Sual 97: İslam dinində şadlığa münasibət necədir?
Cavab: Ayə və rəvayətlərə əsasən insan səadəti üçün faydalı
olan şadlıq zəruridir. İslam orta həddi gözləyən dindir. Bu
baxımdan ifrat və təfrit şadlıq da məqbul sayılmır.
İslamda insan təbiətinə münasib olmayan heç bir ayin yoxdur.
Bütün ilahi göstərişlər insanın fitri ehtiyaclarına uyğun şəkildə
tənzimlənmişdir. Şadlıq insanın mühüm fitri ehtiyaclarındandır.
Varlıq aləmindəki gözəlliklər, təravətli bahar, lətafətli sübh, ürək
oxşayan şəlalələr, ailə və övlad məhəbbəti insanın qəlbini sevinclə
doldurur.
Həqiqi şadlığın bə`zi amillərini sadalayaq: iman, taledən
razılıq, günahdan pəhriz, çətinliklərlə mübarizə, xoş qoxu, idman,
həyat həvəsi, fiziki iş, əyləncə, Qur`an qiraəti, Allahın zikri,
sədəqə və s. Qur`ani kərimdə behişt ne`mətlərinin sadalanması,
İslamın şadlığa müsbət münasibətinin təsdiqidir. Mə`sumlardan
(ə) nəql olunmuş rəvayətlərdə bu münasibət bir daha öz əksini
tapır. İslam Peyğəmbəri (s) buyurur: “Mö`min şux və
fərəhlidir.”
170
Həzrət Əli (ə) buyurur: “Şadlıq anları
qənimətdir.”
171
İmam Sadiq (ə) buyurur: “Zarafat təbi olmayan
mö`min yoxdur.”
172
Amma hər şeyin həddi olduğu kimi, şadlığın da həddi var.
Şadlıq insanın imanına, tövhid ruhuna, ilahi düşüncəsinə zidd
olmamalıdır. İfrat şadlıq nəinki bəyənilmir, hətta məzəmmət
olunur. Həzrət Əli (ə) şadlığın əsas səbəblərindən olan zarafat
haqqında buyurur: “Çox zarafat edən şəxs vüqarını və ağırlığını
itirir.”
173
İmam Sadiq (ə) buyurur: “Çox zarafat etmək insanı
abırdan salır.
174
Şadlıq, gülüş, təbəssüm səmimi olmalı, eləcə də, başqalarının
şəxsiyyətini alçaltmamalıdır. Həzrət Peyğəmbər (s) buyurur:
“Allah cənazəyə, ölümə gülən kəsi qiyamət günü hamının gözü
qabağında alçaldar.”
Bir çox müsəlman alimləri həqiqi şadlığın insanın daxili
aləminə aid olduğunu bildirirlər. Onların nəzərincə dünyəvi şadlıq
dünya kimi müvəqqətidir və onun ardınca qəm-qüssə gəlir.
170
“Tühəful-üqul”, s. 49.
171
“Ğürərül-hikəm”, h. 2023.
172
“Üsule-kafi”, c. 2, s. 663.
173
“Ğürərül-hikəm”, s. 222.
174
“Kafi”, c. 2, s. 666
78
Əksinə, həqiqi mə`nəvi şadlığa çatmaq üçün qəmdən keçmək
lazım gəlir.