Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə231/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   227   228   229   230   231   232   233   234   ...   352
 
UOT 639. 3. 03 
 
QİDA MADDƏLƏRİNİN VƏ YEMLƏMƏNİN KƏND TƏSƏRRÜFATI 
HEYVANLARININ MƏHSULDARLIĞINA TƏSİRİ 
 
S.G.ABBASQULİYEVA
 
Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı 1098, Pirşağı qəs. Sovxoz 2 
 
Orqanizmin böyümə və inkişafına genetik amillərlə yanaşı ən çox təsir edən 
amillərdən biri yemləmə rejimi, yemlərin qidalılığı, yem payının strukturu və 
yemlərdəki qida maddələrinin mənimsənilmə qabiliyyətidir. Qida maddələrinin 
orqanizmə təsirini nəzərə alaraq institutun laboratoriyasında yem bitkilərinin 
müxtəlif fazalarda tərkibi öyrənilmişdir və heyvandarlıqda tətbiqi nəzərdə 
tutulmuşdur. 
 
Açar sözlər:
orqanizm, qidalanma, irsiyyət, inkişaf, yem bitkiləri, 
məhsuldarlıq, keyfiyyət göstəriciləri, yüksək qidalılıq 


355 
Ключевые слова: 
организма, питание, наследственность, рост, 
кормовые 
культуры, 
плодородие, 
показатели 
качества, 
высокая 
питательность 
Key words: 
organism, nutrition, heredity, progress, crops, productivity, 
measures of quality, high feeding
 
 
Orqanizmə daxil olan qida maddələri ya onun həyati funksiyalarının 
təminatına yaxud məhsuldarlığın bərpasına sərf olunur. Bütövlükdə isə orqanizmin 
qida maddələrinə tələbatı müxtəlif amillərdən asılıdır. Yemin qəbulu və həzm 
edilməsi nəticəsində heyvan orqnizmində əzələlərin gərilməsi (təqəllüsü) və istilik 
tənzimlənməsi (termorequlyasiya) baş verir. Əgər temperatur optimal səviyyədə 
olarsa qidalanma nəticəsində yaranan istilik kifayət olur. Əgər havalar soyuq və ya 
isti keçərsə çatışmayan enerji yaranır. Çatışmayan enerjinin təminatı və artıq 
enerjinin kənarlaşdırılması üçün də əlavə enerji tələb olunur. Bunu da heyvan qida 
vasitəsilə tənzimləyə bilər. Heyvanlar yalnız o zaman məhsul verir ki, orqanizmə 
daxil olan enerji daxili ehtiyatdan artıq olsun. Bu deyilənləri ümumiləşdirərək belə 
nəticəyə gələ bilərik ki, qidalanma heyvan orqanizmində bütün həyati proseslərə 
təsir göstərir (1). 
Heyvan orqanizminin böyümə və inkişafına irsiyyətlə yanaşı ən çox təsir 
göstərən amilərdən biri də yemləmə rejimi, yemlərin qidalılığı, yemlərdəki qida 
maddələrinin mənimsənilmə qabiliyyətidir. 
Heyvan orqanizminin fərdi inkişafının düzgün getməsi üçün yemləmənin 
təşkilində bu və ya digər amilləri nəzərə almaq lazımdır: 
1.
Yemləmənin ümumi səviyyəsi 
2.
Yemləmənin tam qiymətliliyi 
3.
Müxtəlif mənşəli yemlərə görə yem payının strukturu 
4.
Böyümənin müxtəlif dövrlərində ayrı-ayrı qida maddələrinə (xam protein, 
xam sellüloza, xam yağ və s.) təlabatın eyni olmaması 
5. Yemləmənin ritmiliyi 
6. Müxtəlif cinsiyyətlərə məxsus cavanların yem paylarının qidalılığının 
müxtəlifliyi 
Belə ki, yemin miqdarının kifayət qədər olmaması, yem payında bu və ya 
digər qida maddələrinin tələb olunan qədər olmaması yemlərin tərkibində proteinin 
bioloji baxımdan tam qiymətli olmaması, yəni əvəz olunmaz amin turşuları ilə 
zəngin olmaması böyümə və inkişaf prosesində əsaslı diqqəti cəlb edən 
pozuntulara səbəb olur. Bunun nəticəsində heyvan orqanizminin həyatiliyi, yüksək 
yaşama qabiliyyəti aşağı düşür, orqanizm zəifləyir. Ayrı-ayrı qida maddələrinin 
çatışmamazlığı nəinki orqanizmin böyümə və inkişafdan qalmasına, həmçinin ayrı-
ayrı orqanların və toxumaların qanunauyğun və normal inkişafında, 
formalaşmasında ciddi pozuntulara səbəb ola bilər. 
Belə ki, qaramal cavanlarının qış yemləndirilməsi onlarda canlı kütlənin 
normal yemləmə şəraitində yetişdirilən həmyaşıdlarında olduğundan 10-35% az 
olması ilə nəticələnir. Bu isə düzgün olmayan yemləmənin təsiri nəticəsində baş 
vermişdir. 


356 
Böyümə və inkişaf düzgün gedərsə, o zaman keyfiyyətli məhsuldan (heyvan) 
söhbət gedə bilər. 
Böyümə - inkişafın bir hissəsidir. Bu dəyişmə həcmi, kütləvi və xətti artım 
xüsusiyyəti və onların orqanizmdə (hüceyrə, hüceyrəarası maddə, orqan və 
toxuma) üzvi maddələrin (zülal sintezi, lipidlər, polisaxaridlər və s.) kəmiyyət 
dəyişkənliyinin zamana nisbətidir. 
İnkişaf orqanizmin həm keyfiyyət, həm də kəmiyyət xüsusiyyətlərinin artan 
xətt istiqamətində dəyişkənliyidir. 
İnkişaf isə keyfiyyətli dəyişkənlik, canlı kütləni konversiya (orqanizmin 
yenidən qurulması və differensiallığı) və hərəkəti (hüceyrələr, toxumalar və 
orqanlar), doğulduqdan ölənə qədər onun bütün formaları orqanizmin genotipində 
konkret şərtlərlə baş veren davamlı prosesdir. (2) 
Heyvandarlıqda çəki artımının hesabatı heyvanların xətti böyüməsinin 
ölçülməsi yolu ilə öyrənilmişdir. Böyümə və inkişafın vacib göstəriciləri heyvanın 
canlı kütləsinin dəyişməsindən asılıdır. 
Boğazlıq dövründə ananın pis, zərərli, keyfiyyətsiz yemlərlə yemləndirilməsi, 
ana orqanizminin boğazlığın müxtəlif dövrlərində ümumi yemə, o cümlədən ən 
vacib qida maddələrinə olan tələbatının ödənilməsində embrionalizm baş verir. 
Embrional inkişafdan qalma heyvanin həyatının bütün qalan dövrlərində də 
qabarıq şəkildə özünü göstərir. 
Hər hansı növ heyvan üçün yem payının tərkibində sərf olunan quru 
maddənin miqdarı əsas meyar hesab olunur. Tərkibindəki quru maddənin miqdarı 
35%ə qədər oıduqda yemin yeyilmə dərəcəsi yaxsılasır. Bu göstərici yemin 
növündən və keyfiyyətindən, yemlərin texnologiyasından, xarici mühit şəraitindən 
asılı olaraq dəyişə bilər. 
Heyvan tərəfindən yem məsarifi canlı kütlənin yüksəlməsi ilə artır, lakin bu 
artım canlı kütlənin artımına nisbətən yavaş gedir. Müxtəlif cinslərdən olan 
heyvanlar arasında yem məsarifi əlamətli qədər fərqli olur. Belə ki ətlik cinsinə 
nisbətən südlük mallara bir qədər çox yem sərf edirlər.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin