Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


Açar sözlər : quraq dəmyə şəraiti, payızlıq yumşaq buğda, gövdə parametrləri  Ключевые слова



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə29/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   25   26   27   28   29   30   31   32   ...   352
Açar sözlər
: quraq dəmyə şəraiti, payızlıq yumşaq buğda, gövdə parametrləri 
Ключевые слова
: необеспеченная богарная условия, озимая мягкая 
пшеница, параметры стебля 
Key words:
arid conditions, winter bread wheat, stem parametrs 
 
Azərbaycanda torpaq iqlim şəraitinin zənginliyinə və aparılan arxeoloji 
qazıntıların nəticələrinə görə buranı buğdanın mənşəyi hesab oluna biləcək 


49 
mərkəzlərdən biri kimi ehtimal etmək olar [1]. Eyni zamanda hazırda da 
Azərbaycanın bütün bölgələrində taxıl bitkiləri və əsasən buğda geniş ərazilərdə 
əkilir. Akademik Cəlal Əliyev Azərbaycanda buğda yetişdirilən əraziləri torpaq iqlim 
xüsusiyyətlərinə görə əsasən doqquz bölgəyə ayırmışdır [1]. Həmin bölgələrdə torpaq 
iqlim xüsusiyyətləri ümumiləşdirilmiş və bölgə üçün tələb olunan buğda sortlarının 
cavab verməli olduğu biotik və abiotik stres amilləri qeyd olunmuşdur. Beləliklə, 
buğda yetişdirilən bölgənin özünün təbii torpaq və iqlim xüsusiyyətlərinin nəzərə 
alınmasıyla hər bir bölgə üçün özünə uyğun sortun yaradılmasının önəmi 
vurğulanmışdır.
Azərbaycanın əsas taxılçılıq bölgələrindən biri də Dağlıq Şirvan bölgəsidir. 
Torpaq iqlim xüsusiyyətlərinə görə çox mürəkkəb olan bu bölgədə taxılçılıqla 
səmərəli şəkildə məşğul olunaraq ondan yüksək məhsul alınması həmin bölgə üçün 
uyğun olan düzgün aqrotexnikanın tətbiqini və sortların düzgün seçilməsini tələb 
edir. Payızın qeyri stabil, qışın sərt, bəzən quru şaxtalı, yaz yay aylarının isə çox 
illərdə quraq keçməsi bu bölgənin qısa xarakteristikası kimi verilə bilər. Belə bir 
həssas bölgədə payızlıq buğdadan yüksək məhsul alınması həmin bölgəyə uyğun 
sortların yaradılmasını tələb edir. Akademik Cəlal Əliyevin qeyd etdiyi kimi sortun 
yaradılması üçün həmin bölgəyə uyğun morfofiozioloji xüsusiyyətlərin 
öyrənilməsinin və bu əlamətlərin praktiki seleksiya işində tətbiqinin mühüm 
əhəmiyyəti vardır [2; 3].
Qeyd edək ki, taxıl bitkilərində gövdə əsas funksiyası ilə yanaşı həm də 
reproduktiv fazaya qədər əmələ gələn və strukturu təşkil etdikdən sonra artıq qalan 
assimilyatların depolandığı bir orqandır. Ona görə də gövdə hissələrinin 
parametrlərinin tədqiqi və onun payızlıq yumşaq buğdanın məhsuldarlığının
formalaşmasında rolunun müəyyən edilməsi elmi və praktiki əhəmiyyətə malikdir. 
Tədqiqatlar 2013-2014-cü vegetasiya ilində Dağlıq Şirvanın nəmliklə təmin 
olunmamış dəmyə şəraitində aparılmışdır. Təcrübələr Əkinçilik ElmiTədqiqat 
İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasının əkin sahələrində qoyulmuşdur. 
Əkin ərazisi dəniz səviyyəsindən 780 m yüksəklikdə yerləşir. Bölgənin torpaq örtüyü 
açıq şabalıdı torpaq tipinə mənsub olmaqla karbonatlıdır. Əkin qatında ph=8,6, 
humusun miqdarı 1,25-2,17%, asan mənimsənilən azot 1kq torpaqda 42,7 mq, fosfor 
23,4 mq, K
2
O 100 qr torpaqda 17,5 mq təşkil edir. Göründüyü kimi, təcrübə yerinin 
torpağı zəif qələvi mühitə malik olmaqla humus baxımından orta, fosfor baxımından 
zəif, kalium baxımından isə normal xarakterlidir.
Gövdənin parametrləri olaraq sünbül altlığı, üçüncü və ikinci buğumaralarının 
(buğumaraları bitkidə aşağıdan yuxarıya doğru nömrələnmişdir) uzunluğu, ortadan 
diametri və vahid uzunluqdakı quru çəkisi təyin edilmişdir.Tədqiqata yumşaq 
buğdanin 21 sort və xətti daxil edilmişdir. Ölçmələr bitkilər inkişafını tamamladıqdan 
sonra, yəni dənin formalaşması fazasının əvvəlində aparılmışdır. Bunun üçün həmin 
fazada təcrübə bölməsindən 5 ədəd əsas bitki götürülərək hissələrə ayrılmışdır. 
Sünbül altlığı, üçüncü və ikinci buğumaralarının uzunluqları xətkeşlə, ortadan 
diametrləri isə elektron ştangenpərgarla ölçülmüşdür. Sonradan həmin hissələr 
termostatda 80ºC-də sabit çəkiyə gələnə qədər qurudulmuş və elektron tərəzidə 
çəkilmişdir. Hər bir hissə üçün quru çəkinin uzunluğa bölünməsiylə vahid 


50 
uzunluqdakı (1sm) quru çəki(VUQÇ) milliqramla hesablanmışdır (mq/sm). Nəticələr 
JMP 5.0.1 statistik proqramından istifadə etməklə analiz edilmişdir.
2013-2014-cü vegetasiya ilində əsas hidrometeoroloji göstəricilər 1-ci cədvəldə 
verilmişdir. Cədvəldən göründüyü kimi, 2013-cü ilin payızında (sentyabr, oktyabr, 
noyabr və dekabr ayları) toplam olaraq 105,2mm yağıntı düşmüşdür. Orta çoxillikdə 
isə bu göstərici 142mm təşkil edir ki, bu da tədqiqat ilindəkindən 36,8mm çoxdur. 
Həmin dövrdə havanın orta temperaturu orta çoxillik normaya yaxın olmuşdur. 
Dağlıq Şirvan bölgəsində payızlıq taxıllar üçün optimal müddətdə qoyulan 
təcrübələrdən vaxtında çıxış alınmış və payız inkişafı və kollanması normal 
getmişdir.2014-cü ildə hava şəraitinin gedişində orta çoxilliklərlə müqayisədə xeyli 
fərqlər müşahidə olunmuşdur. Belə ki, 2014-cü ilin yanvar-iyun ayı ərzində 117,1mm 
yağıntı düşmüşdür ki, bu da orta çoxillikdən (237mm) əhəmiyyətli dərəcədə yəni 
120mm aşağıdır. 2013-2014-cü vegetasiya ilində yağıntıların cəmi miqdarı 
(222,3mm) orta çoxillik normaya nisbətən (379mm) 156mm az olmuşdur. Digər 
tərəfdən tədqiqat ilinin yaz və yay aylarında havanın temperaturu da orta çoxilliyə 
nisbətən mart ayında 1,8ºC, aprel ayında 1,5ºC, may ayında 4,6ºC, iyun ayında isə 
2,7ºC yüksək olmuşdur.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin