Шүбһә доғуран суаллар



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə50/60
tarix25.06.2023
ölçüsü1,19 Mb.
#134996
1   ...   46   47   48   49   50   51   52   53   ...   60
Şübhə doğuran suallar

    Bu səhifədəki naviqasiya:
  • Sual 91
Sual 90: Aşura hadisəsinin əziz tutulması üçün bu mövzuda 
söhbətlərlə kifayətlənib, sinə və zəncir vurulmasını aradan 
götürmək olmazmı? 
Cavab: İmam Hüseyn (ə) şəxsiyyətinin cəmiyyətə 
tanıtdırılması üçün konfranslar, elmi çıxışlar, tədqiqatlar və 
məqalələr çox faydalıdır. Amma öz rəftarımıza nəzər salsaq 
mühüm rola malik iki qrup amillə rastlaşarıq. Birinci qrup amillər 
insanın hər hansı bir həqiqəti dərk etməsini tə`min edir. Lakin hər 
hansı bir həqiqəti elmi şəkildə bilmək insanın həmin həqiqətə 
münasibətini müəyyənləşdirmir. 
Şəhid Mütəhhəri buyurur: “Amil insanın daxilində olmalıdır 
ki, onu hərəkətə gətirsin. İnsanda hər bir işə daxili meyl olmalıdır 
ki, həmin iş yerinə yetirilsin. Elmi tanışlıq insanın hərəkətə 
gəlməsi üçün kafi deyil. Yalnız psixoloji amil insanı işə sövq edə 
bilir.” 
Bəli, insan çox şey bilir, amma bildiklərinə əməl etmir. 
Düşmənin mənfurluğunu hamı bilir. Amma yalnız düşmənin 
163
“Biharül-ənvar”, c. 43, s. 174. 
164
“Nisa”, 4. 


72 
vəhşiliklərini gözü ilə görənlər ona nifrət edir. İnsan sevdiyi 
adamı xatirələr vasitəsi ilə yad edərək şövqə gəlir. 
İmam Hüseyn (ə) haqqında söhbətlər həqiqət və ədalət 
haqqında təsəvvür yarada bilər. Amma meydana girib bu dəyərləri 
müdafiə etmək üçün həyəcanlanmış hisslərə ehtiyac var. 
Universitet səviyyəsində Kərbəla faciəsindən xəbərdar olan bir 
gənc məmləkətinə təcavüzü sakit qarşılasa, təəccüblənməyin. 
Çünki, o, bu həqiqətləri daxilən yaşamamışdır. Amma imam 
Hüseyn (ə) əzadarlıq məktəbindən keçmiş gənc həqiqət və ədalət 
uğrunda qanlı savaşa atılmaqdan çəkinmir. 
Sual 91: Nə üçün əzadarlığa aşuradan bir neçə gün əvvəl 
başlanılır? 
Cavab: İmam Hüseynə (ə) əzadarlıq keçirilməsi müqəddəs 
şəriətin tapşırılmış göstərişlərindəndir.Amma bu əzadarlığın 
forması xalqın istəyindən asılıdır. Bə`zi yerlərdə Aşura 
gününədək, bə`zi yerlərdə imamın üçünədək, bə`zi yerlərdə isə 
imamın yeddisinədək əzadarlıq keçirilir. İstənilən formada 
əzadarlıq keçirmək xalqın ən`ənələrindən asılıdır və bu 
müxtəlifliyin heç bir eybi yoxdur. Əsas məsələ Aşura hadisəsinin 
mahiyyətinin açıqlanması və xalqın həqiqətsevərlik və 
ədalətsevərlik hisslərinin oyadılmasıdır. 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin