Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə67/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   63   64   65   66   67   68   69   70   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Halların semantikası
Halların meydana çıxması, hər birinin müstəqil hal kimi 
formalaşması spesifik sintaktik və semantik xüsusiyyətlər zə-
minində baş verir. Bu problemlə bağlı aparılmış tədqiqatlarda 
(A.V.Qroot, R.Yakobson, E.Kuriloviç, A.M.Şerbak və b.) sintak-
tik və ya semantik xüsusiyyətlər ön plana çəklir; sintaktik mühüm, 


114
115
Əlbəttə, bu xüsusiyyəti bütün hallara aid etmək mümkün de-
yildir. Şivələrdə hal şəkilçilərinin əvəzlənməsinin qalmasını do-
ğuran müxtəlif səbəblər vardır. Ümumi olaraq, qeyd edə bilərik 
ki, şivələrdə feillə idarənin müasir şəklindən fərqli qədim cəhət-
lərin qorunub saxlanması, eləcə də qoşmalarla idarənin dəyişmə-
si, inversiya hadisəsinin geniş yayılması ilə isimlə feil arasındakı 
əlaqənin zəifləməsi hal formalarının qrammatik və məna cəhət-
dən əvəzlənməsini meydana çıxarır.
Adlıq hal yiyəlik hal mövqeyində; məs.: - Vəzir gördüklərinin 
hammısını şah da gördü (Qaz.); - Kız oğlan kozu düşdü, cibinnən 
bir qeder “yaylıq” saldı yüzüna kolkoy düşsün (Zaq.); - Oğlan 
yazığı gəlib genə saldı öz surətinə (Nax.) və s.
Qədim abidələrdə: məs.: Bodun boğazı tok erti “Xalqın bo-
ğazı tox idi” (Tonyukuk, cənub tərəf, 8-ci sətir); Çit yabanıŋ yer-
də Kaşuk taş bal “Sərhədin yabanı yerində Kaşuk daş balbalı” 
(Yenisey, 34-cü abidə); Bizin tenqrimiz edqüsi redni tiyür “Bizim 
tanrımızın yaxşılığı cəvahirdir, deyirlər (Manixey poeziyası, 3-cü 
mətn); Sürdi həlalı yanına gəldi; Beyrək Aruz qaqdığın burada 
bildi (KDQ, s.82, 124); Can əlimdən bənim ol qurtaramı (Dasta-
ni-Əhməd Hərami, s.69). Gecə-gündüz mən onun hicrində yan-
maqdır işim (Xətai, s.66); Bən yaxşı canum oynar isə zülfi yolına 
(Q.Bürhanəddin, s.77); Məktəb içində bular bir-birin (Y.Məddah, 
s.150) və s. Bu xüsusiyyət digər türk dillərində (175,s.114), “Əs-
rarnamə” abidəsində (57,s.84-86), Kişvərinin “Divan”da da qey-
də alınmışdır.
Qədim bulqar kitabələrində əksər məqamlarda yiyəlik hal 
formal əlamətsiz işlənir; məs.: Usman hiri Harmas belüwi “Os-
man(ın) qızı Harmas(ın) məzar daşı (220,s.37).
Adlıq hal yönlük hal mövqeyində; məs.: - Mən bu iki diviziyanı 
vətən kömək etmək üçün yığıram (Laç.); - Dağ getdi, aran getdi 
(Şəm.); - Özümə gora mal baxıram (Bl.); - Görmürənmi kişi bir söz 
də:ndə özünnən çıxır (K.); - Sənə gələn ağrı mənciyəz gəlsin (Q.).
Adlıq halın yönlük halı əvəz etməsi özbək və noqay dillərində, 
türkmən dilinin sakar dialektində də mövcuddur: Kolxoz kirmaü 
əyağa durammasan (Qb.); - Öyə ləmpə (tavan) vurdurasıyux, hey-
lə qaltdı, taxda tapbırux (Ş.); - Getdim gördüm, bir diringə (toy) 
var ki, gəl görəsən (B.) və s.
- zaman bildirməsi; məs.: - Onun üstün qar basır, qalır yaza, 
yaz vaxtında açırıx üsdüni; - Buğdanı payız bir dəfə suvarardıx, 
onnan so:ra malalardıx (Nax.); - Payız köçəndə dənin çıvığını qə:-
daQış yer don olor, buz olor (Qaz.); 
Yaz herix’ elirdix’, payız səperdix›, çüt qoşordux öküzdərı (Br.)
- qeyri - müəyyənlik bildirməsi; məs.: - Qız allaha duva eliyər 
ki, qapı açilsin bi çölə çıxsın (Ş.); - Mal bu yolnan geder aradan 
keçer (Qaz.); - Yarnax qazıf qartofu orə: töküllər də üsdünü tor-
paxle:llar (Zb.) və s.
- məkan bildirməsi; məs.: - İrəva (lobya əkmək üçün hazır-
lanan yer) düzəldəruğ, pəxləni əkəduğ, u yaxşi uladu (Qb.); - İki 
tirə (lək) soğan ehmişdıx, hunnan un puta kimi soğan qazdıx (Ş.); 
- Bu biri il köşdüg qışdağa; gördig ki, yatağ dolıb yımırteynən, 
atleteg gətirdig, yımırtalari çəkdig qırağa (B.) və s.
Adlıq hal həmçinin başqa halların mənasını da ifadə edir. 
Tarixən qədim olan bu xüsusiyyət türk dillərinin qrammatik qu-
ruluşunun inkişafı ilə tədricən məhdudlaşsa da, şivələrdə davam 
etməkdədir. V.Aslanov bunu hal şəkilçilərinin formalaşması döv-
rünün əlaməti kimi izah edir: “Türk sistemli dillərdəki hal kateqo-
riyası, şübhəsiz, ayrı-ayrı sözlərin sözdüzəldici və sözdəyişdirici 
şəkilçilər halına düşdüyü dövrdən təşəkkül tapmağa başlamışdır. 
Məşhur türkoloqlardan O.Botlinq, K.Qrönberq və Q.İ.Ramstedt 
göstərirlər ki, hələ qədim dövrlərdə türk sistemli dillərdə sözdə-
yişdirici şəkilçilərin o qədər də inkişaf etmədiyi bir dövrdə qey-
ri-müəyyən hal (adlıq) müasir dillərdə mövcud olan bütün halla-
rın mənasını ifadə edə bilirdi (7,s.101),
M. Qıpçaq adlıq halın digər halları, xüsusilə də yiyəlik və tə-
sirlik halları əvəz etməsini halların meydana çıxmadığı dövrün 
qalığı kimi şərh edir, abidələrdə və müasir türk dillərində relikt 
şəklində saxlanmasını göstərmişdir (167,s.72).


116
117
i
Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin