481
Bitkinin yerüstü biokütlə məhsulunda azotun miqdarı bitkinin inkişaf fazasından
asılı olaraq kollanma fazasında gübrəsiz variantda yerüstü quru biokütlədə azotun
miqdarı 2,99-3,08% olduğu halda boruyaçıxma və mum yetişmə fazalarında bu
göstərici müvafiq olaraq 1,85-1,95 və 0,95-1,07% olmuşdur. Hektara 90 kq hesabı ilə
tək azot verilən variantda bütün inkişaf fazalarında yerüstü
quru biokütlədə olan
azotun miqdarı gübrəsiz variantdan yüksək olmuşdur. Ən yüksək nəticə kollanma
fazasında 0,40-0,71% olmuşdur.
Fosfor-kalium normasını sabit saxlayıb, hektara azot normasını 90 kq-dan 120-
və 150 kq-a qədər artırdıqda bitkinin kollanma fazasında tədqiqat illərindən asılı
olaraq 0,26-0,29% fərq müşahidə olunmasına baxmayaraq gübrə normaları arasında
nəzərə çarpacaq fərq müşahidə olunmamışdır. Bitkinin boruyaçıxma və mum yetişmə
fazalarında isə fosfor-kalsium fonunda müxtəlif normada azot gübrəsi verilmiş
variantlarda tədqiqat illərindən asılı olaraq yerüstü biokütlə məhsulunda azotun faizlə
miqdarında əsaslı fərq müşahidə olunmamışdır.
“Qobustan” yumşaq buğda sortunun boruyaçıxma və mum yetişmə fazalarında
N
90
P
60
K
60
gübrə normasında tədqiqat illərindən asılı olaraq yerüstü biokütlədə azotun
miqdarı 2,08-2,18 və 0,98-1,10% olduğu halda fosfor-kalium normasını
sabit
saxlayıb azot normasını 120 kq/ha qədər artırdıqda yerüstü biokütlədə azotun miqdarı
2,31-2,33 və 1,12% olmuşdur. Fosfor-kalium fonunda azot normasını 150 kq–a
qədər artırdıqda bitkinin boruyaçıxma fazasında N
90
P
60
K
60
nisbətən artım 0,23-0,36%
olmuşdur.
“Qobustan” yumşaq buğda sortunun yerüstü quru biokütlə məhsulunun
toplanmasının bitkinin inkişaf fazalarından və mineral gübrələrin norma-
nisbətlərindən asılılığında da maraqlı nəticələr alınmışdır. 2011-2013-cü
tədqiqat
illərinin nəticələrindən məlum olur ki, yaz kollanmasının sonunda gübrəsiz variantda
yerüstü biokütlə məhsulu 13,71 sen/ha, gübrələrin norma və nisbətlərindən asılı
olaraq isə 15,73-19,35 sen/ha olmuşdur (şəkil 1).
Dostları ilə paylaş: