Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə15/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   11   12   13   14   15   16   17   18   ...   352
 
 
Bu gün elmi-tədqiqat müəssisələrinin qarşısında ölkədə aqrar bölmənin 
inkişafı istiqamətində həll olunmalı mühüm vəzifələr durur. Bu həlli vacib 
vəzifələrə torpaqların münbitliyinin yaxşılaşdırılması, biomüxtəlifliyin qorunması, 
saxlanması və istifadəsi, bitkiçilikdə və heyvandarlıqda yeni yüksək məhsuldar sort 
və cinslərin yaradılması, mütərəqqi texnologiyaların elmi və praktiki əsaslarının 
işlənib hazırlanması, səmərəli bitki mühafizəsi xidmətləri tədbirlərinin işlənib 
hazırlanması, alınmış mühüm elmi nəticələrin fermer və digər təsərrüfat 
qurumlarında tətbiqinin genişləndirilməsi kimi məsələlər daxildir. Bu baxımdan 
yeni tarixi dövrə qədəm qoymuş Əkinçilik ET İnstitutunun qarşısında da mühüm 
vəzifələr durur. Belə ki, 46 ildən sonra tarix yenidən təkrarlandı. Azərbaycan ET 
Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yenidən Əkinçilik İnstitutuna 
birləşdirildi və bununla da institut yeni tarixi dövrünə qədəm qoydu. Əkinçilik ET 
İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar 
Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun 
təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan 
ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar 


20 
İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir. Nəzərə almalıyıq ki, 
ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu məhz 1969-cu ildə Əkinçilik ET 
İnstitutunun bazasında yaradılmışdır. 
Ümumiyyətlə, Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 
may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 
iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində
yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır. Əkinçilik ET 
İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 
saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı 
əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd 
Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair 
tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan 
SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir [1]. 
Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış 
təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq 
işinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin 16 
avqust 1993-cü il tarixli 236K saylı əmrinə əsasən Əkinçilik ET İnstitutunun 
bazasında “Elit” Elm İstehsalat Birliyi yaradılmışdır. 2000-2015-ci illər aralığında 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı 
qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət 
göstərmişdir [1]. 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2015-ci il 109 
nömrəli qərarına əsasən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin 2015-
ci il 30 oktyabr tarixli 110 nömrəli əmri ilə Əkinçilik ET İnstitutunun yeni 
strukturu təsdiqlənmişdir. Bu baxımdan Əkinçilik ET İnstitutunun yenilənmiş 
strukturuna 8 şöbə (Bitki seleksiyası; Bitki fiziologiyası və biotexnologiya; 
Davamlı əkinçilik və bitki diversifikasiyası; Otlaq və biçənəklər; İnformasiya 
təminatı və elmi nəticələrin tətbiqi; Hüquq, kadr və kargüzarlığın təşkili; Maliyyə 
və mühasibat uçotu; Təsərrüfat), 5 laboratoriya (Torpaq və bitki analizləri; Dənin 
keyfiyyəti; Xəstəlik və zərərvericilərə nəzarət; İlkin toxumçuluq və toxumun 
keyfiyyəti; Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi), ictimai 
elmlər və xarici dillər kafedrası daxildir.
İnstitutun struktur tərkibində elmi-istehsalat xarakterli tədqiqat işlərinin 
aparılması məqsədilə 11 təcrübə bazası, o cümlədən 4 bölgə təcrübə stansiyası 
(Tərtər BTS, Qobustan BTS, Zaqatala BTS, Cəlilabad BTS), 3 dayaq məntəqəsi 
(Şəki DM (taxılçılıq istiqamətli), Şəki DM (yemçilik istiqamətli), Gədəbəy DM), 1 
təcrübə sınaq stansiyası (Kürdəmir TSS) və 3 yardımçı təcrübə təsərrüfatı (Ağstafa 
YTT, Abşeron YTT (taxılçılıq istiqamətli) və Abşeron YTT (yemçilik istiqamətli) 
fəaliyyət göstərir. İnstitutda elmi və müdafiə şuraları fəaliyyət göstərir. İnstitutda 
331 nəfər çalışır, onlardan 118-i elmi işçi, o cümlədən 5-i elmlər, 47-i fəlsəfə 
doktorlarıdır.
Bu gün Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji 
bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərcimək), 
yem (yonca, xaşa) bitkilərinin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və 


21 
abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul 
alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki 
əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin 
məhsuldarlığının 
artırılması, 
yemlərin 
hazırlanması 
və 
zootexniki 
qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. 
İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı 
əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq 
buğdaların, arpanın, qarğıdalının, noxudun, mərciməyin, yonca və xaşanın 
seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, 
fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə bağlı 
tədqiqatlar aparılır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yuxarıda 
sadalanan və 2015-2019-cu illəri əhatə edən proqramlar və 15 mövzu üzrə 28 
tədqiqat işi yerinə yetirilir. Əkinçilik ET İnstitutu birgə tədqiqatların aparılması, 
toxum materialının mübadiləsi və kadr hazırlığı sahələrində Beynəlxalq seleksiya 
mərkəzləri olan CIMMYT və ICARDA, Rusiyanın P.P. Lukyanenko adına 
Krasnodar ET Kənd Təsərrüfatı və Türkiyənin Əskişəhər Kənd Təsərrüfatı 
Tədqiqatları İnstitutları, eləcə də AMEA-nın Botanika, Genetik Ehtiyatlar və Neft-
Kimya Prosesləri İnstitutları arasında elmi əməkdaşlığı mövcuddur [2; 3]. Buğda, 
arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki 
diversifikasiyası proqramlarının məqsəd və vəzifələrinə uyğun olaraq institutun 
tədqiqat prioritetlərinə aşağıdakılar daxildir: 

Dənli taxıl, paxlalı və yem bitkiləri genofondunun tədqiqi;

Abiotik stress amillərə davamlılıq; 

Biotik stress amillərə davamlılıq; 

Keyfiyyətin yüksəldilməsi; 

Məhsuldarlığın artırılması; 

Otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi; 

Yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi; 

Torpaq və su ehtiyatlarından səmərəli istifadəsi. 
Bu baxımdan institutun vəzifələrinə aşağıdakı tədqiqat fəaliyyətləri daxildir:

Yerli və introduksiya olunmuş rüşeym plazmasının seçilməsi və 
hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən 
uyğunlaşa bilən yeni dənli, dənli-paxlalı və yem bitkiləri sortlarının 
yaradılması; 

Bitkilərin abiotik və biotik stress amillərə (quraqlığa, yüksək temperatura, 
duza, qışa, xəstəliklərə və s.) qarşı davamlılığının artırılması; 

Müasir texnologiyaları tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində 
bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi; 

Ölkənin yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi; 

Respublikada mövcud olan yem bitkilərinin keyfiyyət göstəricilərinin 
öyrənilməsi və yem rasionlarının hazırlanmasında istifadəsi; 

Yüksək kondisiyalı orijinal, super-elit və elit toxumların istehsalı; 


22 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin