371
Soluxdurulmuş otu senaj üçün һəm bütöv, həm də doğranmış halda basdırmaq
olar. Hər 2 halda yem yaxşı olur. Lakin yemin yaxşı basdırılması, az yer tutması,
çıxarılması və mal-qaraya verilməsi işinin mexanikləşdirilməsi üçün onun
doğranması əlverişlidir.
Senaj basdırılan quyu havadan tam təcrid edilməlidir. Bu məqsədlə quyunun
noluetilen plyonkalalra bağlanması vacibdir. Plyonkanın ətəkləri senaj basdırılan
quyunun ətrafında qazılmış arxlara basdırılır. Onu müxtəlif zədələrdən qorumaq üçün
üzərinə sönməmiş əhəng səpələmək və üstünə 8-10 sm qalınlığında torpaq tökmək
lazımdır. Bunu elə etmək lazımdır ki, içərisinə su
ѵ
ə hava keçə bilməsin. Daxildə
qalan oksigen bitkinin hələ yaşamaqda olan hüceyrələrinin tənəffüsü nəticəsində
dərhal (CO
2
) karbon qazı ilə əvəz olunur.
Senaj basdırıldığı gündən başlayaraq hər hansı vaxt istifadə edilə bilər. Çünki bu
yem qıcqırma
ѵ
ə konservant sayəsində yox, öz kütləsinin “fizioloji quruluğu”
sayəsində saxlanılır, ona görə də yetişməsi üçün vaxt tələb edilmir.
Təzə açılmış senaj zəif meyvə iyi verir və öz əvvəlki strukturunu saxlamaqla
yaşıl rəngə malik olur. Quyudan çıxarıldıqdan sonra rəngi bir qədər tündləşir. O, uzun
müddət hava ilə təmasda qaldıqda keyfiyyəti pisləşə bilər. Odur ki, senaj quyusunun
üstü bir tərəfdən açılıb sutkalıq istifadə ediləcək norma götürüldükdən sonra dərhal
plyonka ilə örtülməlidir.
Senaj bütün qruplardan olan camış, qaramal və qoyunlar tərəfındən həvəslə yeyilir.
Tədarük edilmiş senaj ot tədarükü planına uyğun hesablanır. Belə ki, 100 kq
senaj 76-80 kq quru ota bərabər hesab edilir. 1 s senaj 38-40 kq, 1 s quru ot 50 kq
yem vahidinə bərabərdir.
Basdırılmış senaj kütləsinin һər kub metrinin çəkisi onun doğranma və basılma
dərəsindən asılı olaraq 300-400 kq hesab edilir.
Təsərrüfatlarda senajın hazırlanmasını yüksək texnika tətbiqi ilə həyata
keçirməklə, mal-qaraya gündəlik sərf olunan yemin maya dəyərinin 30 -35 %
azalmasına nail olmaq olur. Вeləliklə, yem bazasınm möhkəmləndirilməsi üçün quru
ot istehsalını senajla əvəz etmək vacib hesab edilir. Heyvanların bu keyfıyyətli yem
növü ilə qidalandırılması onların il boyu vitaminlərə, fermentlərə və digər qida
maddələrinə olan təlabatını tam ödəyər.
Dostları ilə paylaş: