115
yüksəldilməsi bütün məhsuldarlıq göstəricilərinin seleksiya yolu ilə artırılması
hesabına baş verir.
Məhsuldarlıqla musbət korellyasiya təşkil edən bəzi əlamətlərdən biri də
bitkilərin kök sistemidir.
Arpa, yulaf və buğda ilə müqayisədə daha güclü kök sisteminə malikdir.
Bitkilərin inkişafı və məhsuldarlığı xususi ilə yoxsul və az nəmli torpaqlarda bu
göstəricidən cox asılıdır (Ведров, Дмитриев и др. 2002, Полномочнов, 2005).
Arpa bitkisi rüşeym və düyün köklərindən əmələ gələn saçaqlı kök sisteminə
malikdir. Rüseym kökcüyü dənin rüşeymində başlanğıc halda mövcüd olduğu üçün
belə adlanır. Rüşeym kökcüyü 16
0
-19
0
C temperaturda adətən səpindən 5-7 gün sonra
əmələ gəlir. Rüşeym kökcüyü 2-8 ədədə qədər ola bilir və üçüncü bəzən isə dördüncü
yarpaq əmələ gələnədək inkişaf edir. Bundan sonra əlavə köklər əmələ gəlməyə
baslayir. Rüseym kökcükləri dənin cücərməsi zamanı fomalaşmağa başlayır. Onların
sayı dənin iriliyindən və keyfiyyətindən asılı olsa da sonrakı inkişaf torpagın
keyfiyyətindən və ətraf mühitdən asılı olaraq gedir.
Rüşeym kökcüyünün fəalyyəti vegetasiyanın ilk günlərindən dən əmələ gəlməyə
qədər olan müddətdə bitkinin inkişafını təmin edir. Kollanma zamanı quraqlıq
olduqda düyün kökləri əmələ gəlmir və bu zaman rüşeym kökləri bitkinin həyatında
xüsusi əhəmyyət kəsb edir. Bu zaman bitki yalnız rüşeym köklərinin hesabına inkişaf
edir. Buna görə də rüşeym kökləri güclü və cox sayda inkişaf etdikcə xarici mühit
stressləri bitkinin inkişafına daha az təsir edir.
Bu məqsədlə Tərtər Bölgə Təcrübə Stansiyası (BTS) şəraitində bölgədə arpa
əkinləri üçün optimal səpin müddəti (oktyabrın II ongünlüyü) və səpin normasında
(hektara 3 milyon cücərə bilən dən), hər biri 1 m
2
sahəli ləklərdə,1000 dən kütləsinə
görə qruplaşdırılaraq əkilmiş arpa kolleksiya nümunələrində (50 ədəd sabit xətt)
rüşeym kökləri tədqiq edilmişdir. Səpindən 10-12 gün sonra kütləvi cücərtilər əmələ
gəlmiş, inkişafın üç yarpaq mərhələsindəhər nümunədən 10 bitki götürülməklə
rüseym kökcükləri sayılmışdır. Vegetasiya dövründə müvafiq fenoloji müşahidələr
aparılmış, nümunələr xəstəliklərə davamlılığa görə qiymətləndirilmişlər. Tam
yetişmə mərhələsində hər nümunədən 10 bitki götürülməklə (kökündən çıxarılaraq)
məhsuldarlıq göstəriciləri təyin edilmişdir.
Aparılmış tədqiqat zamanı müəyyən olunmuşdur ki, 1000 dən kütləsi 50
qramdan az (45,0-48,0) olan sortnümunələrin bitkilərində rüşeym kökcüyünün sayı
5-6 ədəd intervalında dəyişmişdir. Müvafiq olaraq 1000 dən kütləsi 50 qramdan çox
(51,0-60,0) olan sortnümunələrdə isə rüşeym kökcüyünün sayı 7-8 ədəd intervalında
dəyişərək, digərləri ilə müqayisədə 2-3 ədəd çox olmuşdur (Cədvəl 1).
Aparılmış tədqiqat nəticəsində rüşeym kökcüklərinin sayının dənin iriliyi -
dolğunluğu, kollanmanın isə öz növbəsində rüşeym kökcüklərinin sayı ilə birbaşa
asılılıq təşkil etdiyi və yüksək məhsuldar kollanmanın ümumi məhsuldarlığın
artmasına səbəb olduğu müəyyən edilmişdir.
Dostları ilə paylaş: