357
həzm olunmasının yüksəlməsi ilə yemin enerji qidalılığı artır və çox xırdalanmış
yemlər heyvanlar tərəfindən pis yeyilir.
Yemlərin yüksək dərəcədə sərfinə onların növbə ilə verilməsi əhəmiyyətli
dərəcədə müsbət təsir göstərir. Ona görə
də yüngül həzm olunan yemlər,
keyfiyyətli silos axura əvvəlcə verilməlidir. Sellüloza ilə zəngin olan silos
yemlərdən quru ot, küləş vahid kütləyə görə daha həcmli olduqlarına görə
işgənbədə çox yer tutur və eyni miqdar kəskin sürətdə aşağı düşməsi üçün qüvvəli
yemlər heyvana qaba yemlərdən sonra verilir. Bu hal (pH-ın aşağı düşməsi) yemin
mənimsənilməsinə mənfi təsir edir [1].)
Heyvanlar gündə 6-8 saat sərbəst yemləndirildikdə onlar daha çox yem
qəbul edirlər. Heyvana təkrarən təzə yem verməklə,
yem məsarifini maksimuma
çatdırmaq olar. Yaşıl yem və yumşaldılmış silosu yemləmədən əvvəl çox (12 saat)
saxlamaq olmaz, çünki belə şəraitdə onda öz-özünə qızışma gedir [5].
Bu hal qida maddələrinin parçalanmasına və bununla da yemin
mənimsənilməsinə pis təsir edir. Həmçinin yemləri fermada çox saxlamaq da
olmaz. Yaxşı olar ki, həmişə, xüsusilə,
onlara quru yemlər verildikdə, heyvanlar
sərbəst su içə bilsinlər. Əks təqdirdə heyvanların iştahası pisləşir. Havanın
istiliyinin yüksək olmaması, təmiz olmasına bu da heyvanın yem yeməsinə pis təsir
göstərir.
Kökəltmənin əvvəlində cöngələrin proteinə olan tələbatları onların
heyvanları saxlamaq üçün və alınmış canlı kütlə artımına lazım olan preteinin
miqdarı ilə müəyyən edilir. 350 kqcanlı kütləyə malik cöngələrin tələbatı
işgənbədəki mikroorqanizmlərin azota olan tələb səviyyəsində ödənilməlidir. Yaşla
əlaqədar olaraq orqanizmdə protein toplanması prossesi ləng getdiyi üçün ona
heyvanın tələbatı da az olur.
Təcrübədə bu ona gətirib çıxarır ki, kökəltmənin
sonunda bütün cinslərdə
heyvanların özlərinin proteinə olan tələbatına nisbətən işgənbədəkibakteriyaların
proteinə olan tələbatı yüksəkdir. Əgər mikrofloranın proteinə olan tələbatı
ödənilməzsə onda yemlərin hazır olması aşağı düşür. Bu isə heyvanın iştahının
azalması hesabına onun yeyilməsinin azalmasına səbəb olur [3].
Bunun da nəticəsi ondan ibarətdir ki, heyvanın qida maddələrinə olan
tələbatı təmin olunmur və gündəlik canlı kütlə artımı azalır. Ona görə də
kökəlmənin əvvəlində yem payındakı quru maddədə xam proteinin miqdarı 14-15
%, kökəltmənin gedişində isə 11-12%-ə qədər azaldılır.
Ümumiyyətlə
götürsək, yazın əvvələrindən payızın sonuna kimi heyvanları
yaşıl yemlə yemləndirmək çox faydalıdır. Yaşıl yemlər bir çox qida maddələri, o
cümlədən vitaminlər və mineral maddələrlə zəngindir. Yemlərin zootexniki
qiymətləndirilməsi və kütləvi analizlər nəticəsindəmüəyyən edilmişdir ki, bitkinin
becərilmə texnologiyasından, bitkinin sort növündən,
əkildiyi torpaq-iqlim
şəraitindən, bitkinin inkişaf fazalarından asılı olaraq yem bitkilərinin qidalılıq
dəyəri və keyfiyyət göstəriciləri dəyişir. Bu dəyişkənliklər cədvəl 2-dəvə cədvəl 3-
də verilmişdir. Yem bitkilərinin tərkibində olan qida maddələri və onların həzm
olunma dərəcəsini nəzərə alaraq heyvanları lazım olan miqdarda və münasib
mövsümdə yemləmək olar.
358
2012-2013-cü illərdə qəbul edilmiş metodika əsasında (3,5 və s.)
laboratoriyada aparılmış analizlərdən alınan nəticələrə əsasən qeyd edə bilərik ki,
yoncanın 3 sortunda (Abşeron, Aran və Yemçilik-16) qida maddələrinin
miqdarında müxtəliflik müşahidə olunmuşdur.
2012-ci ildə yonca “Abşeron” sortunda qönçələmənin əvvəli fazasında ən
yüksək nəticə xam protein (18,9%), xam sellüloza (32%), həzmə gedən protein
(14,704), həzmə gedən sellüloza (16,544%) olunmuşdur. “Yemçilik-16” sortunda
qönçələmənin əvvəli fazasında ən yüksək nəticə quru maddə 191,9, AEM 41,80%,
həzmə gedən AEM-də (36,632%) olmuşdur. “Aran”
sortunda isə qönçələmənin
əvvəli fazasında xam yağ 2,95%, xam kül 11,35%, həzməgedən yağ 1,764%
olmuşdur.
2013-cü ildə isə iqlim dəyişkənliyinin təsiri ilə nəticələrdə müəyyən
dəyişiklik yaranmışdır. “Aran” sortunda ən yüksək nəticə xam yağ 2,13%, həzmə
gedən yağ 1,2% olmuşdur. “Abşeron” sortunda ən yüksək nəticə AEM 49,05%,
həzmə gedən AEM 38,21% olmuşdur.
Ən yüksək nəticə isə institutun “Yemçilik-16” sortundan alınıb: xam protein
17,5%, xam sellüloza 30%, xam kül 9,05%, həzməgedən protein 13,62%,
həzməgedən sellüloza 15,51% olmuşdur.
Beləliklə, yemin növü, hazırlanma texnologiyası, onun keyfiyyəti,
kimyəvi
tərkibi, yemləməyə hazırlanması, hətta rasionun tip və strukturu qidalı maddələrin
həzməgediciliyinə təsir edərək kənd təsərrüfatı heyvanlrının məhsuldarlığında
özünü biruzə verir.