285
gövdə və qıçalarda patoloji törəmələr əmələ gətirir. Törəmələr, qovuqlar, kök
boğazında,
yarpaq və gövdələrdə, süpürgə və qıçalarda formalaşırlar.
Törədicisi
Ustiloqo zeae
Ung. göbələyidir. Xəstəliyin inkişafı üçün optimal temperatur 20-30
0
C-
dir. Torpaqda 60% rütubət olması törədicinin inkişafı üçün kifayət edir.
Bitkinin
gövdə və qıçaları yoluxan zaman xəstəlik daha zərərlidir. Buzaman məhsuldarlıq 25-
30%-ə qədər azalır.
Qarğıdalının toz sürməsi -
xəstəlik süpürgə və qıçaları sirayətləndirir.
Sirayətlənmiş süpürgələr
qara tozlanan kütləyə, qiçalar isə qara spor kütləsinə
çevrilirlər. Törədicisi
Sorosporium reilianum
McAlp. göbələyidir. Xəstəliyin ikişafı
üçün optimal temperatur 28-30
0
C-dir. Yay aylarında arabir düşən yağışlar patogenin
inkişafına münbit şərait yaradır. Törədici 4-5 il həyatiliyini saxlaya bilir.Əkin
sahələrində xəstəliyə yoluxma 10-25% olduqda, məhsuldarlıq 40% qədər azalır [1;
2].
Dostları ilə paylaş: