86
Keyfiyyətcə fərqli materialları və proseslərin kəmiyyət xarakteristikaları texnikada xüsusilə
böyük əhəmiyyətə malikdir. Müasir istehsalda bunlarsız irəli getmək qeyri–mümkündür. Məsələ
burasındadır ki, son illərin fəlsəfi ədəbiyyatlarda fenomenoloji səviyyədə keyfiyyətə predmetlərin
vacib və zəruri xassələr sistemi kimi tərif verilmişdir.
Xassə isə predmet və hadisənin ancaq
konkret bir cəhətini, bir xüsusiyyətini ifadə edir.
Kəmiyyət və ya keyfiyyət cəhətlərinin birtərəfli
olaraq qabarıq göstərilməsi metafiziki yanaşmanın əlamətidir. Metafizika kəmiyyətlə keyfiyyət
arasında daxilən zəruri olan əlaqəni görmür.
Kəmiyyət dəyişmələrinin yığılıb çoxalması halına şeylərin bir keyfiyyət halından başqa, yeni
keyfiyyət halına keçməsi inkişafında sıçrayışdır.
Sıçrayış şeyin kəmiyyət dəyişmələrinin
tədriciliyində fasilə əmələ gəlməsidir, yeni keyfiyyət halına keçməsidir, inkişafda qəti dönüş və
əsaslı dəyişiklik baş verməsi deməkdir.
Məsələn, insanın əmələ gəlməsi üzvi aləmin inkişafında
sıçrayış, əsaslı dönüş olmuşdur.
Kəmiyyət münasibətlərinin keyfiyyətə keçməsi qanunu
kəmiyyət və keyfiyyət dəyişiliklərinin
qarşılıqlı əlaqəsini ifadə edir. Başqa sözlə desək, qanunun məğzi ondan ibarətdir ki, predmetdə
daimi baş verən tədrici kəmiyyət dəyişilikləri ancaq müəyyən vaxt əsas xüsusiyyətlərini itirməyən,
ölçü həddinə çatdıqda keyfiyyət dəyişikliyinə keçir.
Kəmiyyət dəyişilməsinin keyfiyyətə keçməsi qanunu dünyanı mürəkkəb, çox keyfiyyətli,
özündə elementar hissəcikləri, atomları, molekulları, kristal, dağ suxurlarını, planetləri, planet
sistemini, qalaktikanı, metaqalaktikanı .... birləşdirən kimi anlamağa istiqamətləndirir. Bütün onlar
sadəcə olaraq ölçüsü, kütləsi və digər kəmiyyət xarakteri ilə deyil, həm də keyfiyyətlərinə görə bir
– birindən fərqlənir. Başqa sözlə desək, qanun dünyanın çox keyfiyyətliyini və onun “şeylərin”
müxtəlif kəmiyyət xarakteri ilə sıx bağlılığını açır. Bu qanun gerçəkliyin ən ümumi, obyektiv
qanunlarından biridir. Kəmiyyət və keyfiyyət eyni predmetdə obyektiv vəhdətdə mövcuddur.
Lakin onlar arasında əsaslı fərqlər də vardır. Əgər kəmiyyət dəyişiklikləri azalma və artmaya,
kiçilmə və böyüməyə səbəb olur, müəyyən ölçü daxilində yeni keyfiyyət halı doğurmursa, cismin
keyfiyyətcə dəyişilməsi ölçünü pozur, yeni keyfiyyət halının əmələ gəlməsi ilə nəticələnir.
Dostları ilə paylaş: