52
edir.
Mö`təbər hesab olunmayan bu rəvayətdə deyilir:
“Yəzdəgirdin qızı Ömərin yanına gətirilərkən Mədinə qızları onun
tamaşasına durmuşdular. Bu qız məscidə daxil olarkən ətrafı
işıqlandırdı… Əmirəl-mö`minin (ə) Ömərə buyurdu: “Ona ixtiyar
ver, qoy müsəlmanlardan özünə ər seçsin.” Ömər qıza bu imkanı
verdi. Qız imam Hüseynə (ə) yaxınlaşıb, Əlini Hüseynə uzatdı.
Həzrət Əli (ə) ondan adını soruşdu. Qız dedi: “Cahanşah”…Sonra
həzrət oğlu Hüseynə (ə) buyurdu: “Bu qızdan
sənin üçün yer
üzünün ən yaxşı şəxsi doğulacaq.” Bir vaxt bu xanım imam
Səccadı (ə) dünyaya gətirdi. Ona “İbnəl-xeyrəteyn” (iki seçilmişin
oğlu) deyirdilər…
Bu rəvayəti nəql etmiş iki şəxsin heç biri mö`təbər hesab
edilmir. Bundan əlavə, rəvayətin mətninə iradlar bildirilmişdir.
Məsələn, Yəzdəgird şahın qızının əsir düşməsi çox şübhəlidir.
Onun Ömər zamanında imam Hüseyn (ə) ilə izdivacı da inandırıcı
görünmür. Bu rəvayətdən başqa heç bir yerdə imam Səccad (ə)
“İbnəl-xeyrəteyn” adlandırılmayıb.
Elə
düşünürük ki, bu rəvayəti düzəltməkdə məqsəd, İranın
Sasanilər sülaləsini mə`sum imamlara bağlamaq olmuşdur. Tarix
kitablarının heç birində Yəzdəgirdin övladlarının
əsir düşməsi
barədə mə`lumat yoxdur.
İmam Səccadın (ə) anası haqqında ən mühüm sənəd
Mənsurun Məhəmməd ibn Əbdüllaha yazdığı məktubdur.
Məktubda deyilir: “Həzrət Peyğəmbərin (s) vəfatından sonra sizin
aranızda imam Səccaddan (ə) üstün şəxs olmayıb, hansı ki, o,
kəniz övladı idi.” (“Əlkamilü fittarix”, c. 2,s 570)
Maraqlıdır ki, Mənsurun bu sözlərinə nə Məhəmməd, nə də
başqaları e’tiraz etməmişdir. Əgər imam Səccadın (ə) anası iran
şahzadəsi olsaydı, təbii ki, Mənsura cavab verilərdi.
Demək olar ki, bütün şiə mənbələrində imam Səccadın (ə)
anasının doğuş vaxtı vəfat etdiyi bildirilir.
Nəql olunur ki, imam
Səccadı (ə) həzrət Əlinin (ə) kənizlərindən biri böyütmüşdür.
Həzrət (ə) yalnız bu kənizi ərə verdikdən sonra camaat onun
imamın anası (ə) olmadığını anlamışdı.
127
Beləcə, mö`təbər mənbələrə əsasən imam Səccadın (ə) anası
adından və əsil-nəsəbindən asılı olmayaraq Kərbəlada olmamışdır.
127
“Biharul-ənvar”, c. 46, s. 8.
53
Deyilənlərdən bu da mə`lum olur ki, Reyin şərqində dağda
“Şəhrəbanu bibi” adı ilə tanınan ziyarətgahın imam Səccadın (ə)
anası ilə heç bir əlaqəsi yoxdur.
Bu məqbərənin sonradan
tikilməsinə digər bir sübut uzun illər Reydə yaşamış Şeyx
Səduqun bu barədə heç bir mə`lumat verməməsidir.
Olsun ki, həmin məqbərədə Şəhrəbanu adlı hər hansı
mö`minə bir qadın dəfn olunmuşdur. Xalq isə adlar üst-üstə
düşdüyündən bu məqbərənin imam Səccadın (ə) anasına aid
olduğunu güman etmişlər.
Dostları ilə paylaş: