60
cəhətdən digərlərindən fərqlənir. Bu fərqliliklərin çətinliklə nəzərə çarpmasına
baxmayaraq, onlar yeni davamlı sortların yaradılmasının əsasını təşkil edə bilər.
K/t bitkiləri əkinlərində yüksək məhsulun formalaşması üçün zəruri şərtlərdən
biri səpin üçün yüksək keyfiyyətli toxumların istifadəsidir. Toxum materialının
keyfiyyəti toxumların sahə cücərməsi, ilkin inkişaf, bitkilərin sağ qalması
və son
nəticədə bitki sıxlığını şərtləndirir. Bundan başqa k/t bitkilərinin becərilməsinin digər
texnoloji əməliyyatlarının effektivliyi də əsasən səpilmiş toxumun keyfiyyətindən
asılıdır [4].
Bu baxımdan toxumların səpin qabağı işlənilməsi bitkinin maksimal
potensialının reallaşmasında ilkin addım olub, toxumların cücərməsi, birkilərin
böyüməsinin stimullaşması, böyümə enerjisinin artması və məhsuldarlığın
yüksəlməsi məqsədi ilə aparılır.
Toxum materialının eyni tayı (partiyası) adətən müxtəlif keyfiyyətli toxumlarla
təmsil edilir. Toxumlar bir birindən fiziki parametrləri, fizioloji xüsusiyyətləri və
kimyəvi tərkibləri ilə fərqlənir [5].
Toxumların müxtəlif keyfiyyətliliyinin üç növü ayırd
edilir - ekoloji, genetik
və matrikal. Ekoloji müxtəlif keyfiyyətlilik ana bitkinin böyümə və inkişaf mühitinin
dəyişkənliyi nəticəsində baş verir. Ekoloji amillərlə şərtlənən toxum keyfiyyəti
dəyişkənliyi fenotyipik dəyişkənlik də adlanır. Genetik müxtəlif keyfiyyətliliyə ayrı-
ayrı tozcuq dənələrinin, yumurtalıq və rüşeym kisələrinin tərkib və
xüsusiyyətlərindəki fərq səbəb olur. Genetik müxtəlif keyfiyyətlilik bir qayda olaraq
irsidir.
Toxumların daha güclü ifadə olunan müxtəlif keyfiyyətliliyi matrikal müxtəlif
keyfiyyətlilikdir. Toxumların müxtəlif keyfiyyətliliyinin bu növü toxumun ana
bitkidə müxtılif yerdə yerləşməsi nəticəsində baş verir ki,
bu da fərqli qidalanma
rejimi və toxmun digər fomalaşma şərtlərinə səbəb olur [3; 5; 6; 7].
Muxtəlif keyfiyyətliliyin bu 3 forması bir-birilə əlaqədardır. Bunların aradan
qaldırılması və yaxud azalması ucun seleksiya, toxumculuq və aqrotexniki usul və
metodlardan istifadə olunur.
Toxumların müxtəlif keyfiyyətliliyi bütov populyasiyada bitkilərin
polimorfizminə – cücərtilərin müxtəlif vaxtlarda əmələ gəlməsi, qeyri-bərabər
böyümə və inkişafı, fərqli məhsuldarlığa səbəb olur. Toxum tayının (partiyasının)
düzgün qiymətləndirilməsi və bioloji olaraq daha çox yararlı toxumların
seçilməsi
üçün toxumların keyfiyyətinin dəyişkənliyi, onun bitkilərin böyümə və inkişafının
intensivliyinə təsiri haqda elmi informasiyanın olması zəruridir.
Bəzən eyni laborator cücərməsi olan toxumlar səpindən sonra müxtəlif sahə
cücərməsinə malik olur. Xüsusilə bu müxtəlif toxum fraksiyasının səpilməsi zamanı
müşahidə edilir. Bu onunla izah olunur ki, fraksiyalar bir çox digər göstəricilərə görə
(kütlə, zədələnmə, irilik, sıxlıq və s.) fərqlənir.
Toxumların ozonla işlənilməsinin cücərmə enerjisinin artırılması hesabına
toxumların cücərməsini sürətləndirməsinə, tez cücərən toxumların sayını artırmasına,
bütün inkişaf mərhələlərinin daha tez başlaması və davametməsinin qısalmasına
səbəb olması, toxumların müxtəlif keyfiyyətliliyinin öyrənilməsinin, onların fərdi
61
dəyişkənliyini səciyyələndirdiyi əsas qanunauyğunluqların aydınlaşdırılmasının
nəzəri və praktiki əhəmiyyətini nəzərə alaraq tədqiqat işi aparılmışdır.
Təcrübələr AMEA Genetik Ehtiyatlar İnstitutunun “Rüşeym plazması” və
KTN Əkinçilik Elmi Tədqiqat İnstitutunun “Toxumçuluq” laboratoriyalarında
aparılmışdır.
Təcrübələrdə Milli Aviasiya Akademiyasında (MAA) düzəldilmiş laborator
ozonatorundan istifadə edilmişdir.
Tədqiqat materialı kimi 2015-ci ildə Əkinçilik ET İnstitutunun Tərtər Bölgə
Təcrübə Stansiyasında (BTS) becərilən Qarabağ-7 və Qarabağ-33 payızlıq arpa
sortları götürülmüşdür. Ozonlaşmanın toxumların sünbüldə formalaşma yerindən asılı
olaraq cücərməyə təsirini daha ətraflıöyrənmək üçün
hər sortdanbərabər sayda
sünbülcüklərə malik 50 oxşar sünbül götürülərək 3 bərabər hissəyə bölünmüşdür (Y,
O, A). Sünbüllərin hər hissəsi ayrılıqda döyülmüşdür. Sünbüllərin alt hissəsinin
toxumları -A, orta hissəsininkilər -O, yuxarı hissəsinin toxumları isə -Y hərfi ilə
işarələnmişdir.
Təcrübə variantlarında toxumlar
1400ppm х 20dəq. dozada ozonla işlənilmiş və
sünbüldə formalaşma yerindən asılı olaraq səpin keyfiyyətləri təyin edilmişdir.
Toxumlar Petri kasalarında 3 təkrarda, təcrübə - ozonla işlənilmiş və nəzarət -
işlənilməmiş olmaqla cücərdilmişlər
. Toxumların əkin keyfiyyəti (cücərmə enerjisi və
cücərmə faizi) DÜİST-ə uyğun olaraq təyin edilmişdir. Toxumların
cücərməsi iki
müddət ərzində (cücərmə enerjisi və cücərmə faizi qeyd edilərək) normal cücərən
dənlərin sayının cəmlənməsi ilə hesablanmış və onların ümumi qiyməti üç təkrarın
analiz nəticələrinin orta qiyməti kimi faizlə ifadə edilmişdir [8].
Böyümə gücü cücərtilərin morfofizioloji qiymətləndirmə metoduna əsasən 10
sutkada sağlam cücərtilərin sayı (%) və ya 100 zoğa görə yaşıl cücərtilərin kütləsi
(qram) ilə təyin edilmişdir[9].
Toxumların ozonla işlənilməsi zamanı cücərmə prosesinin və xüsusilə kök
sisteminin inkişafının stimullaşmasını nəzərə alaraq, toxumun cücərmə
mərhələlərinin xüsusilə rüşeym kök sisteminin formalaşmasının identifikasiyasının
dəqiq morfoloji meyarları, vizual olaraq görünən fizioloji və biokimyəvi proseslərin
dəyişkənliyinin başlanmasının qeyd edilməsi üçün laboratoriya şəraitində sutka
ərzində hər 2 saatdan bir hər toxuma baxılaraq onların cücərməsinin Mikrofenoloji
Mərhələlərinin (MFM) başlanma vaxtı qeyd edilmişdir.
Payızlıq arpa sortları toxumlarının cücərməsi zamanı
baş verən morfoloji
dəyişikliklərin tədqiqi nəticəsində morfoloji cəhətdən vizual olaraq asanlıqla
fərqləndirilən sağlam, normal arpa toxumları üçün xarakterik olan cücərmənin 8
mikrofenoloji mərhələsi qeyd edilmişdir. Arpada cücərmə zamanı 5-7 kök əmələ
gəldiyinə görə belə güclü rüşeym kökü sisteminin inkişafını təsvir etmək üçün kökün
inkişafının üç və həmçinin sərbəst “cücərti” mərhələləri qeyd edilmişdir:
1.
Dostları ilə paylaş: