120
121
axşama (B.);- Mə:llim, dünən mən məxtəvə gəli:m
(Qk.); - Meşiyə
oduna edirəm (Şam.) və s.
— hərəkətin
son nöqtəsini bildirir; məs.:- Məhəmməd şa:
muni apardi qoydi
məkdəbə; - Bu bir il köşdüg
qışdağa (B.);-
Həmin şeyləri yığıllar
xonçiyə aparıllar qız öyinə (Nax.); - Oğlan
öyünnən qız öyünə gedər elçi (Q.) və s.
— səbəb və məqsəd bildirir; məs.: - Didi
karabaşlarına
ket,
narrı bağdan bir dəstə çubux getirin
karın (qarını) do
kmağa (Zaq.);
-
Deyir ki, gedirəm
baxtımı tapbağa (G.) və s.
— oxşama, bənzətmə bildirir; məs.: - Hamısı özünə oxşardı
(Nax.); - Kimsə atnan gəler, də:sən qavaxdə:lən
Mirziyə oxşor
(Qaz.) və s.
— dəyər, qiymət, ölçü bildirir; məs.: - Cedir üzüy alır, şirni
alır, qənd alır, yaylığ alır, beş
metrə ətləz alır (Ord.);- İgirmi
ma:-
ta aldım (B.) və s.
— vaxt bildirir; məs.: - Bir
aylığa gedib (B.); - İ:rmi
günə
gəldi dəryanın qırağına (G.) və s.
— vaxtın son mərhələsini bildirir; məs.: - Hamma
axşama bi
ağaca çatdım (Sab.); - Ala-torannan işdərdix’
zingiriyə (qaranlıq
düşənə) qədər boşdamazdılar (Çəm.);-
Sabahsına alan aldı, ühləri
tutdux düşdüx’ yola (Cul.) və s.
Yönlük hal semantik baxımdan çoxcəhətlidir.
Bunu yönlük
halın qrammatik əlamətinin digər halların əvəz etməsində də gör-
mək olar:
Yönlük hal adlıq hal mövqeyində; məs.: - Mən bu qün ova
get-
mağa isdəyirəm (Zaq.);-Qayıdıf gedif deyif kin, şah sağ olsun, bir
qapı döyü, hamsında
nişana var (Br.);-Sağ olsun, mını saxlayan
arvada, hindiyəcən saxleyıb (Şam.) və s.
Qədim abidələrdə; məs.: Tenri elimkə başda bəgimkə bökmə-
dim, sizimə kırk yaşımda kaçdım “Müqəddəs elimdən başda bə-
yim (olmaqla) doymadım (Yenisey, 16-cı abidə).
Yönlük halın qrammatik formasının yiyəlik halı əvəz
etməsi.
Təbriz, Zaqatala və Qax şivələrində mənsubiyyət şəkilçili sözlər-
dən sonra baş verir; məs.:-Həsən ağa:n
olğuna toyidi öydə bi də
darın biri gəldi (Dm.);- Bir də xavar tutdux kun
uşaqların beşi sı-
nıxıf da (gizlənib) meşədə qalıb (Zb); - Tüşüfdü iki yüz
qoyunun
əllisi can qalmamışdı (Br.) və s.
— məkan bildirir; məs.: — Gəler andır
yatağın dalınnan eşer
(Br.);- Burdan Hacı
Qurbanın öynü yandırdılar (Ş.) və s.
— insanlar arasında qohumluq münasibətləri bildirir; məs.:-
Məlix’məmməd
bəyin qızına de:r ki, get bir xançal, bir qılış gəti
(Tov.);- Anasiynən bu qonşi arvadı gedəllər
qızın anasına - sənin
qızu:n dədəsinə diyərsən ki, isseyirux, o da ərnə deyər (Sab.) və s.
Bildiyimiz kimi, yiyəlik hal digər hallardan fərqli olaraq,
isimlərlə idarə olunur. Xüsusilə birləşmə daxilində təzahür etmə-
si digər halların mövqeyində çıxış etməsini məhdudlaşdırmışdır.
Lakin şivələrdə az da olsa, yiyəlik halın digər halları əvəz etmə-
sinə rast gəlinir:
Yiyəlik hal yönlük hal mövqeyində; məs.:
- Mən də atamın
müfəssəl hammını yığdım təziyə tuttum (Təb.).
Qədim abidələrdə; məs.: Yüz ər kadaşım uyarım üçün yüz
ərən (ə) lik öküzün təgdük üçün adırıldım “Yüz igid dostum güc-
lü olduğu üçün, yüz ərən əlli öküzə hücum etdiyi üçün ayrıldım
(Yenisey, 10-cu abidə);
Yiyəlik hal təsirlik hal mövqeyində; məs.:- Yüzlərlə
inəgin qo-
yıb mə:nkini aparıb, colma-cocuqlari ac qoyıb (İs.);-Sənin vəzir-
rərin
menin masxara eliyib, cibimə belə şey doldurublar (Zaq.);
-
Əmma hindi sö:bətdərin yarımçılıq qaldi (Təb.).
Qədim abidələrdə; məs.: Üç
oğlanımın ulğaturu umadım “Üç
oğlanımı böyütməyi bacarmadım” (Yenisey, 47-ci abidə)
Dostları ilə paylaş: