373
(260mq), K-6075 (240mq), K-6061 (250mq), K-6064 (250mq) və K-34 (260mq)
nümunələrində çox olmuşdur. Bu nümunələr gələcəkdə seleksiya istifadə edilə bilər.
Aparılan bır sıra elmi tədqiqat işlərində hibridləşmə yolu ilə alınan noxud
sortlarında zülalların miqdarının 21-23% arasında dəyişildiyi qeyd olunur [6]. Digər
alimlərin apardıgı
elmi işlərdə isə, müxtəlif şəraitdə becərilən şənbələ bitkisinin
toxumunda zülalların spektrində əsaslı dəyişiklik olmadığı göstərilir[4].
Apardığımız tədqıqat işində lərgə və inək noxudu
kolleksiya nümunələrində
məhsuldarlığın struktur elementləri və biokimyəvi göstəriciləri öyrənilmişdir[5].
Aparılan analızlərin nəticəsindən aydın olmuşdur ki, öyrənilən nümunələr arasında
keyfiyyət göstəriciləri 3 lərgə və 1 inək noxudu nümunələrində daha yüksəkdir. Bu
nümunələrin də seleksiya işlərində istifadə olunması tövsiyə olunur. Həmçinin, çöl
noxudu və lərgə bitkilərinin muxtəlif inkişaf fazalarında
yarpaqlarda xlorofil və
karotinoidlərin miqdarı tədqıq olunmuşdur [1]. Məlum olmuşdur ki,
bu bitkilərin
yarpaqlarında xlorofil və karotinoidlər arasında müsbət korelyasiya bitkilərin
çiçəkləmə fazasında daha çox müşahidə olunur.
Tədqiqat materialı kimi muxtəlif lobya kolleksiya nümunələri götürülmüşdur.
Bu nümunələrdə ümumi azot (protein Nx6.25) və triptofanın miqdarı
öyrənilmişdir. Tədqiq olunan kolleksiya nümunələrin
toxumunda ümumi azotun
miqdarı Keldal [2], triptofanın miqdarı Yermakov A.İ; Yaroş N.R. [3] üsulu ilə
təyin olunmuşdur.
Tədqiq olunan nümunələrin toxumunda aparılan analizlərin nəticələri aşagıdakı
cədvəldə verilmişdir.
Dostları ilə paylaş: