Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə304/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   300   301   302   303   304   305   306   307   ...   352
 
 


485 
Mineral gübrələrin norma və nisbətlərindən asılı olaraq “Qobustan” yumşaq 
buğda sortunun inkişaf fazaları arasında olan müddətdə azotun mənimsənilmə 
miqdarı 
(kq/ha, 2011-2013-cü illərdən orta) 
Şəkil 5.
1.Gübrəsiz 2. N
90
3. N
90
P
60
K
60
4. N
120
P
60
K
60
5. 
N
150
P
60
K
60
 
Mineral gübrələrin norma və nisbətlərindən asılı olaraq “Qobustan” yumşaq 
buğda sortunun inkişaf fazaları arasında olan müddətdə azotun mənimsənilməsi 
(tam yetişməyə nisbətən faizlə miqdarı, 2011-2013-cü illərdən orta) 
Şəkil 6.
1.Gübrəsiz 2. N
90
3. N
90
P
60
K
60
4. N
120
P
60
K
60
5. 
N
150
P
60
K
60
 


486 
Tədqiqat nəticələrindən məlum olur ki, “Qobustan” yumşaq buğda sortunun 
yerüstü quru biokütlə məhsulu ilə aparılan azotun miqdarı bitkinin inkişaf fazasından 
və mineral gübrələrin norma və nisbətlərindən asılıdır. Ən yüksək nəticə N
120
P
60
K
60
və N
150
P
60
K
60
gübrə normalarında alınmışdır. 
“Qobustan” yumşaq buğda sortunun inkişaf fazaları arasında olan müddətdə 
azotun mənimsənilməsinin öyrənilməsi bitkinin keyfiyyət göstəriciləri, xüsusən 
dəndə zülalın miqdarına dair əvvəlcədən fikir söyləməyə imkan verir. Çünki, payızlıq 
buğdanın dəndolma fazasından etibarən dəndə zülalın 65-75%, yerüstü vegetativ 
orqanlarda olan azotun hesabına, 25-35%-i isə torpaqda olan azot hesabına 
formalaşır. Bunları nəzərə alaraq bitkinin inkişaf fazaları arasında olan müddətdə 
yerüstü biokütlə məhsulu ilə aparılan azotun miqdarı, onun qida normasından asılılığı 
və s. ətraflı öyrənilmiş, nəticələr 5-6 şəkillərdə vermişdir. Tədqiqat nəticələrindən 
məlum oldu ki, bitkinin yaz kollanmasının sonuna kimi yerüstü biokütlə ilə aparılan 
azotun miqdarı qidalanma şəraitindən asılı olaraq hər hektardan 41,50 kq azot 
aparıldığı halda gübrələrin norma və nisbətlərindən asılı olaraq bu göstərici 56,58-
71,70 kq/ha olmuşdur. Ən yüksək nəticə tam gübrə normalarında (N
120
P
60
K
60
və 
N
150
P
60
K
60
) alınmışdır. Bu vaxt gübrəsiz varianta nisbətən artım 26,06-30,20 kq\ha və 
ya 62,79-72,77% olmuşdur. 
Tədqiqat nəticələrindən göründüyü kimi payızlıq buğdanın yaz kollanmasının 
sonunda tam gübrə normalarında yerüstü quru biokütlə ilə aparılan azotun miqdarının 
gübrəsiz variantdan 26,06-30,20 kq/ha çox olduğu halda nəzarət variantında 
vegetasiya müddətində toplananın 47,03%-i toplandığı halda tam gübrə normalarında 
bu göstərici 38,09-44,01% olmuşdur. Bu onu göstərir ki, gübrəsiz variantda bitkinin 
sonrakı inkişafı torpaqda asan mənimsənilən əsas qida maddələrinin miqdarı çatışmır. 
Payızlıq buğda bitkisinin yaz kollanmasının sonundan boruyaçıxma fazasının sonuna 
kimi mənimsədiyi azotun miqdarında qida normasından asılı olaraq fərq daha yüksək 
olmuşdur. Belə ki, gübrəsiz variantda yerüstü biokütlə ilə aparılan azotun miqdarı 
10,66 kq/ha olduğu halda tək azot (N
90
) verilən variantda isə 25,89 kq/ha və ya 
gübrəsiz variantdan 2,43 dəfə yüksək olmuşdur. Tam mineral gübrələrin yüksək 
normalarında isə (N
120
P
60
K
60
; N
150
P
60
K
60
) yerüstü biokütlə ilə aparılan azotun miqdarı 
56,61 və 63,95 kq/ha olmuşdur. Bu gübrəsiz variantdan 5,40-5,99 dəfə, tək azot 
verilən variantdan isə 2,22-2,47 dəfə yüksək olmuşdur. Bu qanunauyğunluq bitkinin 
sonrakı inkişaf fazalarında da müşahidə olunmuşdur. 
Tarla təcrübələrinin və laboratoriya analizlərinin nəticələrindən aydın olur ki, 
yerüstü biokütlə məhsulu ilə azotun aparılması tətbiq olunan mineral gübrələrin 
norma və nisbətlərindən asılıdır. Digər tərəfdən bitkinin inkişaf fazaları arasında olan 
müddətdə xüsusən yaz kollanmasının sonundan boruyaçıxmanın sonuna və 
boruyaçıxmanın sonundan mum yetişmə fazasına qədər olan müddətdə bu özünü 
daha qabarıq göstərir (şəkil 5-6). 
“Qobustan” yumşaq buğda sortunun inkişaf fazaları arasında olan müddətdə 
yerüstü quru biokütlə məhsulunun toplanması və yerüstü biokütlə ilə azotun 
aparılması arasında düz asılılığın olması müəyyənləşdirilmişdir. Tədqiqat 
nəticələrindən məlum olur ki, payızlıq buğda bitkisinin kollanma, boruyaçıxma, mum 
yetişmə fazalarında yerüstü biokütlədə olan azotun faizlə miqdarını 


487 
müəyyənləşdirməklə ümumi yerüstü biokütlə ilə aparılacaq azotun miqdarına dair 
dəqiq fikir söyləmək mümkün olur. 
Abşeronun suvarılan boz-qonur torpaqlarında “Qobustan” yumşaq buğda 
sortunun məhsuldarlığı da müxtəlif olmuşdur. Ən yüksək nəticə hektara fosfor
kalium (P
60
K
60
) fonunda 120 və 150 kq ammonium şorası (təsiredici maddə) verdikdə 
alınmışdır. 3 ildə orta hesabla hər hektardan 64,43 və 64,02 sentner dən məhsulu 
yığılmışdır. Gübrə hesabına artım gübrələrin norma və nisbətlərindən asılı olaraq 
6,66-31,27 sen/ha olmuşdur. Tək azot verdikdə artım 6,66 sen/ha, fosfor, kalium 
fonunda hektara 90 kq azot verdikdə gübrə hesabına artım 24,92 sen/ha, 120 və 150 
kq azot verdikdə isə müvafiq olaraq 31,27 və 30,86 sen/ha olmuşdur. Tarla 
təcrübələrinin nəticələri göstərir ki, fosfor, kalium fonunda azot normasının 
artırılması heç də həmişə dən məhsulunun artırılmasını təmin etmir. Belə ki, azot 
normasını 90 kq-dan 120 kq-a qədər artırdıqda dən məhsulu 24,92-dən 31,27 sen/ha 
qədər artırdığı halda fosfor, kalium fonunda azotun normasını 120 kq/ha və 150 kq/ha
qədər artırdıqda dən məhsulu artımı alınmamışdır (30,87 sen/ha). 
“Qobustan” yumşaq buğda sortu tərəfindən azotun gübrədən mənimsənilmə 
əmsalı azot gübrəsinin normasından asılı olaraq müxtəlif olmuşdur. Fosfor, kalium 
fonunda azot normasını 90 kq-dan 120 kq-a qədər artırdıqda azotun gübrədən 
mənimsənilmə əmsalı demək olar ki, dəyişməmişdir. N
90
P
60
K
60
gübrə normasında 
gübrədən mənimsənilmə əmsalı 71,04%, N
120
P
60
K
60
gübrə normasında isə 73,70% 
olmuşdur. Lakin azot gübrəsinin normasını 150 kq-a qədər artırdıqda azotun 
gübrədən mənimsənilmə əmsalı 90 və 120 kq-la müqayisədə 4,4 və 7,06% 
azalmışdır. 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin