87
birdən yox, tədricən baş verir - yeni keyfiyyət elmentləri tədricən yığılır və köhnə elementlər ölür:
bu cür “sıçrayışlar” uzun, tədricən olur.
Təbiətdə,
cəmiyyətdə, mədəniyyətdə ikinci növ sıçrayışa çoxlu misal ola bilər. Bir çox geoloji
proseslər (kömür, neft, filiz əldə edilməsi) uzun, tədricən baş verir. Yerdə həyatın yaranması
prosesi də uzun olmuşdur, uzun vaxt ərzində yeni növ bitki və canlı növləri formalaşmışdır.
“Kəmiyyət – keyfiyyət dəyişikliyi” və “tədricən – sürətlə” əlaqəsini adətən demək olar
eyniləşdirirlər. Tədricən dəyişikliyi kəmiyyətlə, sürətlərini - keyfiyyətlə bərabərləşdirirlər. Başqa
sözlə desək, sıçrayışı çox vaxt tez və “qısavaxtlı”, kəmiyyət dəyişikliyini isə - rəvan (müntəzəm,
yüngül), tədrici “elastik” və ya yavaş – yavaş – hesab edirlər.
Bununla belə, fəlsəfi nöqteyi –
nəzərcə kəmiyyət və keyfiyyət dəyişikliyinin meyarı prosesin nə qədər davam etməsi deyil, onun
xarakteridir
.
Sıçrayış anlayışının məlum nisbiliyi də bununla müəyyən olunur. Iri ölçülü sıçrayış da
mümkündür: astrofizika, bioloji (həyatın, insanın meydana gəlməsi), sosial (ictimai – iqtisadi
formasiyaların yaranması). Bununla belə bir az böyük və kiçik çoxlu sıçrayışlar mövcuddur.
Nəticədə eyni bir keyfiyyət keçilməsindən həm sıçrayış kimi, həm də kəmiyyət dəyişikliyi kimi
danışmaq olar. Tutaq ki, feodalizmdən kapitalizmə keçid formasiyaların
dəyişilməsi, iri
sıçrayışdır. Kapitalizmin azad sahibkarlıqdan monopolizmə keçidi - eyni formasiya daxilindəki
sıçrayışdır. Keyfiyyət dəyişikliyinin miqyasını dəqiqləşdirmədən belə bir suala - bu sıçrayışdır ya
yox – cavab vermək çətindir.
Dostları ilə paylaş: