85
Cavab: Bu işdən çəkinmək lazımdır.
Məzhəbə mənfi
münasibət yaradan əməllər yolverilməzdir. Bu da qeyd
olunmalıdır ki, İslamda bədənə zərərli işlər haram sayılır.
Sual 110: Namaz vacibdir yoxsa əzadarlıq?
Cavab:
Şübhəsiz ki, vacib namazlar əzadarlıqda iştirak
etməkdən mühümdür. Əzadarlığı bəhanə edib namazı
tərk etmək
caiz sayılmır. Amma vacib namazı qılmaqla əzadarlıqda iştirak
etmək müstəhəbdir.
Sual 111: Camaat namazını vaxtında qılmaq
mühümdür,
yoxsa əzadarlığı davam etdirmək?
Cavab: Camaat namazı daha mühümdür.
Sual 112: Əzadarlıqda mikrofondan istifadə etməklə
qonşuluqda sakitliyi pozmağın eybi yoxdurmu?
Cavab: Əzadarlar imkan daxilində çalışmamalıdırlar ki,
qonşulara əziyyət verməsinlər.
Dostları ilə paylaş: