Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə76/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   72   73   74   75   76   77   78   79   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Morfoloji üsul. Azərbaycan dili şivələrində sahib şəxs yiyə-
lik hal şəkilçisi mənsub əşya isə mənsubiyyət şəkilçiləri qəbul 
edir. Üç şəxsin tək və cəmində işlənən mənsubiyyət şəkilçilər 
aşağıdakılardır:
Birinci şəxsin təkində-m (saitlə bitənlərdə) - ım
4
(samitlə 
bitənlərdə) şəkilçilərindən istifadə olunur;məs.: qolım, xurjunım 
(Ş.), atam, urdum, canım (Q.), inegim, atım (Dər.), cəvizim, güz-
güm (Nax.), əlim, ərəbəm, bobam (B.).
Qədim abidələrdə; məs.: - Bu gələn Bəkilsə, sizdən ögdən 
mən qaçaram (KDQ, s. 107); Nə üşənərdi, nə yoldan azardı (Das-
tani-Əhməd Hərami, s.69); Şah buyurdı iraqdan turdılər, On yedi 
bin qul qapudə turdılar (Zərir, s.274).
Bəzi şivələrdə, eləcə də Güney azərbaycanlı ədiblərin əsərlə-
rində ötrü qoşmasının əvəzinə sarı qoşması işlənir; məs.: Amma 
məndən sarı sən arxayın ol, şanlı Səhəndim, Dəli ceyranlı Səhən-
dim! (Şəhriyar, s.58). Maraqlı cəhət budur ki, həmin mövqedə 
çıxışlıq hal şəkilçisi qoşmaya əlavə olunur; məs.: - Oğlum sarı-
dan niyaranam (Zər.); - Gəncə sarıdan yaman qar gəlir (Şam.) 
və s.
Mənsubiyyət kateqoriyası
Mənsubiyyət kateqoriyası sahib şəxslə mənsub əşya arasında 
aidiyyat əlaqəsini bildirir. Mənsubiyyət kateqoriyasının və onun 
ifadə formalarının tarixi qədim, istifadə dairəsi dilin bütün inkişaf 
mərhələlərində geniş olmuşdur. Üçüncü şəxs mənsubiyyət şəkil-
çisinə ilk dəfə IV əsrə aid Çin salnamələrində qorunub saxlanılan 
hun yazılarında təsadüf olunur: süsi “qoşunu” (109,s.23). Türk 
dillərinin qədim yazılı abidələrində mənsubiyyət ifadə edən for-
malar təkmil şəkildə işlənmişdir.
Azərbaycan dili şivələrində ədəbi dilə uyğun mənsubiyyət şə-
kilçiləri ilə yanaşı, qədim formalar da qorunub saxlanılır. Bəzən 
bir dialektin daxilində tarixi-etnik hadisələrlə bağlı bir neçə for-
ma dialektal fərqlər əmələ gətirir.
Mənsubiyyət kateqoriyası ilə bağlı ədəbi dil formaları şi-
vələrdə oxşar xüsusiyyətlər silsiləsi yaratsa da, mövcud qədim 
əlamətlər əsasında müasir şivələri diferensiasiya etmək mümkün-
dür. Qədim türk tayfa dillərinin xüsusiyyətləri səciyyəvi dialekt 
əlamətlərinə çevrilmiş, sonra miqrasiyalarla əlaqədar qeyri-bə-
rabər şəkildə yayılmışdır. Buna görə də qədim formalar bəzi şi-
vələrdə güclü, digərlərində zəif şəkildə özünü göstərir.


134
135
sözlərinə əlavə olunan - im şəkilçisi ilə ifadə olunur. Azərbaycan 
dilinin Lənkəran şivəsində eyni ifadə formalarından geniş istifa-
də olunur. Buna görə də yuxarıdakı cümlələr soğumdur, istimdir 
şəklində işlənir (3, s.63). Bu xüsusiyyət Azərbaycan dilinin tə-
dqiq olunmuş digər şivələrində qeydə alınmamışdır. Lənkəran 
regionunda soyuq və isti sifətlərinin mənsubiyyət şəkilçisi qəbul 
etməsi azərbaycanlılarla qonşu olan talışların talışca düşünüb 
Azərbaycanca danışmaları nəticəsində əmələ gəlmişdir. Həmin 
şivədə birinci şəxs təkin şəkilçisiz işlənməsinə də təsadüf olunur, 
məs.: - Onda böğ oğlan səkkiz yaşında idi (oğlum əvəzinə).
Bəzi şivələrdə mən və biz əvəzlikləri birinci şəxs təkdə- ın,- in 
şəkilçisini qəbul edir; məs.: mənin, bizin.
Dərbəndin bəzi şivələrində birinci şəxsin təkində müvafiq şə-
kilçinin yalnız dodaq variantı (-um, - üm) işlənir: uşağum, ine-
güm, kitabum və s.
Bu xüsusiyyətə qədim abidələrdə də rast gəlmək mümkündür; 
məs.: - Yengümlə alnum qanın bən siləyin; Altun ayağım əlüm-
dən yerə düşdi (KDQ, s.46, 80); Uş dögərəm gözlərinə qarşu qa-
numi; Gözlərüm tozuna başlar fəda- dur (Q.Bürhanəddin, s.51, 
52); Bənim xod bu fəraqum bənə yetər, Əgər ca- num sevə, könül 
verəyin. (Dastani-Əhməd Hərami, s.134, 135); Gözlərüm xuni-ci-
gərdən dəmbədəm nəmnakrək (Kişvəri, s.314) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin