69
təyinatlı buğda sortnümunələrəindən istifadə etməklə,
hibridləşmə yolu ilə
yüksəkməhsuldar və keyfiyyətli dənə malik, ekoloji cəhətdən dayanıqlı yeni sortların
yaradılması imkanı yaranır.
Tədqiqat işinin əsas məqsədi Beynəlxalq Seleksiya Mərkəzləri CIMMYT və
ICARDA-dan introduksiya olunmuş müxtəlif torpaq-iqlim şəraitləri üçün nəzərdə
tutulan buğda sortnümunələrinin ilkin ekoloji sınağını kecirməklə onların vacib
aqronomik xüsusuiyyətlərinə görə tədqiqi, məhsuldarlıq, keyfiyyət və xəstəlilərə
davamlılığa görə donorların müəyyənləşdirilməsi və
seleksiyada istifadəsinin
tövsiyə edilməsi olmuşdur. Bu məqsədin həyata keçirilməsi üçün aşağıdakı işlər
yerinə yetirilmişdir:
2011-2014-cü illər ərzində Beynəlxalq Seleksiya Mərkəzlərindən alınmış 1211
nümunəni özündə birləşdirən pitomniklərin (18-21
st
FAWWON IR və 18-21
st
FAWWON SA) Abşeron təcrübə bazasında ilkin ekoloji sınaqları keçirilmiş;
Hər nümunə uzunluğu 2 m və cərgəarası 25 sm olmaqla 1 cərgədə 2 təkrarda
əkilmişdir. Nümunələrə bütün inkişaf fazalarında ümumi qəbul edilmiş metodikaya
uyğun olaraq aqrotexniki qulluq göstərilmiş;
● İntroduksiya olunmuş nümunələr üzərində dinamik olaraq bütün vegetasiya
müddəti ərzində fenoloji müşahidələr aparılmış;
Tədqiq olunan buğda nümunələrinin həyat tərzləri, sünbülləmə müddətləri
(yanvarın 1-dən sünbülləmə tarixinə qədər olan günlərin sayı)
müəyyən edilmiş,
yatmaya və xəstəliklərə qarşı davamlılığı öyrənilmişdir. Xəstəliklərdən sarı və qonur
pas, unlu şehə görə beynəlxalq standartlara uyğun şkalalar üzrə qiymətləndirmə
aparılmış;
Əkilmiş nümunələrin məhsuldarlıq göstəriciləri təyin edilmiş;
Öyrənilən təcrübə materialından respublikanın müxtəlif aqro-ekoloji şəraitli
bölgələrinə müvafiq yeni sortların yaradılması üçün hibridləşmədə istifadəsi tövsiyə
olunan sortnümunələr seçilmişdir.
Tarla təcrübələri Əkinçilik Elmi Tədqiqat İnstitutunun Abşeron yarımadasında
yerləşən təcrübə sahəsində 2011-2014-cü illərdə qoyulmuşdur. Bu illər ərzində
IWWIP (İnternational Winter Wheat İmprovement Proqram) xətti ilə Əkinçilik
Elmi-Tədqiqat İnstitutuna Fakultativ və payızlıq buğdanın müşahidə pitomnikləri
(FAWWON) daxil olmuşdur. Bu pitomniklərTürkiyə, CIMMYT və ICARDA-nın
birgə proqramı ilə hazırlanmış və 66 ölkəni əhatə edir. FAWWON SA pitomnikində
topıanmış
nümunələr quraq ərazilər, FAWWON IR pitomnikindəki nümunələr
nümunələr isə suvarılan bölgələr üçün nəzərdə tutulmuşdur. 2011-2014-cü tədqiqat
illərində daxil olmuş 8 pitomnikdə (FAWWON IRvə FAWWON SA)
1211sortnümunə öyrənilmişdir.
Abşeron yarımadası Xəzər dənizinin qərb sahilində 40-cı paralelə yaxın
yerləşir. Ərazinin yayı isti və quraq, qışı isə mülayim olaraq, arabir soyuq
küləklidir.Bu ərazidə havanın orta illik temperaturu 10
0
C, yanvar ayının orta
temperaturu 1
-
5
0
C və iyun ayının orta temperaturu 21-27
0
C arasında olur.
Bölgə
üçün xaralterik olan küləyin orta illik sürəti 4-8 m/san-dir. Əsaən şümal küləkləri
torpağı qurudur, buda bitkilərin suya olan tələbatını artırır. Abşeron yarımadasında
orta illik yağıntı 311 mm olub, qeyri-bərabər paylanmışdır. Belə ki, yarımadanın
70
şimal hissəsinə daha çox yağıntı düşür. Yağıtının əsas hissəsi qış aylarına (60-70%),
10%-i isə yaz aylarına təsadüf edir [1; 2; 3].
Abşeron yarımadasında torpaq bircinsli deyildir, əsasən boz-qonurdur,torpaq
mühiti qələvidir və qida elementləri ilə zəif təmin olunmuşdur. Bu tip torpaqlarda
buğda bitkisinin qida elemntlərinə tələbatı yüksəkdir. Abşeron yarımadasında çoxillik
meteoroloji göstəricilərin təhlili göstərmişdir ki, bu bölgədə quraqlıq buğdanın dənin
formalaşması və yetişmə dövrlərinə təsadüf edir ki,
bu da son nəticədə məhsulun
formalaşmasına öz mənfi təsirini göstərir.
Tarla şəraitində fenoloji müşahidələr çıxışdan başlayaraq tam yetişmə fazasına
qədər Kupermana görə [4]
,
xəstəliklərlə sirayətlənmə beynalxalq seleksiya
mərkəzlərinin metodikaları əsasında [5; 6] aparılmışdır.
Tarla təcrübələri ICARDA beynəlxalq təşkilatının tövsiyələrində nəzərdə tutulan
sxem əsasında qoyulmuş, Abşeronda vegetasiya müddəti ərzində 2 dəfə suvarma
aparılmışdır.
Aparılmış tədqiqatlara əsasən müəyyən edilmişdir, ki əkilmiş nümunələr həyat
tərzlərinə görə əsasən payızlıq olmuşlar. 1-ci cədvəldə
Beynəlxalq pitomniklərdəki
buğda nümunələri sünbülləmə müddətlərinə görə qruplaşdırılmışdır.
Dostları ilə paylaş: