Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


AZOT GÜBRƏSİNİN NORMA VƏ NİSBƏTİNDƏN ASILILIĞI



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə300/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   296   297   298   299   300   301   302   303   ...   352
AZOT GÜBRƏSİNİN NORMA VƏ NİSBƏTİNDƏN ASILILIĞI 
 
İ.M.HACIMƏMMƏDOV, S.R.VƏLİYEVA, S.Ə.DÜNYAMALIYEV 
 Əkinçilik Elmi-Tədqiqat İnstitutu, AZ1098 Bakı şəhəri, Pirşağı qəs., 2№-li Sovxoz
Məqalədə payızlıq buğda bitkisinin kollanma, boruyaçıxma, mum və tam yetişmə 
fazalarında yerüstü quru biokütlə məhsulunun toplanması və quru biokütlə 
məhsuluna azotun faizlə miqdarı verilmişdr. Bitkinin inkişaf fazasından asılı olaraq 
yerüstü quru biokütlə məhsulu ilə azotun aparılmasının mineral gübrələrin norma və 
nisbətindən asılılığı göstərilmişdir. Payızlıq buğdanın məhsuldarlığının fosfor, 
kalium fonunda azotun normasından asılılığı müəyyənləşdirilmişdir. Ən yaxşı nəticə 
fosfor, kalium (P
60
K
60
) fonunda N
120 
və P
150
 gübrə normasında alınmışdır.
 
Açar sözlər:
gübrə, bitki, zülal, mənimsənilmə əmsalı 
Ключевые слова:
удобрение, растение, белок, коэффициент усвоение 
Key words: 
fertilizer, plant, protein, assimilation index 
 
Azərbaycan Respublikasında ərzaq buğdasının məhsuldarlığının yüksəldilməsi 
və keyfiyyətinin yaxşılaşdırılması həmişə kənd təsərrüfatı mütəxəssislərinin diqqət 
mərkəzində olmuşdur. Məhsuldarlığın yüksəldilməsi və keyfiyyətin yaxşılaşdırılması 
sortun potensial məhsuldarlığından və becərmə texnologiyasından asılılığı məlumdur. 


479 
Hal-hazırda Əkinçilik Elmi Tədqiqat İnstitutu tərəfindən yaradılmış yeni intensiv 
yumşaq buğda sortlarının potensial məhsuldarlığı hektardan 70-80 sentner dən 
məhsulu verməyə qadirdir. Lakin çox müxtəlif torpaq-iqilim şəraitinə malik olan 
respublikamızda bu sortların qida maddələrinə təlabatı ətraflı öyrənilməmişdir. 
Bir çox tədqiqatçıların məlumatına görə [1-3] azot və fosfor gübrəsinin 
səmərəliliyi, bitkinin azot, fosforla təmin olunmasından asılıdır. Fosfor və kalium 
qidası çatışmadıqda azotun səmərəliliyi azalır, dənin keyfiyyəti aşağı düşür. 
Tədqiqatçıların məlumatına görə [5-8] buğda bitkisinin məhsuldarlığı, 
gübrələrin norma və nisbətlərindən, bitkinin nəmliklə təmin olunma dərəcəsindən 
asılıdır. Nikitişen V.İ.-nin [3] məlumatına görə hektara N
60
gübrə normasında nəmlik 
çatışmadıqda hər hektarın məhsuldarlığı 29,5 sentner olduğu halda normal nəmlikdə 
məhsuldarlıq 38 sen/ha olmuşdur. Optimal qida rejimində (N
60
P
60
K
60
) isə 
məhsuldarlıq hər hektardan 46,1-48,1 sentner olmuşdur. 
Azotun mənimsənilməsi, gübrə normalarının məhsuldarlığa təsirində də oxşar 
nəticələr bəzi tədqiqatlarda da alınmışdır [4-5]. Umarov M.M. [7] məlumatına görə 
nəmliklə təmin olunmuş Dağ-meşə qəhvəyi torpaqlarda tək azot gübrəsi (N
90

verildikdə payızlıq buğdanın məhsuldarlığı hektardan 36 sentner olduğu halda azot, 
fosfor (N
90
P
90
) gübrələrinin tətbiqində hər hektardan 39,7 sentner dən məhsulu, azot, 
fosfor və kalium (N
90
P
90
K
60
) gübrələrinin tətbiqində isə 5 ildə orta hesabla hər 
hektardan 43,1 sentner dən məhsulu yığılmışdır. 
Oxşar nəticələr bəzi tədqiqatçıların [8] suvarılan boz-qonur torpaqlarda 
apardıqları tədqiqat nəticələrində də alınmışdır. İ.M.Hacıməmmədov və S.R.Vəliyeva 
[8] məlumatına görə tək azot (N
90
) gübrəsi verilən variantda yerüstü biokütlə ilə 
aparılan azotun miqdarı tədqiqat illərindən asılı olaraq 84,04-92,55 kq/ha olduğu 
halda azot, fosfor və kaliumun (N
90
P
60
K
60
; N
120
P
60
K
60
) norma və nisbətlərindən asılı 
olaraq yerüstü biokütlə ilə aparılan azotun miqdarı 142,29-159,73 və 171,125-182,21 
kq /ha olmuşdur. Dəndə zülalın miqdarı (N
120
P
60
K
60
) gübrə normasında daha yüksək 
11.23-13,40% olmuşdur. 
Bir çox tədqiqatçılara [4;6;8] görə payızlıq buğda bitkisinin yerüstü biokütlə 
məhsulu ilə aparılması (azotun mənimsənilməsi) sələf bitkisindən, torpaq-iqlim 
şəraitindən, mineral gübrələrin norma və nisbətindən asılıdır. 
Fosforun ayrı-ayrı bitkilərin vegetativ və generativ orqanları arasında 
paylanmasına dair Miniyevin [9] tədqiqatlarında maraqlı nəticələr alınmışdır. 
Müəllifin məlumatına görə bitkidə zülalın əmələ gəlməsində fosfor azotla sıx əlaqəli 
təsirə malikdir. Bitkilərin ayrı-ayrı orqanlarında fosforun paylanması azotla eyni 
qanuna uyğunluğa tabedir. Bir çox bitkilərdə: buğda, qarğıdalı, arpa, yem noxudu, 
soya və sairə dəndə fosforun miqdarı küləşdən 3-6 dəfə, yalnız qarabaşaqda əksinə 
küləşdə dənə nisbətən 6-7% çox olur. 
Tədqiqat işinin məqsədi Abşeronun boz-qonur torpaqlarında mineral gübrələrin 
norma və nisbətlərinin “Qobustan” yumşaq buğda sortunun məhsuldarlığına, 
məhsulun keyfiyyətinə və gübrədən azotun mənimsənilməsinə təsirinin öyrənməsi 
olmuşdur. 
Sahə təcrübələri 2011-2014-cü illərdə Abşeron Yardımçı Təcrübə təssərrüfatının 
boz-qonur torpaqlarında aparılmışdır. Təcrübə hər bölmənin sahəsi 60 m
2
olmaqla 4 


480 
təkrarda aparılmışdır. Səpin bölgə üçün tövsiyyə olunan vaxtda hər hektara 5 mln. 
cücərən dən hesabı ilə aparılmışdır. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin