66
Ozonlaşdırılmış variantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında müvafiq
olaraq sünbülün orta hissəsindən olan toxumlarda köklərin kütləsi 2,20qr-2,35qr olub
daha çox, yuxarı hissədən olan toxumlarda daha az 1,15qr-1,26qr, aşağı hissədən olan
toxumlarda isə 1,69qr-1,79qr olaraq aralıq mövqe tutmuşdur. Toxumların kök və
zoğlarının kütləsinin nisbəti sünübül daxilində dəyişmişdir. Belə ki, Ozonlaşdırılmış
variantda Qarabağ 7 və Qarabağ 33 arpa sortlarında sünbülün yuxarı hissəsindən olan
toxumlarda zoğların kütləsinın köklərin kütləsinə nisbəti 2,14-2,40, sünbülün aşağı
hissəsindən olan toxumlarda 2,04-2,07, orta hissəsindəki toxumlarda isə 1,67-1,78
təşkil etmişdir, yəni sünbülün yuxarı və aşağı hissəsindən olan toxumlarda cücərtilər
orta hissədəki toxumlardakılardan daha az inkişaf etmiş
ilkin kök sisteminə malik
olmuşlar.
Zoğ və köklərin uzunluğunun ölçülməsi payızlıq arpanın sünbülü həddində
toxumların
səpin
keyfiyyətinin
dəyişməsinin
yuxarıda
qeyd
edilən
qanunauyğunluğunu təsdiq etmişdir, belə ki, toxumların
zoğ və köklərinin ölçüləri
sünbülün əsasından başlayaraq artır orta hissədə maksimal qiymətə çatır və sünbülün
yuxarısında azalır.
Beləliklə, üç gün ərzində cücərən toxumların sayının cücərmə enerjisinin
göstəricisi olduğundan, tez cücərən toxumların payının
çox olduqca nəmlik
çatışmazlığına davamlılığının bir o qədər yüksək olduğunu nəzərə alaraq, öyrənilmiş
payızlıq arpa sortlarının toxumlarında cücərmə prosesinə sərf olunan zaman tədqiq
edilərək, təcrübə variantında orta hesabla 21 saat keçdikdən sonra toxumların şişməsi
və cücərməyə başlaması, 33 saatdan sonra cücərtinin kök sisteminin formalaşmasına
keçməsi, 75 saatdan sonra koleoptil, 82 saatdan sonra
isə mükəmməl cücərtinin
əmələ gəlməsi, nəzarət variantında isə müvafiq olaraq 24, 36, 77 və 85 saat olduğu
təyin edilmişdir.
Tədqiqat nəticələrinə əsasən ozonlaşmanın toxumların tez cücərməsinə səbəb
olaraq, nəmlik çatışmazlığına davamlılığı artırması, həmçinin payızlıq arpanın
sünbülü həddində toxumların
kütləsinin, cücərmə enerjisi, cücərmə faizi, böyümə
gücünün əhəmiyyətli dərəcədə dəyişkənliyə uğraması, toxum keyfiyyətinin sünbülün
əsasından başlayaraq orta hissədə artması və sonra sünbülün yuxarı
hissəsində
azalması, ümumilikdə toxumların səpin keyfiyyətinin bütün göstəricilərinin
dəyişməsinin eyni qanunauyğunluğa tabe olması müəyyən edilmişdir.
Dostları ilə paylaş: