2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə78/86
tarix07.08.2023
ölçüsü1,66 Mb.
#138834
1   ...   74   75   76   77   78   79   80   81   ...   86
2-D nyag r anlay , onun m zmunu, strukturu v tipl ri (1)

Keyfiyyət və kəmiyyət-Keyfiyyət –
predmetin (hadisə, proses) elə müəyyənliyidir ki, ona xas olan 


85 
xassələrin məcmusuna malik olan və onunla eyni tipli predmetlər sinfinə aid olan verilmiş (bu) 
predmet kimi onu xarakterizə edir. Keyfiyyət müəyyənliyini itirərkən predmet özü olmağından 
çıxır, onun başqa predmetlər sinfinə aid olmasını müəyyən edən yeni xüsusiyyət kəsb edir. 
Məsələn, əriyən filiz şlak və metala çevrilir, yeniyetmə böyüyərək gəncə, gənc – kişiyə, kişi – 
qocaya çevrilir, qəsəbə böyüyüb şəhər ola bilər və.s.
 
Kəmiyyət 
– hadisə, predmet, proseslərə xas olan xassələrin inkişafının və ya intensivliyinin 
(səmərəliliyinin) mərhələsinin, böyüklükdə və sayda ifadə olunan xarakteridir. Pifaqorçuların və 
onların digər sələflərinin fiklərini ümumiləşdirərək Aristotel izah edirdi: “Kəmiyyət tərkib 
hissələrə bölünəndir, bu bölünənlərin hər biri - onlar iki və ya çox olsa da - öz təbiəti etibarıilə nə 
isə bir şeydir. Hər cür kəmiyyət - əgər o hesablanan, böyüklüyü (həcmi) – dəyişəndirsə o çoxdur”. 
Bu fəlsəfi fikir bizim üçün vərdiş edilən olmasa da onun mənasını anlamaq çətin deyildir: 
kəmiyyətə şeylərin o xarakteri aid edilir ki, o hesablanma (ölçüyə) və riyazi ifadə üçün 
mümkündür. 
Keyfiyyətcə müxtəlif predmetlərin “bərabərləşdirilməsi”, onların bir sıra vahidə gətirilməsi 
ölçməni 
mümkün edir. Bu və ya başqa həcmin ölçülməsi müvafiq ölçü vahidinin qurulmasını tələb 
edir. Məsələn, metr – uzunluq vahidi, kiloqram – kütlə vahididir. Heç nə ölçməyə yoxdursa - 
deməli onda cəmlənən vahidin kəmiyyətini müəyyənləşdirmək lazımdır. Predmetlərin
hadisələrin, proseslərin kəmiyyət xarakteri ictimai praktikada: istehsalın planlaşdırması və 
maliyyələşdirilməsində, tikintidə, sosial inkişafda, nəqliyyatın hərəkət cədvəlini tutarkən, əhalinin 
siyahıya alınmasında və s. geniş tətbiq olunur. 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin