88
ziddiyyətlər
sosial qüvvələr (sosial quruplar, siniflər) arasında olan ziddiyyətlərdir.
Qeyri-
antoqonist ziddiyyətlər
fərdlərlə, sosial qruplar və ölkələr arasında olan ziddiyyətlərdir. Onların
başlıca mənafeləri bir– birinə uyğun gəldiyindən aralarında olan ziddiyyətlər də qeyri– antoqonist
olur. Əsas ziddiyyət inkişafda başlıca, aparıcı rol oynayır və bütün
başqa ziddiyyətlərə təsir
göstərir.
Dialektikanın nəzərdən keçirilən üç qanununun inkişafı üç müxtəlif tərəfdən xarakterizə edir.
Dialektik ziddiyyətlər qanunu inkişafın mənbəyi, impulsudur. Kəmiyyətin keyfiyyətə keçməsi qanu-
nu yeni keyfiyyətlərin yaranması mexanizmidir; dialektik sintez qanunu mütərəqqi istiqamətlənmiş
dəyişikliklərin xarakter və formasını ifadə edir.
Birinci qanun inkişaf niyə baş verir sualına, ikinci
qanun isə inkişaf necə baş verir sualına cavab verir. Üçüncü qanun– irəliyə doğru inkişafın
xarakteri necədir sualına cavab verir.
Dialektikanın bu üç qanununun qarşılıqlı təsiri nəticəsində
dialektik keçid və əlaqələrin vahid sistemi yaranır. Həmin sistemin hər bir elementi öz xüsusi
funksiyasını
yerinə yetirir, bununla da məcmu hərəkəti ilə bütün gerçəkliyi əhatə edir.
Ümumiyyələ, inkişaf qanunları kompleksində mərkəzi yeri dialektik ziddiyyətlər qanunu tutur.
Bu qanun ümumi hərəkət və inkişafın səbəblərini,
mənbələrini, hərəkətverici qüvvələrini
müəyyən edir. Əksliklərin vəhdəti və mübarizəsi qanunun mahiyyətini, inkişaf prosesində rolunu
və fəaliyyət mexanizmini dərindən anlamaq üçün “eyniyyət”, “fərqlilik”, “ziddiyyət”, “əkslik”,
“münaqişə” və s. anlayışlarının mahiyyətini bilmək, onları fərqləndirmək zəruridir.
Dostları ilə paylaş: