Баталйон хатиряляри Memuar



Yüklə 392,44 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix01.04.2017
ölçüsü392,44 Kb.
#13043
1   2   3   4   5   6

PARÇALANAN AZƏRBAYCAN 
Bir yarımız İrandadır,
Digəri İrəvandadır.
Gülüstan sülh sazişinin
Adı – sülh, dadı - qan dadır.
Böldülər Azərbaycanı,
İndi elimiz dardadır.
Tökdülər nahaqdan qanı.
Söylə ədalət hardadır?
İrəvanda xan qalmadı
23 il vuruşdular.
Damarlarda qan qalmadı
Xanlar şəhid olmuşdular.
Gəlmişdilər, dolmuşdular
Rus ordusu İrəvana.
Qana bayis olmuşdular.
Çevirdilər Yerevana,
Doğma İrəvanımızı.
Axıtdılar qanımızı,
Qopartdılar canımızı,
Sarsıtdılar hamımızı.
Kür boyu yaraladılar,
Azərbaycanımızı.
Məhv eləyib, qaraltdılar,
Ağappaq Ağdamımızı…
ARQ
147
M
M

GÜLÜSTAN VƏ TÜRKMƏNÇAY
YARALARINDAN
AXAN AZƏRBAYCAN QANI 
Azərbaycan  tarixinin bütün dövrlərində xalqımız
müxtəlif siyasi-hərbi münaqişələrə cəlb edilərək,
zaman-zaman əraziləri işğal olunmuş, insanları qətlə
yetirilmişdir. Nəticədə xalqın minilliklər boyu
formalaşmış mənəvi-dini-milli dəyərlərinə olmazın
ziyanı dəymiş, torpaqlarının bir hissəsi əldən getmiş,
Cənubi Qafqazın Rusiyaya birləşdirilməsindən sonra
isə bu proses daha da sürətlənmişdir. 
1722-ci ildə Qarabağdakı erməni məliklər I Pyotru
Qafqaza çağırırlar. Bu çağırışdan sonra Pyotr
Xəzərsahili torpaqlara işğalçı yürüş edir və həmin
əraziləri rus imperiyasına birləşdirir. 1724-cü il
noyabrın 10-da I Pyotrun verdiyi fərmana əsasən,
ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında
yerləşməyə başlayırlar. Rusiya Asiyada maraqları
kəsişən Böyük Britaniya və Fransa ilə birləşərək
Osmanlı imperiyasını, türk dünyasını çökdürmək üçün
erməniləri alətə çevirirdi. 
Tariximizin bütün qanlı səhifələri Azərbaycanın
Rusiya ilə İran arasında bölüşdürülməsinə gətirib
çıxarmış Gülüstan və Türkmənçay müqavilələrindən
148
M
M

başlayır. Rusiyanın Azərbaycana qarşı aqressiv siyasəti
rəsmən 1804-1813-cü illər Rus-İran müharibəsi ilə
başlayır. 1805-ci ildə Azərbaycanın Qarabağ və Şəki
xanlıqları ilə Rusiya arasında Kürəkçay müqaviləsi
imzalanır. Müqaviləyə əsasən, bu xanlıqlar Rusiyaya
təhkim edilir və müstəqil xarici siyasət yürütməkdən
məhrum olunur. 1805-ci ilin axırında Bakı və Şirvan
xanlıqları da işğal edilir. Talış xanlığının işğalı ilə
Rusiya Şimali Azərbaycanı tamamilə özünə təslim edir.
Bundan sonra İranın Rusiya ilə müqavilə bağlaması
reallaşır və sülh danışıqları başlayır. 1813-cü il
oktyabrın 16-da Gülüstan kəndində, rus ordugahında
Azərbaycanın parçalanmasının əsasını qoyan Gülüstan
müqaviləsi imzalanır. Bu müqavilə Çar Rusiyasının
rəsmən Azərbaycanı işğal etməsini təsdiqləyir və
müqaviləyə əsasən, Gəncə, Qarabağ, Şəki, Şamaxı,
Quba və Talış xanlıqlarının əraziləri, Şərqi Gürcüstan
və Dağıstan da Rusiyaya birləşdirilir. Xəzər dənizində
donanma saxlamaq hüququ yalnız Rusiyaya verilir.
Həmin vaxt rus çarı I Aleksandr Napoleon Bonaparta
qarşı Leypsiqdə müharibədə idi, lakin İranla sulh
müqaviləsi ona Fransadan daha vacib bir məsələ idi.
Düşünürəm ki, Azərbaycan tarixinin faciəsi məhz bu
hadisə ilə başlayır. 
1826-cı ildə Qacarın qoşunları Rusiyanın
nəzarətində olan Azərbaycan torpaqlarına daxil oldular
və Rus-İran müharibəsi yenidən başladı. Döyüşlərdə
149
M
M

Qacarın qoşunları ağır məğlubiyyətlə üzləşir. 1826-cı
ilin axırlarında Şəki və Lənkəran xanlıqları da ləğv ol-
unur, 1827-ci ildə Rusiya Azərbaycanın ərazilərini işğal
edə-edə Təbrizə qədər irəliləyərək şəhəri işğal edir.
1828-ci ilin yanvar-fevral aylarında isə rus qoşunları
Urmiya və Ərdəbilə daxil olurlar. 
Rusiya Dərbəndi özünə birləşdirir, Borçalını Gür-
cüstana, İrəvanı, Zəngəzuru, Göyçəni və Dərələyəzi
ermənilərə verir. Nəticə etibarı ilə Azərbaycan
torpaqları hesabına sonralar Ermənistan dövləti
yaradılır. 
1828-ci il fevralın 10-da İngiltərənin səfiri Mak
Donaldın vasitəçiliyi ilə Təbriz yolunun üstündə
yerləşən Türkmənçay kəndində I Nikolay ilə Fətəli şah
arasında sülh müqaviləsi imzalanır. Bununla da
Azərbaycanın işğalı başa çatır. Müqavilənin 15-ci
maddəsinə əsasən, erməni əhalisinin İrandan Cənubi
Qafqaza hərəkətinə icazə verilirdi. Müqavilənin
bağlanması münastibətilə dərhal rus toplarından 101
yaylım atəşi açılır. Ertəsi gün "xoş xəbər"i Aleksandr
Qriboyedov Rusiyaya çatdırdıqdan sonra Petropavlovsk
qalasında da top atəşləri açılır. Bu, o Qriboyedovdur ki,
1818-ci ildə rus missiyasının katibi kimi İrana
göndərilir və burada iki il işləyir. 1821-ci ildə İrana
qayıtdıqdan sonra general A.Yermolovun komandanlıq
etdiyi ordunun diplomatik katibi vəzifəsinə təyin edilir.
1826-cı ildə çar hakimiyyəti tərəfindən dekabristlərin
150
M
M

işi üzrə həbs edilir. O, bütün məxfi sənədləri öncədən
məhv etdiyindən günahı sübuta yetirilmir. Bu səbəbdən
də azadlığa buraxılır və yenidən Qafqaza qayıdaraq bu-
rada diplomatik işdə çalışır. 1827-ci ildə Türkiyə ilə
İran arasında danışıqlarda vasitəçi kimi çıxış edir.
Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak
edir. Bundan sonra isə o, Rusiyanın İranda səfiri təyin
edilir. 
Rus-İran müharibəsində həlledici sonluq olan
Türkmənçay müqaviləsi Azərbaycanı tamamilə param-
parça edir. Müqaviləyə əsasən, Araz çayı sərhəd ol-
maqla Azərbaycanın ərazisi şimal və cənub hissələrinə
bölündü. Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı,
Talış xanlığı, Şərqi Gürcüstan və Dağıstan Rusiyaya
təslim edilir.
Gülüstan müqaviləsindən fərqli olaraq,
Türkmənçay müqaviləsinin şərtləri daha da ağır idi.
Yeni işğal olunmuş İrəvan və Naxçıvan xanlıqlarının
torpaqları "erməni vilayətləri" elan edildi. Halbuki
qədim İrəvan torpaqları lap qədimdən türk-müsəlman
yurdu olmuş, düşmən qüvvələri qarşısında möhkəm
dayanmışdı. Hətta rus-İran müharibəsində burada
yaşayan azərbaycanlılar çarın işğalçı qoşunlarına qarşı
qəhrəmancasına döyüşmüşdülər. Lakin ermənilərin
xəyanəti üzündən İran həmin müharibədə məğlub
olmuşdu. 
Ermənilər Türkmənçay müqaviləsinin şərtlərindən
151
M
M

çox məmnun idilər. Tarixçilər erməniləri Türkmənçayın
övladları adlandırırdılar, çünrki Türkmənçay
müqaviləsindən əvvəl ermənilər vətənsiz olublar.
Erməni tarixçisi Anahid Terminasın qeyd etdiyi kimi,
"ermənilər 1917-ci ilədək Qafqazın heç bir
məntəqəsində çoxluq təşkil etməmişlər və onların
müəyyən bir əraziləri də yox idi".
O vaxtdan bəri Azərbaycan tarixinin hər
səhifəsində erməni vəhşiliyinin izi var. Erməni
terrorçuları havadarlarına arxalanaraq bütün dövrlərdə
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda qan
tökmüş, torpaqlarımızı zəbt etmişlər. Adı "sülh
müqaviləsi" olsa da, Türkmənçayın vurduğu yaradan,
Azərbaycanın qanı hələ də axmaqda davam edir. Gülüs-
tan və Türkmənçay yaraları sağalmır ki, sağalmır. Bu
yaralardan axan Azərbaycan qanı hələ də dayanmır ki,
dayanmır.
Qafqazda bir xəstəlik dolaşmaqdadır – 
erməni xəstəliyi.
152
M
M

Qərvənd batalyonundan bir xatirəm:
Qarabağ torpaqlarının qayıtmasını öz gözlərimlə görmək istərdim. 
Ağdamdakı babamın yurdunu öz əllərimlə bərpa edərdim. 
İsa bulağına bircə kərə çıxsaydım, rahat ölərdim.
Oğluma arzumu vəsiyyət edərdim.
Məni Ağdamda dəfn edin deyərdim.
Başqa nə dərdim var, başqa nə dərdim.
Allah Azərbaycanı bütün bəlalardan hifz eləsin !
153
M
M

İSTİNADLAR:

AZƏRBAYCAN RESPUBLİKASI AĞDAM
RAYON İCRA HAKİMİYYƏTİ (http://agdam-ih.gov.az/)
• Azərbaycan Milli Kitabxanası
• Surxay Əlibəyli - AĞDAMIM–QIBLƏGAHIM
(biri nci kitab) “Şuşa” nəşriyyatı Bakı-2001, 648 s
• Surxay Əlibəyli - AĞDAMIM–QIBLƏGAHIM (ik-
inci kitab) “Şuşa” nəşriyyatı Bakı-2005, 704 s
• Qarabağ Yaddaş kitabı. Bakı 2010, MHS- poliqraf
• Dövlət Statistika Komitəsinin məlumatları
• https://myaghdam.wordpress.com/
• Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları"
(Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M"
• Sərraf Şiruyə, "İgid ölər adı qalar", Gəncə-2002.
("75 yara və ya Dəmir Yelmar" poeması)
• Elbrus Şahmar. "Fazilin Allah dərgahına gedən ömür
yolu", "Zərdabi LTD" MMC, Bakı-2011. Tiraj 400
• Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin Siyasi Sənədlər Arxivi
• Xalq qəzeti  (Çərşənbə axşamı, 10 Fevral, 2015)
Firudin CÜMŞÜDLÜ, ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti, tarix elmləri namizədi
• Ə. Ələkbərli - Qərbi Azərbaycan abidələri, Bakı,
2007Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu
"Ermənistan"", Bakı, "Sabah", 1994
• Aygün Həsənoğlunun “Erməni sindromu”
154
M
M

Kitab 2013-2015-ci illərdə yazılmış, 
2015-ci ildə çapa imzalanmışdır 
Bu kitabı oxuyan digər millətlərə mənsub olan
oxucularıma müraciət edirəm: “ Ermənilərin
üzünə heç vaxt qapılarınızı açmayın, onlara etibar
etməyin, onlara arxa çevirməyin! Bunu
ermənilərdən böyük bir xəyanət görmüş, onların
separatizmi, aqressiyası ucbatından Xocalı
soyqırımına məruz qalmış, ərazisinin 20% -i işğal
olunmuş, 1.000.000-dan artıq qaçqını olan, 11.557
hərbçi şəhid verən və minlərlə mülki vətəndaşı
ermənilər tərəfindən qadınlara və uşaqlara belə
acımadan vəhşiliklə  qətlə yetirilən xalqın
nümayəndəsi kimi sizi xəbərdarlıq edirəm !
Ermənilər hər cür alçaqlığa qadir olan avan-
türist və separatçı  millətdir !”
155
M
M

Я обращаюсь к  читателям-представите-
лям других наций: «Никогда не распахивайте
двери перед армянами, не доверяйте им, не по-
варачивайтесь к ним спиной! Это говорю Вам я,
который видел предательство, сепаратизм,
агрессивные действия армян. Я, представитель
народа, который в процессе агрессии армян под-
вергся геноциду в Ходжалы, потерял 20% тер-
ритории, 11.557 лучших своих  сыновей –
военнослужащих и тысячи мирных жителей –
женщин, детей, стариков, – зверски  убитых и
замученных агрессорами,в следствии чего коли-
чество беженцев составило более 1.000.000  че-
ловек.
Армяне - это народ авантюристов и сепа-
ратистов, который способен на любую под-
лость !
156
M
M

I appeal to the readers who belong to other na-
tions: “Do not open your doors to Armenians, do not
trust them, turn your back to them! I warn you as a
representative of the people who collided with the
Armenians great betrayal, Khojaly genocide. 20% of
Azerbaijan territory was occupied by the Armenian
separatists, who still have more than 1.000.000
refugees. Azerbaijan lost in war for Karabakh 11.557
best military officers and thousands of civilian mar-
tyrs were brutally killed by Armenians spared neither
women nor children!
Armenians are a nation of adventurers and sep-
aratists who is capable of any meanness! "
157
M
M

MÜNDƏRİCAT
Giriş.........................................................................3
Patriotizim, Vətən sevgisi, yoxsa intiqam hissi........5
Ağdama gedən yol ..................................................16
Qərvənd  batalyonu.................................................27
Batalyonda ..............................................................30
Etiraf........................................................................57
Son gün...................................................................62
Bakıya doğru ...........................................................71
Növbəti sarsıntı .......................................................88
Ən çox şəhİd verən, Ağdamım................................90
15 oğul İstərəm .......................................................97
Ağdamım, qanım, canım .........................................124
Tolerantlıq məktəbi ..................................................139
İrəvanda xan qalmadı .............................................142
Gülüstan və Türkmənçay yaralarından
axan Azərbaycan qanı ...........................................148
İstinadlar:.................................................................154
158
M
M

RİZVAN QORXMAZ OĞLU AXUNDOV
AÜDAMIM 
QANIM, CANIM
Òåõíèêè ðåäàêòîð: 
Åëëàäà Ñÿôÿðÿëèéåâà
×àïà ìÿñóë:
Úåéùóí Áàýûðîâ
×àïà èìçàëàíìûø 18.03.2015,
ôîðìàòû 84õ108  1/32, ô.÷.â. 10
êàüûç îôñåò, òàéìñ ãàðíèòóðó,
ñèôàðèø 35, Ñàéû 1000 ÿäÿä.
Êèòàá
«ÀÏOÑÒÐÎÔF»
íÿøðèééàòûíäà íÿøðÿ ùàçûðëàíìûø âÿ
îôñåò öñóëó èëÿ ÷àï îëóíìóøäóð.
AZ1000, Azÿrbaycan, Bakı, H.Zÿrdabi 71A. 
Tel. 00994124325104
E-mail: apostroffprinthouse@bk.ru 
159
M
M

Yüklə 392,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin