Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə240/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   236   237   238   239   240   241   242   243   ...   352
Tədqiqatın məqsədı:
Son illər bir sıra inkişaf etmiş ölkələrdə heyvandarlığın 
intensiv inkişafı ilə əlaqədar olaraq, siloslaşmanın yeni mütərəqqi üsulundan yəni 
yaşıl yemlərin qida maddələri ilə zəngin olan qarışığindan müxtəlif növ heyvanlar 
üçün kombinə edilmiş silosun hazırlanması üsulundan geniş istifadə edilməyə 
başlanmışdır. Tədqiqatlar göstərir ki, bu üsulla basdırılmış yem kütləsində siloslaşma 
prosesinormal getməklə, kütlənin tərkibində qida maddələri itkisi xeyli azalır və 
yemdaha keyfıyyətli olur. İri buynuzlu heyvanlar üçün yüksək keyfiyyətli kombinə 
edilmiş silosun hazırlanması məqsədilə tədqiqat işləri aparılımşdır. 
Material və metodika:
Tədqiqat işləri 2012-2014-cü illər ərzində Azərbaycan 
Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun ərazisində və 
laboratoriya şəraitində aparılmışdır. Tədqiqatın məqsədinə uyğun həcmdə qarğıdalı, 
yonca və amarant bitkiləri əkilmiş, aqrotexniki qaydalara uyğun becərmə işləri 
aparılmışdır. Silosluq kütlələr lazımi fazalarda biçilmiş, nəmliyə uyğun olaraq 
doğranmışdır. Aşağıda göstərilən variantlar üzrə təcrübə qoyulmuşdur. 
Variantlar: 
1. Qarğıdalı (təmiz) - nəzarət 
2. Amarant (təmiz ) - nəzarət 
3. Qamış (təmiz ) - nəzarət 
4. Qarğıdalı 25% + yonca 25% + amarant 25% + qamış 25% 
5. Qarğıdalı 30% + yonca 30% + amarant 30% + qamış 10% 
6. Qarğıdalı 35% + yonca 25% + amarant 30% + qamış 10% 
7. Qarğıdalı 35% + yonca 30% + amarant 25% + qamış 10% 
Xırdalanmış kütlələr 7 variant əsasında, müxtəlif faiz nisbətlərindəqarışdırılmış 
və 2 təkrar olmaq şərti ilə basdırılmış, ağzı möhkəm bağlanmışdır. 
2 aydan sonra siloslar açılaraq, yem nümunələri götürülmüş və aşağıda 
göstərilən keyfiyyət göstəriciləri tədqiq edilmişdir. Silosun keyfiyyət göstəriciləri 2 
üsulla orqanoleptik və kimyəvi analizlər üsulu ilə öyrənilmişdir. Təsərrüfat 
göstəricilərinə görə silosun turşuluq dərəcəsi (PH) (Viqner üsulu ilə) və bal sistemi 
ilə rəngi, qoxusu (orqanoleptik üsulla) təyin edilmişdir. Silos kütləsinin keyfiyyət 
göstəricilərini öyrənmək üçün variantlar üzrə yem kütləsini tərkibində ümumi və 
hiqroskopik nəmlik, quru maddə, xam protein (Keldal üsulu ilə), xam yağ (Sokslet 
üsulu ilə), xam sellüloza ( Kirşner və Qanek üsulu ilə), xam kül (Müfel peçində), 
azotsuz ekstraktiv maddələr (AEM) hesablama yolun іləvə karotin (vitamin A) 
Çirelüsulu ilə təyin edilmişdir. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin