267
mövcuddur. Metod və vasitələrin çox olmasına baxmayaraq onlar
arasında Coğrafi İnformasiya Sistemlərinin (CİS) özünü təsdiq etməsi
və liderlik mövqeyini saxlaması inkar olunmaz bir faktdır.
CİS mühitində xəritələrin tərtib olunmasının xüsusi üstünlükləri
vardır. Belə ki, “klassik-ənənəvi” üsullarla tərtib olunmuş xəritələr
ümumi təzahür və mənzərə üçün yararlı idi və bununla da onların
funksiyası məhdudlaşırdı. CİS mühitində yaranmış xəritələr isə ümumi
təzahür yaratmaqla yanaşı, bir məlumat, verilənlər bazası
rolunu
oynayır, onların daimi operativ şəkildə yenilənmək imkanları var, onlar
çoxtəbəqəlidirlər və bu təbəqələrdəki hər mərhələ yeni informasiya və
verilənlər imkanıdır.
Müasir zamanda xəritələr, coğrafi obyektlərin təsviri
məqsədindən daha çox ətraf mühitdə mövcud vəziyyətin öyrənilməsi,
sistemləşdirilməsi, təhlili və insanlarla ətraf mühit arasında olan
tarazlığın qorunması üçün zəruridir. Müasir xəritələrdə əks olunan
informasiyalar əsasında elə məsələlərə
cavab tapmaq mümkündür ki,
köhnə xəritələrdə bunu etmək mümkün olmazdı.
Bu baxımdan orta və yüksək təzyiqli qaz şəbəkəsinin elektron
məlumatlar bazasının yaradılmasının xüsusi əhəmiyyəti var.
Elektron məlumatlar bazası online rejimdə qaz şəbəkəsinə nəzarət
etmək, şəbəkə məlumatlarını yerləşdiyi koordinata uyğun yerində
görmək, qəza və təmir işlərinin dəqiqliklə aparılmasına yardımçı
olmaqda əvəzsiz imkanlara malikdir. Qaz itkilərini vaxtında qarşısının
alınmasını, abonentlərə qüsursuz xidmət göstərilməsini, qaz verilişinin
düzgün tənzimlənməsi və proqnozlaşdırılmasını və ş. bu siyahıya aid
etmək olar.
Qaz şəbəkəsinə aid olan bütün qurğular və avadanlıqlar (QTM,
QTŞ, QTQ, FQT, QÖQ (Sənaye sayğacları), QPS, yeraltı və yerüstü
orta və yüksək təzyiqli qaz xətləri, siyirtmə, ventil, luk, seperator və s).
haqqında Qaz İstismar Sahələri tərəfindən təqdim edilən məlumatlar
(tipi,
diametri, markası, abonent sayı, ünvanı və s.) dəqiqləşdirilir və
elektron məlumatlar bazasında yerləşdirilir.
Hazır bazalar İTRİ-nin mərkəzi serverində yerləşdirilmiş,
“ArcGİS”-in “ArcReader” modulu vasitəsi ilə “online” rejimində
bazalara giriş təmin olunmuşdur. Qaz təchizatı şəbəkəsində aparılan
texniki-texnoloji dəyişikliklər barədə verilən məlumatlar əsasında
bazada müvafiq düzəlişlər edilir.
268
Proqram vasitəsi ilə verilən məlumatlar coğrafi bağlantıya
malikdir və bazalara ümumi nəzarət olunur. Şəbəkələrdə aparılan
texniki-texnoloji dəyişikliklər barədə sahələrdən verilən məlumatlar
yerində yoxlanılır və bazada müvafiq düzəlişlər edilir.
Dostları ilə paylaş: