Шүбһә доғуран суаллар


Sual 95: Əzadarlıq, müsibət zikri zamanı necə olur ki, insan  qəmlənir, göz yaşları axıdır?  Cavab



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə53/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   49   50   51   52   53   54   55   56   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 96
Sual 95: Əzadarlıq, müsibət zikri zamanı necə olur ki, insan 
qəmlənir, göz yaşları axıdır? 
Cavab: Bəli, belə bir hal hər əzadar üçün müyəssər deyil. 
Həqiqi sevgi, həqiqi hicran, həqiqi qüssənin əsasları var. 
165
“Üsule-kafi”, c. 2. 
166
a. 109 


76 
Əvvəla, qəmli hadisələr, müsibətlər yada salınan vaxt 
kədərlənmək insan üçün qiymətli halətdir.
167
İkincisi, ağlamaq insanın mə`rifəti ilə bağlı təzahürdür. Buna 
görə də, mə`sumlara verilən işkəncələri xatırlayarkən qəmlənib 
ağlamayan insanlar Əhli-beyt ilə daha yaxından tanış olmalıdırlar. 
Bu ilahi insanlarla daha yaxından tanış olmaq üçün onların 
həyatını mütaliə etməli, onların buyuruqları barədə düşünməli, ən 
əsası, bu şəxsləri nümunə kimi tanıtdıran Allahı tanımalıyıq. 
Kənar mövzularda çox danışmaq, çox günaha yol vermək, 
uzun-uzadı arzular, dünya malına sevgi, zalım və dəyərsiz 
insanlarla yoldaşlıq, çox gülmək, ibadətdən uzaqlıq insanın qəlbini 
daşlaşdırır, onun diqqətini ilahi həqiqətlərdən yayındırır.
168
Bəli, insanı insan edən duyumlu, mərhəmətli, diri qəlbdir. 
Qəlbi yumşaltmaq, diriltmək üçün zikr olunmuş bə`zi tədbirləri 
sadalayaq: ölüm haqqında düşünmək, moizə və nəsihət dinləmək, 
ilahi ayələr və qiyamət haqqında fikirləşmək, fəzilət sahibləri ilə 
ünsiyyət, yoxsulları doyurmaq, yetimlərə mərhəmət, Allahın zikri, 
Əhli-beytlə yaxınlıq, Qur`an qiraəti, çoxlu tövbə. 
Sual 96: Şiəlik yalnız əzadarlıqdanmı ibarətdir? 
Cavab: Şiələrin Qədir-xum, Fitr, Qurban, Məb`əs və 14 
mə`sumun doğum günü kimi əzəmətli bayramları var. Şiəliyin 
qəm-qüssə məzhəbi kimi tanınması bu məzhəbin yox, bə`zi ifratçı 
şiələrin nöqsanıdır. İslamda Əhli-beytə əzadarlıq tövsiyə olunduğu 
qədər bayram və şadlıqlar da tövsiyə olunmuşdur. Həzrət 
Peyğəmbər (s) buyurur: “Mö`mini sevindirən məni sevindirmişdir, 
məni sevindirən isə Allahı sevindirmişdir.”
169
Tarixi baxımdan, şiəlikdə əzadarlıqların çoxluğu Əhli-beytə 
edilən zülmlərlə bağlıdır. Tarixdə bu zülmün misli yoxdur. Tarix 
Kərbəla hadisəsi qədər ağır faciəyə heç vaxt şahid olmamışdır. 
Zalım hakimlər, qansız təcavüzkarlar tərəfindən qırğın edilmiş 
xalqlar faciənin, qəm-qüssənin nə olduğunu yaxşı anlayır və hüzn 
günlərini xüsusi qeyd edirlər. 
167
“Vəsailüş-şiə”, c. 4, s. 1121 
168
“Biharül-ənvar”, c. 71 s, 281, c. 70, s 55, c. 78, s. 83, c. 75, s. 370, c. 1, s. 
203, c. 77, s. 45. 
169
“Mizanül-hikmə”. 


77 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin