25
əldə etmək, biznesin uzunmüddətli sabitliyini təmin etmək şirkətin maraqlarına
daxildir. Səhmdarların marağının şirkətdən gəlirin alınmasından
ibarət
olduğunu nəzərə alaraq gəlirin bölüşdürülməsində iki əks məqsəd – dividendin
ödənilməsi və biznesin inkişafı
26
– arasında səmərəli balans qorunub
saxlanılmalıdır. Kapitalın qorunması, onun artırılması və optimal istifadə
olunması ilə ifadə olunan səhmdarların (iştirakçıların) maraqlarının qorunması
şirkətin bütün idarəetmə orqanları arasında nəzarət və hesabatın şaquli
bölünməsi ilə şərtlənir. Səhmdarların səs çoxluğu
ilə qəbul edilən qərarlar
səhmdarların hər biri üçün və digər idarəetmə orqanları (direktorlar şurası, icra
orqanları), menecerlər üçün mütləqdir. Şirkətin hər hansı bir səhmdarı
(iştirakçısı) tərəfindən seçilmiş və ya təyin olunmuş direktorlar şurasının üzvləri
və şirkət menecerləri bütövlükdə şirkətin maraqlarına uyğun hərəkət
etməlidirlər. Onlar şirkətin maraqlarına vicdanlı və məntiqli xidmət
etməlidirlər.
27
Şirkətin rəhbər şəxsləri öz səlahiyyətlərini lazımi diqqət və qayğı
dərəcəsi ilə və yüksək peşəkarlıqla həyata keçirməlidirlər. Rəhbər şəxslər
qərarın qəbulu ilə bağlı bütün riskləri rasional surətdə nəzərə almaqla qərarları
tam (dolğun) informasiya əsasında qəbul etməli və əmin olmalıdırlar ki,
qərar
şirkətin maraqlarına ən yaxşı şəkildə cavab verir. Bu tələblərin pozulması
nəticəsində şirkətə dəyən ziyanın ödənilməsi üçün şirkətin rəhbər şəxsləri
məsuliyyətə cəlb oluna bilərlər.
Şəxslər korporativ formasında sahibkarlıq
“
birliyi” yaratdıqda və ya sonradan
korporasiyaya daxil olduqda könüllü olaraq çoxluğun iradəsinə tabe olmaq
öhdəliyini
qəbul etmiş olurlar, bu da öz əksini şirkətin idarəetməsində,
səsvermədə və qərarların qəbulunda tapır. Şəxs hər hansı bir şirkətə daxil
olduqda o, öz üzərinə həmin korporasiyada müəyyən olunmuş qayda və
26
Biznesin inkişaf prosesinin vacib amili məhz maliyyə vəsaitlərin mövcudluğudur. Məsələn,
fəaliyyət sahəsinin
genişləndirilməsi, yeni avadanlığın alınması, məhsul çeşidinin artırılması üçün şirkətlər əldə etdikləri mənfəəti
dividendin ödənilməsinə deyil, biznesin inkişafına yönəldə bilərlər.
27
Bu prinsip öz əksini MM-nin 49-cu maddəsində tapmışdır.
26
normalara tabe olmaq zərurətini daşıyan məhdudiyyətlər qoyur. Çoxluğun
iradəsinə tabe olmaq prinsipi istənilən korporasiyanın əsasında dayanır. Bununla
yanaşı, korporasiyanın minoritar iştirakçılarının hüquqlarının pozulması ilə
oradakı üzvlük faktının qoyduğu məhdudiyyətləri fərqləndirmək lazımdır. İlk
növbədə, korporasiyada qəbul olunmuş qaydalar
və qərarlar qanunvericiliyə
zidd olmamalıdır. İkincisi, iştirakçı korporasiyanın bu və ya digər qərarı ilə
razılaşmadıqda onun tərkibindən mümkün qədər az itkilərlə çıxmaq hüququna
malik olmalıdır. Düşünürük ki, SC-nin səhmdarlarına müəyyən hallarda onlara
məxsus səhmlərin hamısının və ya bir hissəsinin şirkət tərəfindən alınmasını
tələb etmək hüququnu verən imperativ norma qanunvericiliyə daxil
edilməlidir
28
.
Qeyd edilən prinsipləri nəzərə alaraq hesab edirik ki, korporativ hüququn
prinsiplərini aşağıdakı şəkildə sadalamaq olar:
29
1.
Şirkət ayrıca hüquqi şəxsiyyətə malikdir.
2.
Ümumi qaydaya görə şirkət tam hüquqi
və fəaliyyət qabiliyyətinə
malikdir.
3.
Şirkətin əmlakı səhmdarların əmlakından ayrıdır.
4.
Şəxsin şirkətin səhmlərinə (payına) sahib olma faktı onu şirkətin
əmlakının mülkiyyətçisi və ya sahibi etmir.
5.
Şirkət (şirkətin əmlakı) səhmdarların ümumi paylı əmlakı deyil.
6.
Şirkətin rəhbər şəxsləri şirkətin maraqlarına uyğun hərəkət etməlidirlər.
7.
Şirkətin maraqları ayrı-ayrı səhmdarların maraqlarından üstün olmalıdır.
8.
Minoritar səhmdarların hüquqları qorunmalıdır.
28
Hazırda oxşar situasiyanı tənzimləyən dispozitiv norma var və şirkətin qanunvericiliyində müəyyən edildikdə
səhmdar ona məxsus olan səhmlərin geri alınmasını şirkətdən tələb edə bilər. Hesab edirik ki,
nizamnamədə qeyd
edilməsindən asılı olmayaraq səhmdarlar "geri satınalma tələb etmək" hüququna malik olmalıdırlar.
29
Burada sadalanan prinsipləri korporativ idarəetmə prinsipləri ilə səhv salmayın.