Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


Bəzi sortların qilçiqsizliq əlamətinə görə genetik pasportlarının təyin edilməsi



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə25/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   21   22   23   24   25   26   27   28   ...   352
 
Bəzi sortların qilçiqsizliq əlamətinə görə genetik pasportlarının təyin edilməsi 
Məlumdurki, yumşaq buğdalarda qilçiqların inkişafının qarşısının alınmasında 
müvafiq olaraq 4B, 5A və 6B xromosomlarında yerləşən Hd, B1 və B2 dominant 
inhibitorlar iştirak edir [2; 8; 9; 11]. Lakin dominant genlərin sayından və 
ekspressiyalarından asılı olaraq sortlarda bu əlamət müxtəlif dərəcədə özunu göstərir. 
Qılçıqsız sortlar arasında, o cümlədən Bezostaya 1 sortunda çox geniş yayılan B1 
geni digər genlərə nisbətən daha güclü effektivliyi ilə xarakterizə olunur. Bu qəbildən 
olan sortların sünbüllərinin yuxarı sünbülcüklərində xarakterik qısa qilçıq çıxıntıları 
inkişaf edir ki, onlarında uzunluğu genotiplərdən asılı olaraq xeyli fərqlənir. Çoxlu 
sayda, o cümlədən Uğur, Qiymətli 2/17, Tərəqqi, Aran, Azəri, Səba, Murov1, 
Murov2, Şəki 1, Arzu, Qiymətli 80, Pərzivan 1, Saratovskaya29, Diamant qılçıqsız 
sortların iştirakı ilə aparılan genetik analizlərin nəticələri onlarda 5A xromosomunda 
yerləşən B1 geninin və ehtimal olunan müxtəlif sayda modifikator genlərin (A1 – 
A15 ) mövcudluğunu göstərdi.
Tədqiq olunan zəngin kolleksiya sortları arasında çox az sayda genotiplərə rast 
gəlinirdi ki, onlarda, nəinki qısa uzunluqda olan qılçıqlar, hətta ən kiçik ölçülü qılçıq 
çıxıntıları belə inkişaf etməmiş olsun. Bu cür genotiplərin tipik nümayəndələrinə
Federation və Chinese Spring sortları aid edilə bilər. Ədəbiyyat mənbələrindən 
məlumdur ki, Federation sortunda qılçıqların inkişafının qarşısının tam alınması iki 
dominant inhibitor – hd B1B2, Chinese Spring sortunda isə digər iki – Hd b1B2
genləri ilə təmin olunur. 
Eksperimentlərdə öyrənilən qilçiqsız Kometa sortu fenotipik cəhətdən yuxarıda 
adı çəkilən sortlardan fərqlənmirdi və qılçıqlı sortlarla F
2
hibrid analizlərdə bu 
əlamətə görə ikigenli irsiyyət xüsusiyyəti ilə səciyyələnirdi. Bu sortun daşıdığı iki 
dominant gendən birinin hansı genə məxsus olduğunu aşkar etmək məqsədi ilə o,
yeganə B1 genini daşıyan 10 monogen qılçıqsız testlərin iştirakı ilə aparılan genetik 
analizlərə cəlb olunmuşdu. Tədqiq olunan F
2
hibrid kombinasiyalarının nəticələri 
Kometa sortunun iki dominant gendən birini, məhz, B1 inhibitorunu təyin etməyə 
imkan verdi. Öyrənilən 10 hibrid kombinasiyaların hamısında bütün F
2
hibrid
bitkiləri ya Kometa sortu kimi tam qılçıqsızlıqla, ya da digər valideyn formaları kimi 
yuxarı sünbülcüklərdə qısa uzunluğa malik qılçıq çıxıntıları ilə xarakterizə 
olunurdular. Hibrid bitkilər arasında bir dənə də olsun qılçıqlı formanın yaranmaması
Kometa sortunda B1 geninin mövcudluğunu tam əminliklə sübut edirdi. Beləliklə,
B1 geninin mövcudluğunu təyin edib, Kometa sortunun ikinci geninin digər məlum 
olan hansı genlə, Hd və ya B2 geni ilə allellik təşkil etdiyi böyük maraq doğururdu. 
Bu məqsədlə ikigenli sortlar arasında mümkün olan bütün F
2
hibrid populyasiyaları 
üzrə – Kometa x Chinese Spring, Chinese Spring x Kometa; Kometa x Federation, 
Federation x Kometa; Chinese Spring x Federation; Federation x Chinese Spring - 
genetik analizlər aparılmışdır. 


45 
Nəzəri cəhətdən Kometa x Chinese Spring, Chinese Spring x Kometa F

hibrid 
kombinasiyalarında Chinese Spring sortu B1 geninin resessiv- b1 allelini 
daşıdığindan burada qısa uzunluqlu qılçıq çıxıntılarına malik bitkilərin əmələ gəlmə 
ehtimalı gözlənilirdı. Aparılan müşahidələr həqiqətən də bu hibrid kombinasiyalarda 
müəyyən hissə bitkilərin qisa qılçıq çıxıntılarına malik olduğunu göstərdi ki, bu da 
nəzəri gözlənilən nəticələri faktiki olaraq tam təsdiq etdi. Nəzəri gözlənilən nəticələr
eyni ilə müəyyən sayda bu tip bitkilərin Chinese Spring x Federation; Federation x 
Chinese Spring F
2
hibrid kombinasiyalarında müşahidə edilməsi ilə də sübuta 
yetirildi. 
O ki qaldı Kometa x Federation, Federation x Kometa F
2
hibrid 
kombinasiyalarına, əgər bu populyasiyalarda müəyyən hissə bitkilər qisa qılçıq
çıxıntıları ilə səciyyələnsəydilər, onda haqlı olaraq Kometa sortunun ikinci dominant 
inhibitorunu Hd geni saymaq olardı. Ancaq müşahidələr göstərdi ki, hər iki 
kombinasiyada əmələ gəlmiş bitkilərin heç biri qılçıq çıxıntısına malik olmamış, 
fenotipik cəhətdən öz valideynləri ilə öyrənilən əlamətə görə eynilik təşkil etmişlər. 
Alınan nəticələr ona dəlalət edir ki, Kometa sortunun sünbülünün tam 
qılçıqsızlığı 5A və 6B xromosomlarında yerləşən müvafiq B1 və B2 dominant 
inhibitorlarının fəaliyyəti ilə idarə olunur, bu əlamətə görə onun genetik pasportu 
Federation sortu ilə tam oxşarlıq təşkil edir və belə yazıla bilər: hd B1 B2 (cədvəl 4). 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin