Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə239/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   235   236   237   238   239   240   241   242   ...   352
 
 
THE PROTEIN TRYPTOPHAN CONTENT IN SEEDS OF BEAN 
COLLECTION SAMPLES 
 
E.B.Rafiev 
Genetic Resources Institute of Azerbaijan National Academy of Sciences
In result of experiments have determined that the highest protein content 
compared to the standard was observed in samples: t /5 (25.93%); t/15 (26.13%); 
PHA-73 (26.18%), and K-6064 (26%). The content of tryptophan in been seed 
samples were as follows: t/15 (260mg) and K-6075 (240 mg) and K-6061 (250 mg), 
the K-6064 (250 mg) K-34 (260mg) per 100q of seed. 
These bean samples are useful to use in breeding programs. 
 
UOT xxxx 
QARĞIDALI, YONCA, AMARANT VƏ QAMIŞ BİTKİLƏRİNDƏN 
KOMBİNƏLƏŞDİRİLMİŞ SİLOSUN HAZIRLANMASI 
TEXNOLOGİYASI 
 
E.Ə.HACIYEVA, N.S.USEYNOVA 


376 
Əkinçilik Elmi-Tədqiqat İnstitutu 
Məqalədə qarşıya qoyulan əsas məqsəd mal-qaranın yüksək keyfiyyətli yemə 
olan tələbatının artması ilə əlaqədar olaraq müxtəlif yem bitki qarışıqlarından 
istifadə etməklə zəngin qida tərkibli silosun hazırlanmasıdır. 
Açar sözlər:
silos, qidalı yem bitkiləri, iri buynuzlu heyvanlar, qida maddələri, 
vitaminlər, texnologiya 
Ключевыеслова:
силос, питательные кормовые растения,крупнорогатые 
животные, технология, питательные вещества, витамины 
Key words:
silage, nutritious fodder plants, cattle, technology, nourishing 
things, vitamins 
Azərbaycan Respublikasında əhalinin ərzaq təminatı dövlətin iqtisadi siyasətinin 
mühüm bir hissəsidir. Əsas məqsəd məhsuldarlıq artımını dəstəkləməklə, məhsul 
keyfiyyətini və inkişafını genişləndirmək, onun dəyər artımını gücləndirməkdir. 
Heyvandarlığın inkişafı 
ѵ
ə məhsuldarlığın artımı, cins tərkibinin yaxşılaşdırılması, 
genetik potensialın artırılması üçün yüksək keyfiyyətli yem bazası yaradılması və 
bunun əsasında heyvandarlığı balanslaşdırılmış yemlərlə təmin edilməsi başlıca 
amildir. 
Heyvandarlıq sahəsi tarixən Azərbaycanın inkişafında önəmli bir yer tutmuşdur. 
Hazırda heyvandarlıq sektoru ölkənin kənd təsərrüfatı iqtisadiyyatının əhəmiyyətli 
hissəsidir və əksər kəndli ailələri heyvandarlıq təsərrüfatı ilə məşğuldur. Heyvanların 
saxlanılmasının ən vacib, həlledici dövrü qış mövsümüdür. Mal- qaranın gümrahlığı 
və gələcək məhsuldarlığı bu dövrdə onun yemləndirilməsindən xeyli asılıdır. Yaşıl 
otun olmadığı qış aylarında heyvanlara yaşıl, sulu və iqtisadi cəhətdən səmərə verə 
biləcək yem silosdur. 
Silos yaşıl yemlərin bir çox xüsusiyyətlərini özündə saxladığına görə о qaba 
qüvvəli və kökümeyvəli yemləri qismən əvəz edir. Silosu bütün heyvanlara 
yedizdirmək olar. O, heyvanlar tərəfindən iştah ilə yeyilir. Silosu heyvanlara 
yedirtdikdə digər yemlərin, xüsusən də qaba yemlərin orqanizm tərəfindən 
mənimsənilməsi yaxşılaşır, qida maddələrinin həzmə gedəcəyi yüksəlir. 
Siloslaşmada əsas məqsəd süd turşusu qıcqırmasına kömək edən şəraiti 
yaratmaqdır. Süd turşusu bakteriyaları anaerob orqanizmlər olduğundan onlarm 
inkişafna oksigen lazım deyil. Ona görə də quyu və ya xəndəyə yığılan kütlə sıxılıb 
kipləşdirilir. Süd turşusu prosesi üçün maksimum temperatur 55°C-dir. Temperatur 
60-65°C olarsa 10-15 dəqiqədən sonra bu bakteriyalar ölür, 5°C-dən aşağı isə 
fəaliyyətlərini dondurur. 
Siloslaşma texnologiyasna ciddi əməl etməklə yanaşı onun saxlanmasına da 
diqqət yetirilməlidir. Əks təqdirdə yemin qidalılıq dəyəri və bioloji əhəmiyyəti aşağı 
düşür. Qıcqırmış silos (yüksək yağ və sirkə turşusu tərkibli) mal-qaranın 
yemləndirilməsi üçün yararsızdır. Silosun nəmliyi 60-70%, turşuluğu pH-4,2 olmalı, 
donmaya məruz qalmamalıdır. 


377 
Siloslaşma konservləşmənin biloji metodudur və siloslaşma nəinki yaşıl 
bitkilərin qiymətli xüsusiyyətlərini qoruyur, hətta çox vaxt onların yem 
dəyəriniyaxşılaşdırır. Yaşıl otdan hazırlanan silosda həzm olunan proteinin miqdarı 
dahayüksək olur. 
Məlumdur ki,siloslaşma dərəcəsinə görə bütün bitkilər 3 qrupa bölünür: asan 
siloslaşan, çətin siloslaşan və siloslaşmayan. Silos əsasən qarğıdalı bitkisindən 
hazırlanır. Lakin qeyd etmək lazımdır ki, bu bitki özünəməxsus bioloji 
v
ə təsərrüfat 
xüsusiyyətlərinə görə bir sıra üstünlüklərə malik olsa da onların yaşıl kütləsində qida 
maddələrinin (protein, mineral maddələr, karotin 

digər keyfiyyət göstəriciləri) 
miqdarı nisbətən azdır. Məhz buna görə də yalnız bu bitkidən hazırlanan qatqısız 
təmiz silos kütləsinin qidalılıq dəyəri aşağı olur.
Kombinə edilmiş silos üçünyem istehsalında kifayət qədər məhsuldarlığı və 
yüksək qidalılığı ilə fərqlənən bitkilər seçilməlidir.
Qarğıdalı dünya miqyasında və ölkəmizdə istifadə edilən əsas yem bitkisidir. O, 
məhsuldarğına görə bütün dənli yem bitkilərindən üstündür. Onun tərkibində şəkər 
minimumu kifayət qədər olduğundan asan siloslaşır. Yem kimi həm gövdəsindən, 
həm yarpaqlarından, һəm də qıçalarmdan istifadə olunur.
Asan siloslaşan qarğıdalının yaşıl kütləsində protein, mineral maddələr, karotin 
və.s az olduğundan onu bu maddələrlə zəngin olan çətin siloslaşan yonca ilə 
siloslaşdırmaq məqsədə uyğundur. Yoncanın tərkibində çoxlu zülül, fosfor, kalsum, 
vitaminlər, əvəz olunmayan amin turşuları, yarpaqlarmda С vitamini piqmentlər, 
çiçəklərində karotin, fenollar, qlükozidlər və efir yağları var. Bundan başqa yoncada 
heyvanların çəki artımını sürətləndirən heterogen maddələr 
olduğu 
müəyyənləşdirilmişdir. Heç bir digər yem bitkisində yem rasionunu bu qədər 
yaxşılaşdıracaq zülal və sellüloza yoxdur.Yoncanın zülal tərkibi süddə zülalın 
miqdarını və süd məhsuldarlığını artırır. Xam sellüloza isə həzmi yaxşılaşdirirvə 
gövşəmə fəaliyyətinə stimul verir. Yoncanm çox saylı vitamin və mineralları 
maddələr mübadiləsinə və sağlamlığa, çox miqdarda beta-karotin isə heyvanların 
nəsil artırma qabiliyyətinə pozitiv təsir göstərir. Yonca heyvanlar üçün təkcə yem 
yox, həm də müalicəvi əhəmiyyətlidir. O, öskürək əleyhinə dərman, ağrıkəsici vasitə 
kimi əhəmiyyətlidir. Məlumdur ki, yem payında protein çatışmaması həm 
məhsuldarlığı azaldır, һəm də yemlərin səmərəsiz istifadəsinə səbəb olur. Yoncanm 
quru maddəsində təxminən 22% protein olur. 
Hazırda yer kürəsinin demək olar ki,bütün iqlim qurşaqlarında rast gəlinən 
amarant ərzaq bitkisi kimi hələ qədim zamanlarda, 8 min il bundan öncə Mərkəzi 
Amerikada və Meksikada məlum olmuşdur.Amarantın tərkibində qida maddələri 
zəngin olduğundan son illər yem bitkiləri sırasına da daxil olmuşdur. Onun yaşıl 
kütləsindən heyvanlar üçün yem, briket, zülal pastası, hüceyrə şirəsi‚ ot zərdabı, 
protein konsentratı hazırlanır. Bu bitkinin yaşıl kütləsi, çiçəkləri, toxumları tərkibində 
olan zülalın, yağın, makro və mikroelementlərin, vitaminlərin, bioloji aktiv 
maddələrin miqdarına görə bir çox ərzaq və yem bitkilərindən üstündür. 
Qarğıdalı, amarant, yonca bitkilərinin yüksək yemlik keyfiyyətini nəzərə alaraq 
və mövsüm ərzində bir neçə dəfə biçilməsi mümkün olan qamışdan kombinə edilmiş 
silosun hazırlanmasmda istifadə etmək məsləhətdir. 


378 
Siloslaşdırmaq üçün hər bir otun biçim dövrünü düzgün təyin etmək lazımdır. 
Qarğıdalı yaşıl kütləsi dənin süd-mum və mum yetişmə fazasında, yonca qönçələmə-
çiçəkləmə fazasında, amarant süd-mum yetişmə fazasında, qamış isə süpürgə 
əmələgəlmə fazasında yığılmalıdır. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin