124
125
Qazana gəlmədilər, ədavət eylədilər; Əlbətdə, tayım Aruz
mana
gəlsün - dedi; Qazan
bəgə gəldilər, sarıqların yerə urdılar (KQD,
s.123, 125);
Bu gəz sultan durub gəldi qızına (Dastani-Əhməd
Hərami, s.38); Qamusı
mana gəlürlər qəm yemə (Əsrar-namə);
Ağlayu
atalarına gəldilər (Zərif, s.220) və s. Maraqlıdır ki, bu
hadisə müasir türk ədəbi dilində norma səviyyəsindədir; məs.:
Cevdet babasının tüfengini alıp Ömere gitti.
Müasir Azərbaycan ədəbi dilində bir sıra qoşmaların ifadə et-
diyi mənalar şivələrdə yönlük halla bildirilir:
— ilə qoşmasını
əvəz edir; məs.: - Küzürüyü dört yannan
çəpərə örəllər (Br.).
— ötrü qoşmasını əvəz edir; məs.: - Sovxozda bir Jora buğa
varıydı, hamı inəyni o:n yanna aparırdı
sürdürməyə (Qard.)
üçün qoşmasını əvəz edir; məs.: — Sonra
danıya dağda ay-
rellər xalxal (Br.); -Şan qoymağ isde:rəm
oğluma (Qaz.);-İbaris
vəl gəzir
sürməyə (Qard.); - Də:rman
kalxozçulara işdi: r hindi
(Muğ.); - Sonra pütün buraları
ojağa kəsdilər, yox elədilər (Dm.);
- Gəti
uşağa bir partal salyassın (Ş.) və s.
Yönlük halın qrammatik forması - a (-ya) yer, istiqamət məz-
mununda sabitləşsə də, onun semantikasında səbəb, məqsəd mə-
nasının olması da aydınlaşır. Tunqus dilinin dialektlərində yönlük
hal - qa, - ha, - ka şəkilçiləri ilə əmələ gəlir. Həmin qrupa daxil
olan even dilində isə “qa” ünsürü “üçün” mənası bildirir (177,
s.41).
— görə qoşmasını əvəz edir; məs.: -Hənfeydi adı, so:ra Qaraş
oldı, qara
oldığına (Muğ.); - Şavalıt ağacı çox
olduğuna una (kən-
də) Şavalıt deyifdilər (Ş.); - Yağış
yağdığına hava sərindi (İm.);
- Neçə illərəcan biz işgəncə çəx’dix’ orda, Cəmşidin bırda
olma-
ğına (Təb.).
Zaqatala və Dmanisi şivələrində ötrü//ötəri qoşması yönlük hal-
lı məsdərlərlə işlənir; məs.: - İneg
almağa ötəri getmişdıx bazara
(Zaq.); - Qız getdi bulağa usuyu doldurmağa: ötrü (Dm.) və s.
Ədəbi dildə və bəzi şivələrdə sarı, tərəf qoşmaları yönlük hal-
la idarə olunur. Bir sıra şivələrdə yönlük hal şəkilçisi ismə deyil,
Yönlük hal çıxışlıq
hal mövqeyində; məs.: - Qıymatdı söz
da-
nışana xoşum qəli həməvvax (Gəd.); - Paltarı şəlitə asmışdım
(Ağc.); -
Bayrama xoşım gəlir; - Mə:m o
mə:llimə xoşım gəlir
(S.) və s.
Qədim abidələrdə; məs.: Türk bodun kanın bolmayın
Tabğaç-
ka adırıltı, kanlantı “Xanı olmayan türk xalqı Tabğaçdan ayrıldı,
xanlandı (Tonyukuk, qərb tərəf, 2-ci sətir), Tenri ilimkə bökmə-
dim “Mən müqəddəs elimdən doymadım. (Yenisey, 3-cü abidə)
Kuydakı
kunçuyımğa adırıldım “Saraydakı xanımımdan ayrıldım
(Yenisey, 6-cı abidə); Kıv
kolur biz yaruk tenqrilərkə “Səadət
dilərik biz nurlu tanrılardan” (Manixey poeziyası, 2-ci mətn);
Karı öküz balduka korkmaz “Yaşlı öküz baltadan qorxmaz” (MK,
III c., s.422); Bayındır xanın bəxşişin öginə dökdi.
Xana küsdi
(KDQ, s.105); Sordi
ana ki, səbamisən sən? (Xətai, s.9); Hər kim
sorar olsa
Qeysə bir raz (Füzuli, s.25).
Yönlük halın hər üç halın mövqeyində çıxış etməsi qədim
və orta əsrlər türk yazılı abidələrində intensiv şəkildə olmuşdur.
Orxon-Yenisey, M.Kaşğarinin “Divan”ı,
Kitabi-Dədə Qorqud,
Şühədənamə, Əsrarnamə, Dastani-Əhməd
Hərami kimi möh-
təşəm abidələrdə, klassiklərin əsərlərində yönlük halın semantik
yükü ağır olmuş, ədəbi dildə qrammatik normaların sabitləşməsi
ilə bir sıra mənalardan azad olmuş və XVIII əsrdən sonra əvvəlki
mövqeyini folklor nümunələrində və şivələrdə saxlamışdır.
Yönlük halın yiyəlik halı əvəz etməsi digər hallardan fərqli
şikildə baş verir. Üçüncü növ söz birləşməsinin ikinci tərəfindəki
“yan” sözü düşür, birinci tərəfdəki isim yönlük hal şəkilçisi qəbul
edir; məs.: - Uşağı götirdilər apardı haman uzağ vilayətdə olan
dos-
sına (Sab.); - Paç:ccax əzənçiyə geyif Müseyivin sirini una söyliyir
(Ş.);
- Kişi burdan da getdi, getdi çatdı haman şirə (G.) və s.
Bu xüsusiyyət yazılı abidələrimiz üçün də yad deyildir; məs.:
Beş yegirmi yaşımda
tabğaç kanka bardım “On beş yaşımda Ta-
bğaç xanının yanına getdim”, Ərdəmin üçün il arada
Kara kan-
ka barıpan “İgidliyin üçün el arasında Qara xanın yanına gedib”
(Yenisey, 11 və 30-cu mətnlər). İttifaqı cəmi Taş Oğuz bəgləri
126
127
hər biriniz bir qurban eyləyiniz (Şühədanamə);
Evi sarı eylədi ani
rəvan (Əmani) və s.
Təsirlik hal yerlik hal mövqeyində; məs.: - Biz helə
yazı-yayı
işliyrıx,
qışı oturuf yiyirıx (Ş.); -
Payızı əkeller, sonra da alasını
çəkellər toxoynan (Qaz.) və s.
Təsirlik hal çıxışlıq
hal mövqeyində; məs.: - Bi kəndin adami
var şə:rdə,
oni bi i:rmi dana bağlir gətirir qoyır şə:rdə (Təb.).
Qədim abidələrdə; məs.: Beyrəgin
saqqalını bərk tutdı, bəg-
lərə baqdı (KDQ, s.125).
Dostları ilə paylaş: