Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə16/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   12   13   14   15   16   17   18   19   ...   352
ƏETİ (55 ədəd) 
Fransa (1 ədəd)
Almaniya (3 ədəd) 
Ukrayna (1 ədəd)
Türkiyə (2 ədəd)
ADAU (4 ədəd) 
GEİ (4 ədəd) 
Rusiya (9 ədəd) 
AzETPİ (4ədəd) 
Nax.BRİ (2 ədəd) 
64,8% 
4,7% 
10,6% 
4,7% 
2,3% 
4,7% 
2,3% 
1,2% 
3,5% 
1,2% 
Əkinçilik ET İnstitutunun Dövlət Reyestrində olan rayonlaşmış dənli, dənli-paxlalı 
və yem bitki sortlarında payı 
(85 ədəd)

Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat 
prioritetlərinin müəyyənləşdirilməsində informasiya məsləhət mərkəzləri ilə 
əməkdaşlığın gücləndirilməsi. 
Bu məqsədlə hər il institutda 15-20 min tərtibində dənli, dənli-paxlalı və yem 
bitki nümunələrinin tədqiqi ilə bağlı 75-80 hektarda tarla təcrübələri qoyulur.
Əkinçilik ET İnstitutunun rayonlaşmış kənd təsərrüfatı
bitki sortları 
S/s 
Bitkinin adı 
Bitkinin latınca adı 
Rayonlaşmış 
sortların sayı 

Yumşaq buğda 
Triticum aestivum
L. 
27 

Bərk buğda 
Triticum durum 
Desf.
 
16 

Arpa 
Hordeum vulgare 
L.
 
12 

Çovdar 
Secale cereale 
L.
 


Vələmir 
Avena sativa 
L.
 


Tritikale 
Triticosecale 
Wittm.
 


Qarğıdalı 
Zea mays 
L.
 


Noxud 
Cicer arietinum 
L.
 


Mərcimək 
Lens culinaris 
Medic.
 

10 Lobya 
Phaseolus vulgaris 
L.
 

11 Yer fındığı 
Arachis hypogaea 
L.
 

12 Tütün 
Nicotiana tabacum 
L.
 

13 Yonca 
Medicago Sativa 
L.
 

14 Xaşa 
Onorbrychis viciaefolia 
Scop.
 

15 Çobantoppuzu 
Dactylis glomerata 
L.
 

16 Əzgən 
Kochia prostrata 
Schrad.
 

Cəmi: 
 
82 
Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan dərin kompleks elmi-
tədqiqat işləri nəticəsində təcrübi seleksiya məsələləri müvəffəqiyyətlə həll 
olunaraq müxtəlif kənd təsərrüfatı bitkilərinin 140 sortu yaradılmış və rayonlaşma 
üçün SNS və MÜDK-ya təqdim edilmişdir. Cədvəldən göründüyü kimi, onlardan 


23 
82-i, o cümlədən 27 yumşaq buğda, 16 bərk buğda, 12 arpa, 1 çovdar, 1 vələmir, 1 
tritikale, 4 qarğıdalı, 5 noxud, 2 mərcimək, 1 lobya, 1 yerfındığı, 4 tütün, 4 yonca, 
1 xaşa, 1 çobantoppuzu, 1 əzgən sortu rayonlaşmış, seleksiya nailiyyətlərinin 
Dövlət reyestrinə daxil edilmiş və patentləşmişdir.Yaradılmış və rayonlaşmış bitki 
sortlarının 90%-dən çoxu məhz 1970-ci ildən sonrakı dövrü əhatə edir. Əldə 
olunan bu müvəffəqiyyətlər 1970-ci ildən başlayaraq akademik Cəlal Əliyevin 
rəhbərliyi iləhərtərəfli, elmi cəhətdən əsaslandırılmış kompleks seleksiya 
proqramlarının hazırlanması və icrası ilə bağlı idi. Şəkildən göründüyü kimi, bu 
gün mandatımıza və Dövlət reyestrinə daxil olan 85 dənli, dənli-paxlalı və yem 
bitki sortlarının 65%-ə qədərinin patent sahibi Əkinçilik ET İnstitutudur [4].
2015-ci ildə institutda yaradılmış yumşaq buğdanın “Günəşli” və yoncanın 
“Yemçilik İnstitutu 16” sortları rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlət 
reyestrinə daxil edilmiş və patentləşmişdir. “Günəşli” yumşaq buğda sortu 
respublikanın əsasən Kürkənarı suvarılan ovalıq, Şirvan-Qarabağ, Böyük və Kiçik 
Qafqazın alçaq dağlıq, Naxçıvan Muxtar Respublikasının Arazkənarı suvarılan 
düzənlik zonalarında becərilməsi tövsiyə edilmişdir. Mexanikləşdirilmiş yığıma 
tam yararlı olan yoncanın “Yemçilik İnstitutu 16” sortu da əsasən respublikanın 
Kürkənarı suvarılan ovalıq, Şirvan-Qarabağ və Abşeron zonaları üzrə qeydiyyata 
alınmışdır [4; 5]. 
İnstitutda fundamental tədqiqatlara da geniş yer verilir. Beləki, fotosintez 
fəaliyyətinin göstəricilərinin və əlamətlərinin, morfofizioloji və aqronomik 
xüsusiyyətlərinin, buğda genotiplərinin real və potensial imkanlarının xarici 
mühitin amilləri ilə birlikdə öyrənilməsi nəticəsində “İdeal buğda” modelinin 
testləri hazırlanmışdır. Yüksək məhsuldar genotiplərin sünbülündə intensiv zülal 
sintezi, fotosintezin yüksək intensivliyi və ilkin fermentlərin fəallıqları ilə əlaqəsi 
öyrənilmişdir [6; 7; 8]. On mindən artıq nümunəni özündə ehtiva edən zəngin dənli 
taxıl, paxlalı və yem bitkiləri genofondu ex-situ və in-situ şəraitlərdə saxlanılır. 
Beynəlxalq klassifikatorlardan istifadə etməklə buğdanın əsas xəstəliklərinə qarşı 
effektli genləri və donorları müəyyənləşdirilmiş, seleksiyaya cəlb edilən buğda 
sortlarının ən müxtəlif keyfiyyət və kəmiyyət əlamətlərinə və əsas morfoloji 
xüsusiyyətlərə görə genetik pasportlaşdırılması həyata keçirilmişdir. İlk dəfə olaraq 
Azərbaycanda bölgələr üzrə yayılmış sarı pas patogenin populyasiya tərkibi tədqiq 
edilərək, 70E6A
+
, 6E6, 22E6, 134E134, 134E150, 14E142, 2E0, 6E2 rasları 
identifikasiya edilmişdir. Müəyyən edilmişdir ki, 14E142, 14E150, 134E150 
rasları digər raslara nisbətən daha çox virulentliyə malikdirlər. Buğda proqramı 
üzrə həyata keçirilən tədqiqatlarda Beynəlxalq klassifikatorlardan (Dünya, Avropa) 
istifadə edərək sarı pas xəstəliyinin Azərbaycanda yayılmış virulent raslarına qarşı 
Y
r
3
V
, SD, Y
r
4
+
, 3N, CV, SP, Y
r
1, Y
r
5, Y
r
10, Y
r
15, DW effektli davamlılıq genləri 
müəyyən edilmişdir [9]. 
Gld 1A4 və ya Gld 1A5 qliadin blok komponentləri ilə Gld 1B3 blok 
komponentləri bir genotipdə lokalizə olduqda çörək keyfiyyəti nisbətən yüksək, 
Gld 1A6 və Gld 1B3 blokları birlikdə olduqda isə aşağı olduğu müəyyən 
edilmişdir [9]. Çörəkbişirmə keyfiyyətinin yüksəldilməsi məqsədilə Gld 1A4, Gld 
1A5 və Gld 1B1 qliadin blok komponentlərini yüksək keyfiyyətin markeri kimi bu 


