ani kərimdə ilahi
eşqlə bağlı göz yaşları təqdir olunur. “İsra” surəsində oxuyuruq:
“Onlar səcdəyə qapanaraq ağlayırlar.”
166
İmam Sadiq (ə) buyurur: “Bəndənin Allaha ən yaxın halı
səcdəyə qapanaraq ağladığı haldır.
Dostları ilə paylaş: