Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


Qarğıdalı, yonca, amaranth və qamış qarışığından hazırlanmış silosun



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə243/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   239   240   241   242   243   244   245   246   ...   352
 
Qarğıdalı, yonca, amaranth və qamış qarışığından hazırlanmış silosun 
tərkibində karotinin variantlar üzrə müqayisəsi 
2012-2014-cü illərüzrəorta 
Qrafikdən aydın olur ki, I, II, III nəzarət variantlarında karotinin miqdarı 
müvafıq olaraq 17,74; 25,03; 13,82 mq/kq, IV,V,VI,VII variantlarda isə sırasıilə 
28,0; 31,98; 33,07; 29,02 mq/kqtəyinedilmişdir. Təmizhalda sınaqdan keçirilən 
qarğıdalı bitkisinin silosuna nisbətən göstərilən təcrübə variantları üzrə basdırılmış 
kombinələşdirilmiş silos kütləsinin һəг bir kiloqramında karotinin miqdan 10-15 mq, 
0
5
10
15
20
25
30
35
I
II
III
IV
V
VI
VII
17,74 
25,03 
13,82 
28 
31,98 
33,07 
29,02 


381 
təmiz amarant silosuna nisbətən 3-8 mq, təmiz qamış silosuna nisbətən isə 14-19 mq 
artiq olur. Ən yüksək nəticə VI variantda müşahidə olunmuşdur. 
Aparılan tədqiqat işlərinin nəticələri göstərir ki, təmiz qarğıdalı, təmiz amarant 
və təmiz qamışdan basdırılan silosun keyfıyyət göstəriciləri kombinə edilmiş silosun 
keyfiyyət göstəricilərinə nisbətən aşağıdır. 
Siloslaşdırmaq üçün çalınmış bitki kütlələrinin nəmliyi 60-70% olmalıdır. Bu 
nəmlik faizində konservləşmə prosesi yaxşı gedir. Silos basdırmaq üçün çalınmış hər 
dörd yem kütləsi doğranmalı və basdırılmazdan əvvəl yaxşıca qarışdırılmalıdır. 
Bitkilərin nəmliyi aşağı olduqda (60%) kütlə xırda 2-3 sm, 70%- dən artıq olduqda 
isə 4-5 sm uzunluğunda doğranmalıdır. 
Aparılmış üç illik təcrübələrin yekun nəticəsi olaraq demək olar ki, kombinə 
edilmiş silosda ən yaxşı göstərici qarğıdalı 35% + yonca 25% + amarant 30% + 
qamış 10% nisbətində müşahidə edilmişdir. Bu nisbətdə basdırılan silosun rəngi 
yaşıl, iyi meyvəli-aromatlı, pH-4.2, keyfiyyəti çox yaxşı, kimyəvi göstəricilərindən 
protein 13.11%; xam yağ 3.75%; xam sellüloza 19.71%; xam kül 9.20% və AEM 
54.23% olmuşdur. Bu variantda hər kiloqram silosda karotinin miqdarı 33.07 mq 
olmaqla, təmiz halda sınaqdan keçirilən bitkilərin silosuna nisbətən 8-20 mq artıq 
olmuşdur. 
Fermerlər payız və qış aylarında heyvanların yaşıl ota olan tələbatını silosla 
tam əvəz edə bilərlər. Keyfiyyəti‚ dadı və sair xüsusiyyətlərinə görə heyvanlar 
tərəfindən iştah ilə yeyildiyi və yaxşı mənimsənildiyi üçün yem payinın əsas hissəsini 
(40-50%) silosla əvəz etmək olar. Heyvanların qarğıdalı‚ yonca‚ amarant və qamış 
qarışığından hazirlanmış yüksək keyfiyyətli silosla qıdalandırılması-onların qıda 
madələrə olan tələbatını ödəyər‚ hətta mal-qaranın gələcək nəsilvermə gabiliyəti 
yaxşılaşar. Rentabellik səviyyəsi yüksək olduğundan heyvanların bu zəngin tərkibli 
yem növü ilə qidalandırılması əlverişlidir .

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin