Cədvəl 1
Sünbüldə formalaşma yerindən asılı olaraq payızlıq arpa sortlarının toxum
keyfiyyəti
Sort/ Variant
/Toxumların
sünbüldə
formalaşma
yeri
1000 dən
kütləsi, qr
Toxumların cücərmə
enerjisi,%
Toxumların
cücərməsi, %
Toxumların
böyümə gücü,
%
Ozonlaşdırılmış
Qarabağ 7 Y
32,20
88,7
92,3
81,0
Qarabağ 33 Y
33,40
88,9
93,0
83,0
Qarabağ 7 O
44,0
93,0
96,0
95,0
Qarabağ 33 O
46,5
94,7
97,0
98,0
Qarabağ 7 A
38,33
89,3
93,4
88,0
Qarabağ 33 A
41,0
91,0
94,0
90,0
Nəzarət
Qarabağ 7 Y
31,18
82,0
84,8
80,0
Qarabağ 33 Y
33,40
82,0
85,9
82,0
Qarabağ 7 O
44,0
84,5
87,3
87,0
Qarabağ 33 O
46,5
86,2
88,2
89,0
Qarabağ 7 A
38,33
82,5
86,2
81,0
Qarabağ 33 A
41,0
83,0
86,7
83,0
Qeyd:
Y-sünbülün yuxarı hissəsində formalaşan dənlər; O-sünbülün orta hissəsində formalaşan
dənlər; A-sünbülün alt hissəsində formalaşan dənlər.
64
Sünbülün orta hissəsindəki toxumlardaha yaxşı formalaşmış və yetişkin
olduğuna görə digərlərinə nisbətən daha tez cücərirlər.
Bu eksperimental nəticələr sünbülün yuxarı hissəsindən olan toxumların
cücərmə surətinin az olması qanunauyğunluğunu təsdiqləyir. Yəqin ki, bu sünbülün
yuxarı və aşağı hissəsindən olan toxumların daha dərin və uzunmüddətli sükunətdə
olması ilə bağlıdır.
Cücərmə enerjisi və cücərmə faizi arasındakı fərq - toxumların yetişkənliyi
göstəricisinə görə (10%-ə qədər olduqda yetişmiş, 10%-dən çox olduqda isə fizioloji
olaraq yetişməmiş) tədqiq edilən toxumların normal yetişmiş olduğu
təsdiqlənir.Toxumların səpin keyfiyyəti tez, birgə cücərmə və cücərtilərin intensiv
böyüməsi xüsusiyyəti - böyümə gücü ilə daha tam ifadə olunur. Böyümə gücünə
dənin iriliyi, formalaşma və saxlanma şəraiti böyük təsir göstərir. Səpin üçün böyümə
gücü 80%-dən az olmayan toxumlar istifadə olunur.
Böyümə gücü laborator cücərməsi ilə müqayisədə sahə cücərməsi ilə daha sıx
müsbət korrelyasiya təşkil edir. Aqronomik təlabatlara uyğun olaraq səpinə yararlı
toxumların böyümə gücünün80%-dən az olmamasını nəzərə alaraq tədqiqat
nəticələrinə əsasən payızlıq arpanln bütün hissələrindən olan toxumların bu təlabata
uyğun olması müəyyən edilmişdir. Eyni zamanda sünbülün müxtəlif hissələrindən
olan toxumlar müxtəlif böyümə gücünə malik olduğu kimi onların digər səpin
keyfiyyətləri də fərqlənir. Ozonlaşdırılmış variantda hər iki arpa sortunda (Qarabağ 7
və Qarabağ 33) sünbülün orta hissəsindən olan toxumlar böyümə gücünün maksimal
qiyməti (95%-98%), aşağı hissədən olan toxumlar isə xeyli aşağı qiyməti (88%-90%)
ilə səciyyələnir.
Nəzarət variantında hər iki sortda sünbülün orta hissəsindən olan toxumlarda
böyümə gücü 87%-89%, aşağı hissədən olan toxumlarda isə 81%-83%təşkil etmişdir.
Ozonlaşdırılmış variantda hər iki arpa sortunda (Qarabağ 7 və Qarabağ 33)
müxtəlif hissələrdən olan toxumların böyümə gücündə maksimal fərq (7-8%)
toxumların cücərmə fərqinə (3%) görə müqayisədə artmışdır. Bu nəticələr göstərir ki,
payızlıq arpanın sünbülü həddində toxumların bioloji dəyərliliyinin differensasiyası
onların cücərmə şəraitinin çətinləşməsi zamanı yüksəlir.
Sonrakı tədqiqatlar göstərir ki, payızlıq arpanın sünbülü həddində toxumlar
yalnız cücərmə və cücərtilər formalaşdırmaqda fərqli xüsusiyyətlərə malik olmayıb,
həmçinin qeyri bərabər keyfiyyətli cücərtilər yaradırlar. Cücərtilərin uzunluğu və
kütləsi, sayı, köklərin uzunluğu -və kütləsi sünbülün müxtəlif hissələrindən olan
toxumlarda fərqlənir. Ozonlaşdırılmış vatiantda Qarabağ 7 və Qarabağ 33 arpa
sortlarında sünbülün orta hissəsindən olan toxumların zoğlarının uzunluğu 10,0sm-
10,7sm, yuxarı hissədən olanlarda isə 9,0sm-9,5sm, kökün uzunluğu isə müvafiq
olaraq, 15,3sm-16,0sm və 13,7sm-14,6sm təşkil etmişdir. Nəzarət variantında isə
uyğun olaraq 8,2sm-8,9sm; 7,0sm-7,6sm, kökün uzunluğu isə 12,4sm-13,6sm və
12,5sm-13,2sm təşkil etmişdir. Lakin sünbülün orta hissəsindən olan toxumlar digər
hissədən olan toxumlara nisbətən daha çox ilkin köklər yaratmışdır. Belə ki,
ozonlaşdırılmış vatiantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında sünbülün orta
hissəsindən olan toxumlarda bir cücərtidə kökcük sayı 4.2-4,9 ədəd, sünbülün yuxarı
hissəsindən olan toxumların cücərtisində isə 3,9-4,4 ədəd olmuşdur. Nəzarət
65
variantında isə hər iki sortda müvafiq olaraq bu göstəricilər 3,0-3,2 ədəd, 2,5-2,8 ədəd
tərtibində olmuşdur. Ehtimal edilir ki, sünbüldə müxtəlif yerlərdən olan toxumlar
rüşeym halında olarkən belə ilkin köklərinin sayına görə fərqlənirlər. Payızlıq arpanın
sünbülü həddində toxumların zoğ və köklərinin quru kütləsi xeyli fərqlənir (Cədvəl
2).
Ozonlaşdırılmış variantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında sünbülün
orta hissəsindən olan toxumlarda zoğların kütləsi daha çox (3,68qr-4,18qr), yuxarı
hissəsindən olan toxumlarda zoğların kütləsi isə daha az (2,47qr-3,03qr) olmuşdur.
Nəzarət variantında isə hər iki sortda müvafiq olaraq bu göstəricilər 3,00qr-3,11qr,
2,00qr-2,55qr tərtibində olmuşdur. Ozonlaşdırılmış variantda hər iki sortda sünbülün
aşağı hissəsindən olan toxumların zoğları (3,45 -3,70qr) yuxarı hissəyə nisbətən daha
böyük olmuşdur.
Cədvəl 2
Dostları ilə paylaş: |