Qarğıdalı cücərtilərinin fuzariozu - bu xəstəlik zamanı yeni cücərən bitkinin
səthində göbələyin çəhrayı və ya ağ rəngli örtüyü görünür. Xəstəliyə yoluxan
bitkilərin kök sistemi zəifləyir, bitkinin inkişafı sağlam bitkilərə nisbətən daha zəif
olur, yarpaqlar quruyaraq məhv olur. Xəstəlik
Fusarium spp. göbələyi tərəfindən
törədilir.Törədicilər torpaqda, bitki qalıqlarında və toxumlarda qalırlar. Xəstəliyin
vurduğu ziyan toxumların yoluxma dərəcəsindən asılıdır. Sirayətlənmiş toxumların
sayı çox olduqca xəstə bitkilərin faizi də bir o qədər artıq olur. Belə ki, xəstəlik
yoluxan sahələrdə cücərmə 14-40% arasında dəyişərək aşağı düşür.
Qarğıdalı qıçasının fuzariozu - bu xəstəlik zamanı süd yetişmənin sonu, mum
yetişmənin əvvəlində qıçaların səthində çəhrayı rəngli örtük əmələ gəlir. Örtük
artaraq dənləri də sirayətləndirir. Xəstəlik
Fusarium verticoides Sacc. (
moniliforme J.
Sheld.) ğöbələyi tərəfindən törədilir. İnfeksiya mənbəyi sirayətlənmiş toxumlar və
sahədə qalan qalıqlardır. Göbələyin inkişafı üçün minimum temperatur 10-14
0
C,
maksimum isə 35-39
0
C-dir. Yüksək rütubət törədicinin inkişafını gücləndirir.
Xəstəlikməhsuldarlığın aşağı düşməsinə səbəb olur və həmçinin onun keyfiyyətini
pisləşdirir. Güclü xəstəliyə yoluxanbikinin məhsulu insan və heyvanlar üçün
zərərlidir.
Qarğıdalı gövdələri, qıçaları və yarpaqlarının helmintosporiozu - bu xəstəlik
cücərtiləri, yarpaq, yarpaq qınları, qıça və dənləri yoluxdurur. Törədici
yarpaqlardabozumtul və ya sarımtıl tund - qəhvəyi mərkəzli ellips formalı yarpaq
damarları ilə uzunsov ləkələr əmələ gətirir. Yarpaq qınlarında ləkələr qəhvəyi,
məxməri haşiyəli olub, uzunluğu 5sm-ə çatır. Qıçalarda tünd haşiyəli qəhvəyi
milşəkilli ləkələr formalaşır. Xəstəlik toxumu rüşeym hissəsindən qaraldır və
cücərmə faizini aşağı salır. Yarpaqların ləkəliyinin artması və qıçaların çürüməsi
xəstəliyin güclü yoluxma əlamətidir. Törədicisi
Helminthosporium maydis Y. Nisik.
& C. Miyake, göbələyidir. Patogen 10-36
0
C inkişaf edir. Yoluxma 90-100% nisbi
rütubətdə həyata keçir.