24 
markerlərin daşıyıcısı olan “Azəri”, “Qırmızı gül 1”, “Pərzivan 2”, “Ruzi 84”, 
“Murov”, “Murov 2”, “Uğur”, “Səba” və s. yumşaq buğda sortları seleksiyada 
keyfiyyətə görə donor kimi istifadə edilmişdir [10]. 
İnstitut ilk dəfə olaraq ölkədə toxum normasını 30-40% azaldan, suvarma 
suyuna 25-30% qənaət edən, verilmiş gübrələrin və alaqlara qarşı mübarizənin 
səmərəliliyini artıran, xəstəlik və zərərvericilərin inkişafına mənfi, kondisiyalı 
toxum çıxımına müsbət təsir edən vəsaitə qənaətedici tirəyə əkin, təkrar və 
gecikmiş əkinlərdə iqtisadi cəhətdən səmərəli olan sıfır becərmə texnologiyalarının 
elmi və təcrübi əsaslarını öyrənmiş, tətbiq etmiş və genişləndirmişdir [11; 12; 13]. 
Azərbaycandaotlaqların davamlı idarə edilməsinin, qorunmasının və 
yaxşılaşdırılmasının mütərəqqi texnologiyaların elmi əsaslarla işlənməsi və onların 
qorunub saxlanması üçün onların səthi və əsaslı yaxşılaşdırılma texnologiyaları, 
iribuynuzlu heyvanlar üçün qarğıdalı ilə yoncanın, amarantla qamışın və qarğıdalı, 
yonca, amarant və qamışın qarışığından kombinləşdirilmiş silosun hazırlanması 
texnologiyaları işlənib hazırlanmışdır.
İnstitutun struktur tabeliyində fəaliyyət göstərən bölgə təcrübə 
təsərrüfatlarımız 2015-ci ildə 1000 hektardan artıq sahədə institutun rayonlaşmış 
32 dənli, dənli-paxlalı və yem bitki sortlarının (13 yumşaq və 3 bərk buğda, 5 arpa, 
4 qarğıdalı, 2 noxud, 1 mərcimək, 3 yonca və 1 xaşa) toxumçuluğu fəaliyyəti ilə 
məşğul olmuşdur. Bu təsərrüfatlarda 1203 ton dənli, dənli-paxlalı və yem 
bitkilərinin orijinal, super-elit və elit toxumları istehsal olunmuşdur. İstehsal 
olunan 952 ton elit toxumlar kvotaya uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin 
bölgüsü əsasında 120-dən artıq dövlət və özəl toxumçuluq təsərrüfatlarına 
verilmişdir. İri taxılçılıq təsərrüfatları 2015-ci ildə institutun “Qobustan”, “Tale 
38” və digər buğda sortlarından hektara ortalama 65 sentnerdən artıq dən məhsulu 
əldə etmişlər. 
Əkinçilik ET İnstitutu bazar iqtisadiyyatı şəraitində yeni elmi nailiyyətləri ilə 
bundan sonra da kəndli fermer təsərrüfatlarına yaxından kömək edərək, müstəqil 
respublikamızda kənd təsərrüfatı məhsulları bolluğu yaradılması işinə öz layiqli 
töhvələrini verəcəkdir. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin