Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə75/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   71   72   73   74   75   76   77   78   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-yönlük hal mövqeyində; məs.: - Dəyirmandan aparın, oni un 
çəkin gətirin yiyərüg (Muğ.); -De:r ki, vəzir məni qardaşımın ya-
nınnan aparın görüşüm (Qaz.).
Qədim abidələrdə; məs.: ol suwdin kandu “O suya cumdu 
(MK, III c. s.184); Av avlayu gəzərkən ögindən bir yaralu keyik 
çıqdı (KDQ, s.105);
-yerlik hal mövqeyində; məs.: - Kamyonnan gedirdi, Küveyt-
tən baha alırdıla (Təb.); - Dağdan qırxıler, aranəler, aranda qırxı-
ler (Qaz.); - Keşmişdən qamış dam- nar olardı; - Gələn su bu tor-
pağı müdafiə: eləmir, keşmişdən də eləmirdi, indi də eləmir (Ş.) 
və s.
Orxon - Yenisey abidələrində çıxışlıq halın vəzifəsini əsasən 
yerlik hal yerinə yetirir. Sonra qoşmasının qədim şəkli kisre qoş-
ması yiyəlik halla idarə olunur, bəzən də konteksdə öz əksini tap-
mır; məs.: Anta alığ adaşıma anta sizimə, ergü eşimə adırıldım 
“Onda süd qardaşımdan, onda sizdən, yaxşı dostlarımdan ayrım-
dım (Yenisey, 11-ci abidə).
Göründüyü kimi, tarixi abidələrdə o (liyinin qədim formasının (an) çıxışlıq halında sonra qoşmasının 
işlənməsinə ehtiyac qalmamışdır. Zaman anlayışını - dan, - dən 
şəkilçisi bildirmişdir. Qədim qəlib olduğu kimi qalmış, yalnız 
əvəzlik dəyişmişdir. Tarixən danışıq dilinə məxsus olduğundan, 
indi də şivələrdə özünə yer tapmışdır.
müqayisə bildirir; məs.: Kəllən öküz yaxşıdı saxlamağa 
(Ş.); - Ay Hacə:mi bağmız Şüvəlandeykindən böyg idi (B.); - O 
sa:t qaranquşdan bərg geder (Tov.).
-birgəlik bildirərkən çıxışlıq halın qrammatik əlaməti ilə qoş-
masının əvəzləyicisi kimi çıxış edir; Məs.: -Mən gündə hər gün 
bajımdan meşə: göələk yığmağa e:dirəm (Qk.); - Əğzın elə ba-
şıma atanda, elə mən belə vurdum daşdan düşdi aşağı (Ord.); - 
Mən o vəx Cəmşiddən gəlseydim, mən onnan dalı qalmiyacax-
dım (Təb.);- Hansı yoldan istiriz gedə: z (Z.); - Gə, bax, Arzudan 
Qəmbər şat (çay) kənarında yatıplar (İt.); - Əlləriŋi raqqıdan (əl-
üz sabunu) yü (Qard.) və s.
Bu xüsusiyyət danışıq dilinə xasdır. Ara-sıra yazılı abidələ-
rin dilinə də keçmişdir:-Altundan dolu bu xurcuni atuna yüklə-
yib (Şeyx Sədi);- Qələndər Kişvəri çeşmündən ayru, Keyiklərdən 
məqami dağlar oldu (Kişvəri);-Yar məndən kəsmədi belə aranı,
Bu qoymayan kimdir, barı görəydim (Vaqif).
-dan, - dən formasının birgəlik mənası bildirməsi türk dilinin 
Qaziantep bölgəsində Nizip şivəsində sonu saitlə bitən sözlərdə 
özünü büruzə verir; məs.: arabadan, devedən, delidən və s. Bura-
da ilə qoşmasının məzmununda çıxış edən - dan

forması çıxışlıq 
hal şəkilçisindən vurğu ilə fərqlənir. Hal şəkilçisi vurğulu, digəri 


132
133
Müasir dövrdə şivələrdə oxşar xüsusiyyətlərin arealı geniş-
lənsə də, bir-birindən fərqli qədim mənsubiyyət formaları şivələ-
rin özünəməxsusluğunu qoruyub saxlayır.
Mənsubiyyət kateqoriyası türk dillərində, o cümlədən Azər-
baycan dilində müxtəlif üsullarla ifadə olunmuşdur: 1) morfoloji; 
2) morfoloji-sintaktik; 3) sintaktik.
Bu üsullardan əlavə, Orxon-Yenisey abidələrində analitik 
üsuldan da (komponentləri şəkilçisiz) geniş istifadə edilmişdir. 
Dilçilərin bir qismi mənsubiyyət kateqoriyasının iki (morfoloji və 
morfoloji-sintaktik) (78,s.35; 186, s.3;172,s.76), bəziləri bu ka-
teqoriyanın üç (morfoloji, morfoloji – sintaktik, sintaktik) (161, 
s.86; 109 s.23), digərləri isə dörd (morfoloji, morfoloji-sintaktik, 
sintaktik, morfoloji-leksik) (160, s.73-74;110, s.5) üsulla əmələ 
gəldiyini qeyd edirlər.
Azərbaycan dili şivələrində morfoloji üsul geniş yayılmışdır. 
Lakin morfoloji-sintaktik və sintaktik üsullara da təsadüf olu-
nur. Şivələri tədqiq edən alimlər də morfoloji (89, s.155-167; 14, 
s.80-83) üsulla üstünlük vermişlər. Bəzi alimlər morfoloji üsulla 
yanaşı, morfoloji-sintaktik (83, s.117-122; 16, s.79-82), digərlə-
ri isə analitik üsuldan bəhs etmişlər (61, s.89-92). Tədqiqatçılar 
sintaktik üsulun digərləri ilə müqayisədə daha qədim olduğunu 
göstərmişlər. Əslində mənsubiyyət kateqoriyası yalnız morfoloji 
üsulla ifadə olunur. Y.Seyidov bunu mənsubiyyət kateqoriyasının 
morfoloji təbiətli olması ilə izah edir (87, s.269). Digər üsullar-
dan mənsubiyyət anlayışı bildirən birləşmələr kimi bəhs etmək 
düzgün olardı.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin