Шүбһә доғуран суаллар


Sual 100: Aşura günü düşmən əhatəsində imamın günorta  namazına durmasının səbəbi nə idi?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə56/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   52   53   54   55   56   57   58   59   60
Şübhə doğuran suallar

Sual 100: Aşura günü düşmən əhatəsində imamın günorta 
namazına durmasının səbəbi nə idi? 
Cavab: Namaz dinin sütunu, Allahla bəndə arasında ən 
möhkəm bağlılıq vasitəsidir. Mö`min öz namazı ilə tanınır. Namaz 
qılan şəxs namaz vasitəsi ilə Allaha doğru ucalır.
176
Namaz Allahla ünsiyyət yolu, Peyğəmbərin (s) ilk və son 
sifarişidir. O, namazı gözünün nuru adlandırır. Ən zəif namaz 
belə, insanla günah arasında səddir. Allah-taala buyurur: “Namaz 
insanı çirkin və pis işlərdən uzaqlaşdırır.”
177
İmam Sadiqin (ə) yaxınlarından olan Müaviyə ibn Vəhəb 
imamdan Allaha ən əziz əməl haqqında soruşduqda həzrət 
175
“Şüəra”, 3 
176
“Mizanul-hikmə”, c. 5, h. 10243, 10238. 
177
“Ənkəbut”, 45. 


80 
buyurur: “Allahı tanıdıqdan sonra namazdan fəzilətli əməl 
bilmirəm.”
178
Əgər imam Hüseynin inqilabının məqsədi dinin canlanması 
idisə və dinin də sütunu namazdırsa, nə üçün Kərbəla səhnəsində 
namaz qılınmamalıdır?! Həzrət Hüseyn (ə) və yaxınları düşmən 
oxları altında günorta namazına dururlar. Onlardan bir hissəsi 
namaz əsnasında qanına qəltan olub, şəhadət şərbətini içir. Hələ 
Aşura axşamı imam və tərəfdarlarının ibadəti, münacatı, Qur`an 
tilavəti bəndəliyin ən gözəl nümayişi idi. 
Siffeyn döyüşünün qaynar çağında həzrət Əlinin (ə) göyə 
baxdığını görən ibn Əbbas bunun səbəbini soruşur. İmam buyurur: 
“Namaz vaxtını gözləyirəm.” İbn Əbbas “belə bir vaxtda döyüşü 
dayandırıb namaz qıla bilmərik” deyir. Həzrət Əli (ə) buyurur: 
“Biz onlarla namaza görə döyüşürük.” 
Bəli, imam Hüseynin (ə) qanlı Aşura səhnəsində namaza 
durması namaza e`tinasız müsəlmanlara ən ciddi xəbərdarlıqdır! 
Sual 101: Hürr ibn Yezid kimdir? 
Cavab: İmam Hüseynin (ə) karvanı bir neçə məntəqədən 
keçib Şərafa yetişdi. İmamın qarşısını kəsmək tapşırığı almış Hürr 
ibn Yezid xeyli döyüşçüsü ilə birgə bu məntəqədə imama çatdı. 
Hürrün qoşununu susuz, yorğun görən imam öz köməkçilərinə 
göstəriş verdi ki, Hürrün əsgərlərinə su versinlər. Hürrün 
əsgərlərindən biri belə xatırlayır: “Mən susuz və yorğun 
olduğumdan qoşundan dala qalmışdım. Düşərgəyə daxil olanda 
gördüm ki, Hüseynin yaxınları bizim əsgərlərə su paylayırlar. 
Mənə baxan olmadığını görən Hüseyn (ə) əlində su məşki (tuluq) 
mənə yaxınlaşdı. Mənim taqətdən düşdüyümü görən həzrət məşki 
əlində tutaraq su içməkdə mənə kömək etdi.” 
Günorta namazının vaxtı çatdı, imamın müəzzini azan verdi. 
İmam (ə) Hürrə buyurdu: “Sən öz qoşununla namazını qıl.” Hürr 
imamla birgə namaz qılıb, ona iqtida edəcəyini bildirdi. Namazdan 
sonra Hüseyn (ə) Hürrün qoşununa müraciətlə xütbə oxudu və əsil 
həqiqəti açıqladı. İmamın xütbəsi başa çatdıqdan sonra Hürr dedi: 
“Bizə əmr olunub ki, sizi Kufəyə ibn Ziyadın yanına aparaq.” 
İmam bu sözlərdən qəzəbləndi və üzünü yaxınlarına tutub geri 
dönmək əmri verdi. Hürrün yolu kəsdiyini görən İmam (ə) 
178
“Mizanül-hikmə”, c. 5, h. 10245. 


81 
buyurdu: “Anan əzanda otursun, bizdən nə istəyirsən? Hürr dedi: 
“Bir başqası anamın adını çəksəydi, ona cavab verərdim. Amma 
sənin anan haqqında tə`zimdən başqa bir söz gəlməz.” 
Bununla belə, Aşura günü imamın (ə) fəryadını eşidən Hürr 
özünü ona çatdırdı və ərz etdi: “Sənə fəda olum, ey Peyğəmbər 
övladı! Mən yolunu kəsib səni qayıtmağa qoymayan, sənin bu bəla 
dolu torpaqda qalmağına bais olan adamam. Heç vaxt güman 
etməzdim ki, bu camaat səninlə vuruşub, belə rəftar edə. Artıq 
peşmanam və Allahın dərgahına tövbə edirəm. Allah mənim 
tövbəmi qəbul edərmi? Həzrət buyurdu: “Bəli, Allah tövbəni qəbul 
edər və günahını bağışlayar.” Maraqlı bir nöqtəyə diqqət edək: 
Hürrün imam Hüseynə (ə) qoşulması hadisələrin nəticəsini dəyişə 
bilərdimi? Əlbəttə ki, Aşura günü artıq hər şey mə`lum idi, imam 
və ətrafındakılar şəhadətə qucaq açmışdılar. Demək, imam Hüseyn 
(ə) Hürrü qəbul etməklə hərbi qüvvəsini artırmaq yox, daha bir 
insanın hidayətinə, islahına cəhd edirdi. Budur övliya mərhəməti! 
Hürr ibn Yezid imama qoşuldu və çox keçməmiş şəhadət 
camını başına çəkdi. Yarıcan Hürr imamın hüzuruna gətirilərkən o 
həzrət əlini onun üzünə çəkib buyurdu:”Sən ananın qoyduğu ad 
kimi insansan, sən dünya və axirət azadəsisən.”
179

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin