Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


QD - Quru dən: toxumun məcburi sükunəti;  2.  ŞB -



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə40/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   36   37   38   39   40   41   42   43   ...   352
QD -
Quru dən: toxumun məcburi sükunəti; 
2. 
ŞB -
Şişmənin başlaması (toxumların islanması); 
3. 
ÇN - 
Çıtlama nöqtəsi: rüşeym kökcüyünün koleorizasının ağ nöqtə şəklində əmələ 
gəlməsi; 


62 
4. 
Kökcüklər 1
(
K1
), - “Çəngəl”. Koleorizanın parçalanması və ardıcıl olaraq 2 mm 
uzunluqda çəngəl şəkilli kök telləri olmayan bir, iki və ya üç rüşeym kökcüyünün 
əmələ gəlməsi; 
5. 
Kökcüklər 2
(
K2
), -“Kökcüklərin ilkin inkişafı”. Bir və ya bir neçə müxtəlif 
uzunluqda kök tellərinə malik, lakin toxumun uzunluğundan kiçik kökcüklərin 
olması;
6. 
Kökcüklər 3
(
K3
), -“Yetkin kökcüklər”. Ölçüsünə görə toxumun uzunluğundan 
böyük, bir və ya bir neçə inkişaf etmiş və bir neçə qısa kök tellərinə malik, yetkin 
kökcüklərin əmələ gəlməsi, hələ cücərtilərin olmaması; 
7. 
Cücərti1 
(
C1
), - böyüyən və yetkin kökcüyün olması, toxumun uzunluğunun 
yarısından qısa ölçülü koleoptilin əmələ gəlməsi (Cücərtinin uzunluğu çiçək 
pulcuqlarından çıxan hissəsinə görə hesablanır); 
8. 
Cücərti2 
(
C2
), - toxumun ölçüsündən uzun iki və daha çox kökçüyə, onun 
uzunluğunun yarısından kiçik olmayan koleoptilin uzunluğunun yarısından çox 
hissəsini tutan ilkin yarpaqcıqlı, zoğu olan mükəmməl cücərtinin əmələ gəlməsi [10]. 
Toxumların ozonla işlənilməsinin Mikrofenoloji mərhələlərinin dvametmə 
xüsusiyyətlərinə təsiri nəzarət variantı ilə müqayisəli tədqiq edilmişdir. 
Toxumların ozonla işlənilməsi cücərmə sürətinə görə fərqlənən toxum 
fraksiyalarının yenidən bölüşdürülməsinə (paylanmasına) səbəb olmuşdur. Sürətli
yəni iki sutka ərzində cücərən toxum fraksiyası yaranmış və həmçinin üç gün ərzində 
cücərən toxumların sayı artmışdır, ki bu da cücərmə enerjisinin artmasına təsir 
etmişdir. Bu onunla bağlıdır ki, ozonla işlənilmiş payızlıq arpa toxumları bütün 
Mikrofenoloji mərhələlərə nəzarətdən tez çatmış və bu fazaların hər birinin 
dvametmə müddəti nəzərəçarpacaq dərəcədə qısalmışdır. Belə ki, təcrübə variantında 
Qarabağ 7 və Qarabağ 33 sortlarının toxumları nəzarətə nisbətən 2-3 saat tez 
çıtlamışdır. Daha sonra isə hər bir növbəti mikrofenoloji mərhələyə keçiddə nəzarətə 
nisbətən ozonla işlənilmiş toxumlarda daha böyük fərq müşahidə edilmişdir. Bu 
şəraitdə Qarabağ 7 və Qarabağ 33 sortlarında K2 və K3 mərhələləri 12 -14 saat 
keçdikdən sonra, nəzarətdən 3-5 saat tez başlamışdır. 
Orta hesabla təcrübə variantında öyrənilmiş hər iki payızlıq arpa sortlarının 
sünbülün aşağı və orta hissəsində formalaşan toxumları 20-21 saat keçdikdən sonra 
şişmiş və cücərməyə başlamış, 33-35 saatdan sonra cücərtinin kök sisteminin 
formalaşması mərhələsinə keçmiş, 78 saatdan sonra koleoptil, 83-84 saatdan sonra isə 
mükəmməl cücərti əmələ gəlmişdir ki, bu da nəzarət variantı (23; 38; 80; 88 saat) ilə 
müqayisədə müvafiq olaraq, 2-3; 3-5; 2 və 4-5 saat az olmuşdur. Hər iki payızlıq arpa 
sortunun sünbülün yuxarı hissəsində formalaşan toxumları isə nəzarətə nisbətən bu 
mərhələlərə müvafiq olaraq 0,5; 1; 1 və 1,5 saat tez keçmişdir. 
Nəticələr göstərir ki, payızlıq arpanın müxtəlif hissələrindən olan toxumlar 
müxtəlif səpin keyfiyyətinə malik olub, bir-birindən kütləsinə, cücərmə enerjisinə, 
cücərmə faizi və böyümə gücünə görə fərqlənirlər. Qarabağ 7 və Qarabağ 33 arpa 
sortlarında 1000 dən kütləsi sünbülün hissəsindən asılı olaraq (Y) 31,18-33,40; (O) 
44,0-46,5 və (A) 38,33-41,0qr təşkil etmiş, sortlar üzrə fərq müvafiq olaraq yuxarı 
hissədən olan dənlərdə 2,22; orta hissədən olanlarda 2,5 və aşağı hissədən olan 
dənlərdə 2,67qr təşkil etmişdir. Sünbülün orta hissəsindən olan toxumlar (O) ən ağır, 


63 
yuxarı hissəsindəkilər isə (Y) ən yüngül olmuşdur. Qarabağ 7 və Qarabağ 33 arpa 
sortlarında sünbülün aşağı hissəsindən olan toxumlar isə orta və yuxarı hissədən 
olanlar arasında aralıq mövqe tutmuşdur.
Ozonlaşdırılmış variantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında 
toxumların cücərmə sürətini səciyyələndirən cücərmə enerjisi 88,7-94,7% arasında 
dəyişmişdir. Sünbülün orta hissəsində formalaşan toxumların cücərmə enerjisi 
(93,0%-94,7%)ən yüksək olmuşdur. Sünbülün yuxarı və aşağı hissəsindən olan 
toxumların cücərmə enerjisi isə kəskin fərqlənməyərək müvafiq olaraq, 88,7%-88,9% 
və 89,3%-91,0% təşkil etmişdir. Nəzarət variantında bu göstəricilər hər iki sortda 
sünbülün orta hissəsində formalaşan toxumlarda 84,5-86,2%, yuxarı və aşağı 
hissədən olan toxumlarda isə 82,0% və 82,5-83,0% təşkil etmişdir. Bu onu göstərir 
ki, orta hissədə formalaşan toxumlar daha yetkindir və bu səbəbdən onlar sünübülün 
digər hissəsindən olan toxumlara nisbətən daha tez cücərir.
Ozonlaşdırılmış variantda hər iki arpa sortunda (Qarabağ 7 və Qarabağ 33) 
sünbülün orta hissəsində formalaşan toxumlar laborator cücərməsinə görə daha
yüksək göstəriciyə (96%-97,0%) malik olmuşlar. Sünbülün yuxarı hissəsindən olan 
toxumların cücərməsi 92,3%-93,0%, aşağı hissəsindən olan toxumların cücərməsi isə 
93,4%-94,0% təşkil etmişdir. Sünbülün yuxarı və orta hissəsindən olan toxumların 
cücərməsi arasında fərq 3,7%-4,0% olmuşdur ki, bu da sünbülün eyni hissələrindən 
olan toxumların cücərmə enerjisi arasındakı fərqdən (4,3-5,8%) azdır (Cədvəl 1). 

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin