Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə68/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   64   65   66   67   68   69   70   71   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

ktar zəmisi uladi, uni ver mənə, mən uravi istiyədəm (Tab.); - 
Dədə bava Ballı arvadın öyü gizzihli (natəmiz) oluf (Qard.).
Qədim abidələrdə; məs.: … sizimə el eşim ər, oğlan ər, güdə-
gülərim, kız-gəlinlərim, bökmədim” …sizdən igid el dostumdan, 
çoxlu igidlərdən, oğlan igiddən, kürəkənlərimdən, qız-gəlinlə-
rimdən doymadım (Yenisey, 3-cü abidə); Ayrılıq, billah! Sorman 
mən səni ey dilrüba (Xətai, s.77).
Göründüyü kimi, qədimdə adlıq halın semantik tutumu indi-
kindən geniş olmuş- dur. Orxon-Yenisey abidələrində adlıq hal 
bütün halların, orta əsrlər anadilli abidələrimizdə daha çox yön-
lük, təsirlik və yerlik halların funksiyalarını da yerinə yetirmişdir. 
Türk iltisaqi quruluşunda qrammatik əlamətlərin formalaşması 
(şəkilçilər və sintaktik əlaqələr nəzərdə tutulur), semantikanın 
konkretləşməsi adlıq halın məna yükünü yüngülləşdirmişdir. Şi-
vələr bu dil proseslərindən kənarda olduğundan qədim xüsusiy-
yətləri mühafizə etmişdir. 
Şivələrdə qoşmalarla əlaqədə hal formalarının mövqeyi qey-
ri-sabitdir. Həmin şəraitdə əsas məna yükünü qoşmalar daşıdığına 
görə, hal şəkilçilərinin dəyişkənliyi fikrin ifadəsində ciddi əhə-
miyyət kəsb etmir. Adlıq halla işlənən qoşmalar bunlardır: 
— sarı qoşması. Basarkeçər və Dərbəndin Rukəl kənd şivə-
sində istiqamət bildirən sarı qoşması yönlük halla deyil, adlıq 
halla işlənir; məs.:- Meşə sarı qaçdı ineg;- Alıb unu da gələdilər 
paccah sarı (Dər.);- Mən gördüm dağ sarı çıxdı (Bk.).
Orta əsrlər yazılı abidələrində bəzən sarı qoşmasından əvvəl 
isimlər yönlük hal şəkilçisi qəbul etməmişdir; məs.: Məqbər saru 
yeridi tez-tez (Əsrarnamə); Əzm edib gülşən saru, seyran edərsən 
vəqtidir (Xətai, s.118); Saldı əcz ilə pir saru güzər (Füzuli, s.248).
Bunun Azərbaycan ədəbi dilinin Güney qolunda qalmasını 
M.Şəhriyarın dilindən görmək olar:
Vətən sarı yeriyən qafilə dağı oyadır,
O şad xəbər gətirən zənglərin sədası ilə (Şəhriyar. s.240)
Sarı qoşmasının yalnız yönlük halla deyil, adlıq halla idarə 
olunması yazılı abidələrimizin dilində təqribən XVIII əsrə qədər 
kolqan barça yrmokninq;-Men at mindim (116,s.68);- Kerki var-
dım-Kerkə bardım (169,s.123).
Bu xüsusiyyət “Kitabi-Dədə Qorqud” abidəsində (Yigit bəg-
lər toyum oldı) (KDQ, s.126), “Şühədanamə”nin (37,s.74). “Əs-
rarnamə”nin (57,s.84-86) dilində, Kişvərinin, “Divanı”nda da 
vardır (35,s.18).
Adlıq hal təsirlik hal mövqeyində; məs.: - Mən bu sa:t gön-
dərmişəm dəmirçiyə qayçılar çaxlatmağa (Q.); - Onnar mən nə 
(mən də) sevirəm (Laç.); - Pişig atmağa istiyədü (Dər.); - Niyə 
qoymorsaŋ qız usuyu doldurmağa (Dm.); - O:uçi tülki vırdı, tül-
kinin dərni:də soydi (Zaq.).
Qədim abidələrdə: Kök tenridə künay azıdım, yerimə, yıta, si-
zimə adırıltım “Mavi göylərdə günü, ayı itirdim, yerimdən, əfsus, 
sizdən ayrıldım (Yenisey, 10-cu abidə); Uyğur yığac uzun kes, temir 
kısqa kes “Ey uyğur ağacı uzun, dəmiri qısa kəs (MK, II c., s.11); 
Acı tırnaq ağ yüzüŋə çalarmısan?; Qalqdı yer öpdi; Həman bura-
da Qazan at meydana sürdi, qırım dilədi (KDQ, s.82, 104, 120); 
Aqil aydır; ey Xətai, ixtiyar əldən qoma (Xətai, s.77); Ey neçə qafilə 
basmışlar idi (Dastani-Əhməd Hərami, s.17); Əgər qəbul edəsiz, bir 
dua verin, mən də yüklər bağlayub səfərə çıxaq (Məhəmməd, s.33).
Bu xüsusiyyət “Əsrarnamə”nin dilində (57, s.84-86), Kişvəri-
nin “Divan”da da ( 35,s.17-18) vardır. Qaqauz və şor dillərində də 
adlıq hal təsirlik halı əvəz edir, onlar mətn daxilində bir-birindən 
seçilir (175,s.114).
Adlıq hal yerlik hal mövqeyində; məs.: - Biri İran qaldı bad-
bax oldu (Təb.);- Cülyə su duror, yağışdan sonra mal-qara getsin 
su işsin (Br.); - İyirmi ilə qədər işdəmişəm, kasıb olmışam, qırx-
beş öylənmişəm (Muğ.) və s.
Qədim abidələrdə: məs.: Yaşım yeti yetmiş azıdım “Altmış 
yeddi yaşında gözümü yumdum (Yenisey, 11-ci abidə); Aşağı du-
ranın kəsdi başını (Dastani-Əhməd Hərami, s.76); “Əsrarnamə”-
nin dilində (57,s.84-86) müşahidə edilmişdir.
Adlıq hal çıxışlıq hal mövqeyində; məs.: - Məlix’ Məmmət öz 
budun kəsif quşun ağzına verir (Tov.); - Ularun kənt aşağa iki yüz 


118
119
(Muğ.); - Nənəmçün badımcan xaradan bir don almışam (B.) və s.
Cəlilabad şivəsində şəxs əvəzlikləri adlıq halda üçün qoşması 
ilə işlənir; məs.: - Mən üçün bir iş gör; - Ged biz üçün su tap və 
s. Maraqlıdır ki, bu xüsusiyyət ədəbi dilimizin Güney qolunda 
norma səviyyəsindədir. Həmin regionda yaşayan ədiblərin əsərlə-
rində buna rast gəlmək mümkündür:
Mən üçün sanki ana qoynudu o,
İstərəm tez qət edəm mən bu yolu (M.Qənizadə, s.43)
Tərəf qoşması. Bir qayda olaraq yiyəlik halla işlənərək, is-
tiqamət bildirən bu qoşmanın şivələrdə adlıq halla işlənməsi ilə 
də rastlaşırıq; məs.: - Dərviş gedər paccah tərəf (Ş.); - Arvat ge-
dəmmədi qəvirrər tərəf (Qaz.) və s.
Azərbaycan dili şivələrində 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin