QƏRVƏND BATALYONU
Böyük intuziazmla hərbi hissənin darvazasına
yaxınlaşdım. Qapıdakı postda duran əsgər yolumu kəsdi
və soruşdu:
– Hara gedirsiz?
– Bakıdan gəlmişəm, könüllü olaraq orduya
yazılmaq istəyirəm.
O zaman ağlım kəsmirdi ki, könüllü orduya
yazılmaq üçün ilk növbədə yaşadığın rayonun hərbi
komissarlığına müraciət etmək lazımdır. Mən isə
birbaşa Ağdama gəlmisdim.
27
M
M
Ancaq ləhcəm Bakı ləhcəsi idi. Hamını da çaşdıran
elə bu imiş.
– Heç bilirsən hara gəlmisən? – deyə əsgər soruşdu.
– Bilirəm, Qərvəndə gəlmişəm, ağdamlıların batal -
yonuna.
– Onda onu da bilməlisən ki, burda ancaq
ağdamlılar xidmət edir. Səni bura götürməyəcəklər,
burda hamı ağdamlıdır.
– Xahiş edirəm məni batalyon komandirinin yanına
apar.
– Qardaş, dedim axı, səni götürməyəcəklər.
– Mən də sənə deyirəm ki, apar məni komandirin
ya nına.
– Ağdamda hərbi hissələr çoxdur, başqalarına get
– deyə əsgər səsini qaldırdı. Mən ondan da bərk səsimi
ücaldaraq:
– Komandiri çağır, dedim.
Səs-küyə içəridən bir zabit bizə sarı yaxınlaşdı.
Əsgər onu görən kimi farağat durub hərbi təzim etdi.
Zabit üzünü əsgərə tutub dedi:
– Nə olub? Nə səs küydü?
Əsgərin ağzını açmağa macal verməmiş dedim:
– Yoldaş zabit, mən ona deyirəm komandiri çağır
o isə çağırmır.
– Nə istəyirsən? Komandir nəyinə lazımdır?
– Yox, mən sözümü ancaq polkun komandirinə
deyəcəyəm.
28
M
M
– Polkun komandiri mənəm, de görüm.
Bunu eşidən kimi özümü itirdim. Yaranmış
vəziyyətdən istifadə edən əsgər dedi.
– Cənab komandir, Bakıdan gəlib, könüllü
yazılmaq istəyir. Mən də başa salıram ki, bura Ağdam
batalyonudur, burda ancaq ağdamlılar xidmət edir, başa
düşmür.
– Düz deyir, oğlum, burda ancaq ağdamlılar xidmət
edir. Deyə komandir postda dayanan əsgərin sözlərini
təsdiq etdi.
– Mən də ağdamlıyam. – dedim.
Komandir gülümsədi.
– A bala, sənin haran ağdamlıdır, sən xalis
bakılısan, görmürəm?
– Mənim anam bakılıdır, atam isə xalis ağdamlıdır,
– deyib qırmızı sovet pasportumu cibimdən çıxarıb ona
uzatdım.
Komandir gülümsəyə-gülümsəyə pasportu alıb
açdı və bir az təəccüblə, bir az da sevinclə dedi:
– Doğrudan da ağdamlıdır. Budur ey, yazılıb
“rodilsya v Aqdame”. Gəl arxamca, – deyib, iti
addımlarla hərbi hissənin içərisinə doğru irəlilədi.
29
M
M
BATALYONDA
Sevincimin həddi-hüdudi yox idi. Komandirin özü
məmnunluqla məni qəbul etmişdi. Ürəyimdə avtobus
sürücüsünü qınayırdım: ”Hə, nə oldu, ay dayı, bəs
deyirdin qəbul etməyəcəklər?” İndi gələrsən-görərsən.
“Qürur hissilə komandirin arxasınca hərbi hissəyə
girdim. Komandirin önünə bəstə boylu, dolu, qumru
saçlı, 30-35 yaşlı bir zabit çıxdı və dərhal təzim etdi.
Komandir üzünü mənə tutub, başı ilə gələn zabitə işarə
edərək qürurla dedi:
– Germandır, polk komandiridir.
Sonra üzünü Germana tutub :
– Bakıdan könüllü gəlib, ağdamlıdır. Yedizdir və
necə lazımdır öz polkunda yerləşdir.
Deyib, məni Germana təhvil verdi.
– Oldu! Cənab komandir.
German o dəqiqə mənim xoşuma gəldi. Adı da
qəribə idi – German. Cəsur əsgərə oxşayırdı. Sən demə,
batalyon komandir məni ən yaxşı polk komandirinə
təhvil veribmiş. Bakıdan könüllü gəldiyim üçün hiss
edirdim ki, komandir də, German da gəlişimdən qürur
duyurlar.
– Demək Bakıdan gəlmisən, eləmi?
Deyə, German soruşdu.
– Bəli, yoldaş komandir.
30
M
M
– Özü də ağdamlısan?
– Elədir ki, var. İstəyirsiz pasportumu göstərim.
– Yox-yox. Lazım deyil. Ağdamın hansı
kəndindənsən?
– Özündənəm, yoldaş komandir. İsi müəllimin
nəvəsiyəm. Riyaziyyat müəllimi idi. 1950-ci ilə qədər
Ağdam rayonu 3 nömürəli məktəbdə, 1955-ci ildən ta
1986-ci ilədək, təqaüdə çıxandan sonra da bir müddət
Mahrızlı kənd orta məktəbində riyaziyyat müəllimi
işləyib.
– Hə, İsi müəllim Axundov, lap yaxşı tanıyıram,
Mahrızlıda mənə də dərs deyib. Kök keçəl kişi idi,
başına da panama qoyurdu, eləmi? Qışqıra-qışqıra
ucadan ders deməyi var idi. Məktəbdə hamı ondan
qorxurdu. Çox zəhmli idi. Necədir kişi?
– 1987-ci ildə rəhmətə gedib, “Qarağacı”
qəbiristanlığında dəfn etmişik. Milli Qəhrəman Fazil
Mehdiyevi də orda dəfn ediblər. Üzün illərdir ki, heç
qəbrini ziyarət edə bilmirik.
Kövrəldim və səsim boğuldu. German da görünür
bu nu hiss etdi və daha sual verməyərək özü danışmağa
baş ladı:
– Allah qəni-qəni rəhmət eləsin. Lap yaxşı tanı yır -
dım kişini. Başına yay-qış panama goyardı. Allahverdi -
nin şoferi var ha, Əmir, onların məhəlləsində yaşayırdı.
Ta nıyırdın Əmiri?
– Bəli.
31
M
M
Əmir, Ağdamda babamgilin evi ilə üzbəüz, yolun
o tayında yaşayan Pakizə xalanın böyük oğlu idi, Famil
adlı kiçik qardaşı və Aidə adlı, mənimlə yaşıd olan
sonbeşik bacısı da vardı. Pakizə xala onları semiçka sat-
maqla boyütmüşdü. Milli qəhrəman Al
lah
verdi
Bağırovun sürücüsü idi.
1003 nəfər Xocalı sakinini əsir likdən azad edən
“Vətən oğul
ları” batalyonunun ko
mandiri
Allahver di Ba ğırov Qarabağ kənd lərində yaradılmış ki -
çik özünümüdafiə dəstələrinə yaxından köməklik
edirdi. Ağdam rayonu ərazisində gedən bütün
döyüşlərdə mərdliklə
vuruşmuşdu. Onun
Xocalı soyqırımı zamanı
həlak olanların me
-
yidlərinin döyüş mey
-
danından çı xa rıl masında
və azər bay canlı əsirlərin
erməni işğal çı əsgərlərin
me yidləri və əsirləri ilə
də yişdirilərək azad edil -
məsində böyük xidmət
-
ləri olmuşdu. Həmin
əmə liyyatlar keçirilən za -
man Ağdam rayonu 300
nəfər şəhid vermişdi. Ən
böyük hərbi uğuru 1992-
32
M
M
Allahverdi Teymur oğlu Bağırov
Ağdam
22 aprel 1946-12 iyun 1992
Ağ damın şə hid lər xiyabanında
dəfn olunmuşdur
ci il 12 iyunda Aranzəmin kəndi, Nax çıvanlı kəndi dö -
yüşlərində ol muş dur. O zaman Naxçıvanlı kəndində
işğalçıların bütün canlı qüvvəsi və tex
nikası
darmadağın edilmiş, döyüşçülər Əsgəran qa lasına qədər
irə
liləmiş, Pircamal kən
d
indəki bütün yük
səkliklər
tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu.
Bu döyüşdən Ağdama qayıdan Allahverdi Bağırov
sürücüsü Əmirin idarə etdiyi avtomobildə minaya
düşərək şəhid olmuşdu.
– Ayə, qəm yemə tezliklə alacayıq Ağdamı bu qu-
rumsaxlardan. Sən də gedib babanın qəbrini, Fazilin
qəbrini ziyarət edərsən. Lap yaxşı eləyib gəlmisən.
Bundan sonra Bakıdakı qohumların rahat yata bilər, –
deyə, gülümsədi.
Artıq xeyli toxtamısdım. Vəziyyətdən istifadə edib,
mən də zarafatla dedim:
– Bakıdakı qohumlarımı bilmirəm, amma bundan
sonra o qurumsaq dediyin zatlar yüz faiz rahat yata
bilməyəcəklər.
Bu sözlər Germanın elə bil lap ürəyindən oldu.
Əlini çiynimə qoyaraq dedi:
– Qaqa, bundan belə onlar heç vaxt rahat yata
bilməyəcəklər! Bundan arxayın ola bilərsən.
Mən Germanla yanaşı gəzərkən hərbi hissəni
nəzərdən keçirirdim. Hərbi hissənin mərkəzində
alüminiumdan hazırlanmış gümbəzlər var idi, həmin
günbəzlərin içində isə bilyard stolları durmuşdu.
33
M
M
Görünür bura dinclik dövründə park və istirahət
mərkəziymiş.
Ağdamdakı poçtla üzbəüz yerləşən “Qocalar”bağı
yadıma düşdü. İsi babamla tez-tez oraya gəzintiyə
gedərdik. Bağa gedən yolda, poçtla üzbə-üz su
köşkünün içində dondurma hazırlayan aparat var idi.
Köşkdə işləyən kişi həmin o dondurma aparatının
dəstəyini yuxarıdan aşağıya doğru çəkdiyi zaman kağız
stəkana çox da yağlı olmayan qırmızılı-ağlı spiral
şəklində dondurma dolardı. Hər dəfə ordan keçəndə
babam mütləq o dondurmadan mənə alardı. Dişlərim
dona-dona yediyim o dondurmanın dadını hələ də
unutmamışam. Sonra da gələrdik “Qocalar” bağına.
Babam orada dostu və iş yoldaşı Vəli müəllimlə
görüşərdi, uzun-uzadı söhbətlər edərdilər, mən də
parkdakı uşaqlarla oynayardım. Babam həmişə öz
dostlarının yanında məndən fəxrlə danışardı. Mən də
hər zaman onun etimadını doğrultmağa çalışardım...
Biz söhbət edə-edə gəldik çıxdıq kazarmaya.
Kazarmanın girəcəyində solda böyük dəmir soba
yanırdı, sobadan bir neçə metr aralıda əsgərlər
avtomatlarını piramida şəkilində bir–birinə söykəyərək,
lüləyi yuxarı şəkildə yerdən qoymuşdular. Çox da
hündür olmayan kazarmaya iki mərtəbəli çarpayılar
düzülmüşdü. Çarpayının ikinci mərtəbəsində ancaq
oturmaq olardı, ayaq üstə durmaq mümkün deyildi.
Kazarmadakı əsgərlər hərəsi bir işlə məşğul idi, kimi
34
M
M
məktub yazırdı, kimi avtomatının iki darağını lentlə bir-
birinə bağlayırdı, kimi buşlakının cırıqlarını tikirdi. Biri
isə avtomatını qucaqlayıb dərin fikirə getmişdi. Son-
radan bildim ki, bu Dəli Rövşən ləqəbli, döyüşdə kon-
tuziya almış ən cəsur əsgərlərdən biridir. Biz içəri
girər-girməz Rövşən yerindən sıçrayaraq fərəğət durub
hərbi təzim etdi. Digər əsgərlər də bütün işlərini atıb
fərəğət durdular.
– Azad!
Deyə German komanda verdi və üzünü Rövşənə
tutaraq dedi:
– Bu Rizvandır, institutu atıb, Bakıdan könüllü
gəlib, ağdamlıdır. Heç kim xətirinə dəyməsin, bundan
sonra bizim polkda xidmət edəcək. Ona yer verin qoy
yerləşsin. Rövşən, sənə tapşırıram.
Deyib kazarmadan çıxdı.
Rövşən mənim həmən xoşuma gəldi. Mərd və
cəsur insanı xatırladırdı. Görünür polkda da hamı
onunla hesablaşırdı. Demək olar ki, Germanın sağ əli
idi. Mən əlimi ona uzadıb:
– Rizvan.
Deyə özümü təqdim etdim. O da öz növbəsində
əlimi sıxdı:
– Rövşən.
– Mənim kiçik qardaşımın da adı Rövşəndir, – deyə
ona qarşı pozitivliyimi nümayiş etdirmək üçün
gülümsədim.
35
M
M
– Bundan belə, böyük qardaşının da adı Rövşən
olacaq.– deyə, Rövşən tam ciddi bir surət aldı. Bu anda
polkdan möhkəm bir gülüş qopdu. Mən də gülməyə
başladım. Rövşən də özünü saxlaya bilməyib, gülməyə
başladı. Bu əsgərlərin yüksək əhvali-ruhiyyəsindən
xəbər verirdi və bu mənim çox xoşuma gəlirdi.
Əsgərlərin və komandirlərin belə əhvali ruhiyyədə
olması heç ağlıma da gəlməzdi. Elə bil ki, qələbə
çalacaqlarına tam əminiydilər. Sonradan məlum oldu
ki, bu Rövşən də məndən yaşda kiçikmiş. Axı mən ins -
titutun beşinci kursundan bura gəlmişdim.
Uşaqlar qapıdan sağda yerləşən çarpayının ikinci
mərtəbəsində mənə yer verdilər. Mən bunu hörmət
əlaməti kimi qəbul etsəm də axşam, adboydan sonra
yanıldığımı anladım. Kazarmada yanan sobanın bütün
istiliyi və hisi yuxarı qalxırdı. Bu səbəbdən də
çarpayının ikinci mərtəbəsində yatmaq, istidən qeyri
mümkün idi, adam lap boğulurdu. Birinci qecə
mövqelərdən gələn atəş səslərindən, sobanın
istiliyindən, yerimin təzə olmasından, şəhər şəraitindan
əsər-əlamət olmadığı bir yerdə yuxuya gedə bilmirdim.
Səhərin açılmasını gözləyirdim ki, yerimin
dəyişdirilməsini Rövşəndən xahiş edim.
İkinci mərtəbədə yerimi müəyyənləşdirdikdən
sonra şəhərdən aldığım “Qarabağ”- filtrli siqaretimi
çıxarıb çarpayının üzərinə atdım. Bərk acmışdım.
Amma yeməyə nə zaman gedəcəyimizi soruşmağa
36
M
M
utanırdım. Bir siqaret yandırdım. Elə bil ki, bütün
kazarma bunu gözləyirdi. Hamı bir-bir yaxınlaşıb
məndən siqaret istəməyə başladı. Əsgərlər hamısı filtr-
siz “Astra” çəkirdilər. Yəqin ki coxdandır filtrli siqaretə
həsrət idilər. Birinci siqaret qutum həmən bitdi. Digərini
açdım, o da demək olar ki, bitdi. Mən “Astra” siqareti
çəkə bilmirdim. Fikirləşirdim ki, belə getsə mənim
aldığım bir blok siqaret heç bir gün də bəs etməyəcək.
Nə edəcəyimi bilmirdim.
Əsgərlərə baxıb onların necə də ləzzətlə
“Qarabağ” siqaretini çəkdiklərini görəndə isə bu
siqareti nə yaxşı ki, aldığımı düşünürdüm. İki blok
almadığım üçün peşman idim. “Qarabağ” siqareti çox
da bahalı və keyfiyyətli siqaret deyildi, bir qutusu 40
qəpik idi, lakin buna baxmayaraq əsgərlər “Qarabağı”
elə aclıqla və doymazyana, elə axıracan çəkirdilər, sanki
Qarabağın dərdini–sərini sinələrinə çəkirdilər, özü də
lap axıracan. Elə son damla qanlarınadək, son
nəfəslərinədək, axıracan mərdliklə vuruşdular Ağdam
uğrunda, Vətən uğrunda ağdamlı balaları. Hamısına
Allah qəni – qəni rəhmət eləsin, qanları yerdə qalmasın.
Onlar Vətən uğrunda canlarından keçərək, ən yüksək
məqama – Şəhidlik məqamına ucaldılar.
Birdən kimsə kazarmanın qapısını açıb uca səslə:
“yeməyə” – deyə çağırdı. Əsgərlər sıra ilə düzülüb
yeməkxanaya tərəf addımlamağa başladılar. Mən də
Rövşənin yanında gedirdim. Elə acmışdım ki, az
37
M
M
qalırdım qaça-qaça gedim. Əsgərlər isə aramla
addımlayırdılar. Mənə elə gəlirdi ki, biz heç vaxt
yeməkxanaya çatmayacağıq. Nəhayət içəri girdik.
Yeməkxana, hərbi hissənin içində bir mərtəbəli,
təxminən 200 kvadrat metrdən bir qədər çox olan
səliqəli bir tikilidə yerləşirdi. Çox ləzzətli qoxu ətrafı
bürümüşdü. Elə bilirdim ki, filmlərdə gördüyüm kimi
hərə öz qabı ilə böyük bir qazana yaxınlaşacaq, aşbaz
isə öz böyük çömçəsi ilə qabımızı dolduracaq. Amma
mənim çox böyük təəccübümə rəğmən, belə olmadı.
Hamı əyləşdi və hərənin payını öz qabağına gətirdilər.
Lap restorandakı kimi. Ancaq ofisiantlar hərbi formada
idilər. Birinci borş, ikinci kotletlə qarabaşaq, üçüncü isə
kisel verdilər. Yeməklər çox ləzzətli idi, lap evdəki kimi.
Yeməyimizi yeyəndən sonra yeməkxananı tərk etdik,
çünki digər kazarmalar da yeməyə növbə gözləyirdilər.
Yeməkdən sonra Rövşən boynuma ağ ipə
bağlanmış bir avtomat gülləsi
saldı. Lap kulonlu zəncir kimi.
Mən artıq hər əsgərin boynunda
belə güllə sallandığını müşahidə
etmişdim və bunu nə üçün
etdiklərini soruşmaq istəyirdim.
Bir tərəfdən fikirləşirdim ki, bə -
zək aksesuarından başqa nə ola
bilər axı , digər tərəfdən də əs -
gərlərin bəzək nəyinə gərək ol -
du ğunu düşünürdüm. Maraqlısı
38
M
M
da o idi ki, bu müəmmalı aksesuar hamının boynunu
bəzəyirdi. Fürsətdən istifadə edərək Rövşəndən
soruşdum. O da cavabında bildirdi ki, bu bizim sonuncu
gülləmizdir. Ermənilərə əsir düşməmək üçün ən son
anda bu güllədən istifadə etməliyik. Bu dəfə o tam ciddi
idi. İlahi, insan da son gülləsindən qürur duyarmış. Əziz
və səbirli oxucum, bu elə bir hiss idi ki, bunu ifadə
etməkdə çətinlik çəkirəm. O vaxtı heç ağlıma da
gəlmirdi ki, zamanı gələndə bu gülləni başıma çaxa
biləcəm, ya yox? Soruşsaydılar, əlbəttə, çaxardım, –
cavabını verərdim. Elə bil Allahtala ürəyimdən bütün
qorxu hisslərini silib atmışdı.
– Mənə nə zaman hərbi forma və silah verəcəklər?–
deyə, Rövşəndən soruşdum.
– Bunu German həll edəcək, amma bu dəri
kurtkada sənə soyuq olacaq, gedək sənə hələlik bir
buşlak verim.
– Çox sağ ol, qardaş.
Hərbi forma geyib, əsgər olmağa çox tələsirdim.
Rövşənin mənə verdiyi kiminsə köhnə buşlakını elə
həvəslə və qürurla geyindim ki, elə bil həyatımın ən
bahalı libasını geyinirdim. Buşlakdan his iyi gəlsə də,
bu iy elə bil mənə doğma idi.
– Silahdan istifadə etməyi bilirsən?
– Əlbəttə, orta məktəbdə hərbi təlimdən əla qiymət
alardım. İstəyirsən, Kalaşnikov avtomatının tərifini
deyim?
– De görüm.
– Mодернизированный автомат Калашникова
39
M
M
является индивидуальным оружием и предназначен
для уничтожения живой силы и противника.
Sifətindən heç nə anlamadığını açıqca biruzə verən
Rövşən:
– Hə, yaman dedin ha, indi isə gedək kazarmaya
görüm avtomatı necə söküb yığırsan.
– Gedək.
Bizim vaxtlarda orta məktəblərdə on illik tədris
ilinin doqquzuncu və onuncu siniflərində hərbi təlim
dərsi keçirilirdi. Mən 1988-1989-cu illərdə doqquzuncu
və onuncu sinif tədrisimi davam etdirmək üçün Bakı
şəhəri 1 № li Fizika-riyaziyyat təmayüllü internat
məktəbinə riyaziyyatdan və həndəsədən imtahan
verərək müsabiqə yolu ilə daxil olmuşdum. Məktəb
Azərbaycanın ayrı-ayrı rayonlarından istedadlı uşaqları
müsabiqə yolu ilə qəbulunun həyata keçirilməsi üçün
nəzərdə tutulmasına baxmayaraq, qəbul zamanı hər
sinfə Bakı qeydiyyatında olan 4-5 şagird də qəbul
edirdilər. Bizim sinifdə Bakıdan dörd nəfər var idi: mən,
Şirinov Namiq, Aslanov Yaqub və Balazadə Pərvanə.
Rayon uşaqları məktəbin yataqxanasında qalırdılar,
şəhərdə yaşayanlar isə dərsdən sonra evlərinə gedirdilər.
Məktəbdə nəinki fizika-riyaziyyat, bütün fənlər
gücləndirilmiş şəkildə tədris olunduğundan, oranı 3-4
qiymətlərlə bitirən hər kəs asanlıqla instituta girə bilirdi.
Məktəbin məzunlarının 90-95%-i bu və ya digər ali
təhsil ocaqlarına daxil olmağa müyəssər olurdular.
40
M
M
Həmin məktəb indi də durur, adını dəyişib, Respublika
fizika-riyaziyyat və informatika təmayüllü lisey
adlandırıblar. Bakı Dövlət Universiteti ilə üzbəüz
yerləşir.
Üzərimizdə əvəzsiz zəhmətlərinə görə başda ən
çox sevdiyim riyaziyyat müəllimi – rəhmətlik Musayev
Musa müəllim olmaqla, fizika dərsini tədris edən,
rəhmətlik – İsmayılov Nizami müəllimə, tarix
müəllimimiz, həm də sinif rəhbərimiz, rəhmətlik –
Fikrət müəllimə, indinin özündə də liseydə Azərbaycan
dili və ədəbiyyat dərsini tədris edən qocaman –
Mehdiyeva Səltənət müəlliməyə, hərbi hazirlıq dərsini
deyən – Kazımov Ayaz Müəllimə, məktəbin direktoru,
həm də astranomiya dərsini tədris edən - Rəsulov Sirac
müəllimə və digər müəllim heyətinə 1988-1989-cu
illərdə internatda təlim-tərbiyə alan 30 nəfərlik X
D
sinif
şagirdləri adından dərin təşəkkürlərimi bildirirəm,
onların qarşısında baş əyirəm.
Ayaz müəllimin tədris etdiyi hərbi təlim dərsinə
hamı bir nəfər kimi hərbi köynək və hərbi qalstukda
qəlirdi. Sinfimizdə olan iki qız da daxil olmaqla bütün
şagirdlər Kalaşnikov avtomatını söküb yığmağı
bacarırdılar. Mən isə avtomatı hamıdan tez söküb
yığırdım. Özümə arxayın idim.
Rövşən öz avtomatını çarpayının üstünə qoyaraq,
“başla görüm”, dedi. Buşlakı çıxardıb bacardıqca tez
avtomatı söküb yığmağa çalışdım. Rövşən qol saatına
41
M
M
baxaraq, belə nəticəni gözləməzmiş kimi yarı təəccüb,
yarı fəxrlə dedi:
– 30 saniyə? Afərin! Bu lap əladır ki, söküb
yığdığın kimi ata da bilsən, sənə ölüm yoxdur.
– Cəmi cümlətani bir dəfə avtomatdan atmışam,
orta məktəbdə, hərbi təlim dərsində, o da tək-tək atəşlə.
– Hmmm. Neynək sabahdan özüm sənə atmağı
öyrədərəm. Hələ bir siqaret ver görüm.
Siqaret qutusunu cibimdən çıxarmağımla
qurtarmağı bir olurdu. İlk öncə bu mənim xoşuma gəlsə
də, artıq bu hal məni narahat etməyə başlayırdı. Siqare-
tim də qurtarmaq üzrə idi. Filtrsiz siqaret çəkə
bilmədiyimdən siqaretlərimə qənaət etmək fikirinə
düşdüm. Rövşəndən başqa kim məndən siqaret istəyirdi
siqaretin bitdiyini deyirdim. Deyəsən artıq Rövşən də
bunu hiss etməyə başlamışdı.
Batalyona gəlişimin ikinci günü idi. Kazarmada,
çarpayının üstündə oturmuşdum, anam haqqında
fikirləşirdim, düşünürdüm ki, məktub yazmaq lazımdır.
Axı hamıdan çox o mənim üçün narahat idi. Bir siqaret
yandırıb dərin fikirə getmişdim. Birdən qulağıma bir
səs gəldi:
– Qaqa, siqaretindən birini maa da ver.
– Yoxdur.
Deyə cavab vermişdim ki, birdən qulağımın
dibindən dəyən güclü yumuruq zərbəsi məni çarpayıdan
yerə sərdi. Bir anda anladım ki, siqaret ola-ola yoxdur
42
M
M
deməyim əsgəri qəzəbləndirib. Ayağa qalxıb mən də
cavabını vermək istədim. Ancaq növbəti zərbədən yenə
də yıxıldım. Divara söykənmiş kiminsə avtomatını
cəldliklə alıb, məni vuran əsgərə tuşladım. Bu zaman
kazarmada nərilti qopdu və kiminsə məni arxadan
qucaqlayıb yerə yıxdığını hiss etdim. Bir anda
kazarmaya sükut çökdü. Ayağa qalxdım. Sən demə,
kazarmanın yanından keçən German səs küyü eşidib
kazarmaya daxil olubmuş. Sükutu da elə German özü
pozdu:
– Nə baş verir burda?
Deyə, qəzəblə Rövşənə, sonra isə mənə baxdı. Mən
nə cavab verəcəyimi bilmirdim. Rövşən isə bir addım
irəli gələrək:
– Cənab komandir, icazə verin izah edim. Əsgərlər
bir-birlərini başa düşməyiblər.
Hadisənin mahiyyətinə çox da varmayan German
üzünü əsgərlərə tutaraq dedi:
– Sizin hamınızı buraya zorla tutub gətirmişik,
ordan-burdan. Bu isə Bakıdan gəlib, özü də könüllü.
Heç kim onun xətrinə dəyməsin, eşitdiniz?!
Deyə yenə üzünü Rövşənə çevirdi.
Rövşən:
– Oldu, cənab komandir.
German kazarmadan çıxan kimi Rövşən mənim
qoluma girdi və dedi:
– Rizvan, qaqa, gəl gedək siqaret alaq.
43
M
M
Biz bir yerdə hərbi hissənin darvazasından bayıra
çıxdıq. Hərbi hissənin qabağı ilə bir ucu XanKəndinə,
Şuşaya, digər ucu isə Bakıya sarı uzanan çox da enli ol-
mayan yol gedirdi. Yolun o tayında isə 15-16 yaşlı bir
oğlan açıq havada iki kubikin üzərinə taxta lövhə qo-
yaraq taxtanın üstünə cürbəcür siqaretlər düzüb satırdı.
Yolu keçib həmin siqaret satan oğlana yaxınlaşdıq.
Rövşən çatan kimi oğlana dedi:
– Qaqa maa bir siqaret ver.
Oğlan soruş du:
– Hansından?
– Ə, ən ucuzdusu hansıdırsa ondan? Ay sağ ol, bax
bundan “Astra”dan.
– Götür.
Rövşən siqareti götürən kimi, açıb birini damağına
qoydu və dedi:
– Qaqa, pulum yoxdu, sora verəjəm.
– Onda qoy siqareti yerinə, pulsuz satmıram, başına
dönüm. Pulun olanda gəlib alarsan, qaqa.
Bunu eşidən Rövşənin sanki başına bir qaynar
qazan su tökdülər,
kantuziyası tutdu, özü
də nə tutdu. Əlindəki
avto
mat bir göz qır
-
pımında şaqqıldadı və
oğlana tərəf tuşlandı.
Mən onu qu caq layıb sa -
44
M
M
kit ləşdirməsəydim yə qin ki, zavallı siqaret satan oğlanın
aqibəti necə olacaqdı onu Allah bilir. Əsəblərini
cilovlaya bilməyən Rövşən bu anda nə etdiyini bilmirdi.
– Mən bu vələduznanın rahat yatması üçün burda
canımdan keçirəm, o isə bir siqareti maa qıymır, qurum-
sax!
Deyən Rövşən daha da hiddətlənirdi, özünü idarə
edə bilmirdi.
– Rövşən, sakit ol qardaş, qələt eləyib, bilməyib,
uşaqdır.
Deyə onu birtəhər sakitləşdirdiməyə çalışırdım.
Onu qucaqlayaraq avtomatın oğlana tərəf tuşlanan
lüləyini xeyli sağa yönəltməyə müyəssər olmağıma
baxmayaraq vəziyyət hələ də gərgin olaraq qalırdı.
Gözümün ucu ilə siqaret satan oğlana baxanda isə
gördüm ki, rəngi gorxudan ağappaq ağarıb. Quruyub
yerindəcə donmuşdu. Rövşən hirslənən zaman ağzından
yerə düşən siqareti yerdən qaldırmaq üçün əyilmək
istədiyini hiss edib və ona mane olmamaq üçün
qollarımı bir qədər boşaltsam da, hələ də əllərimi onun
belinin kəmərindən çəkməmişdim. Rövşən yerdən
qaldırdığı siqareti bir-iki dəfə üflədikdən sonra yenidən
dodağına qoyub yandırmaq istəyərkən, mən də onun
əlindəki avtomatı güya kömək etmək məqsədi ilə onun
əlindən ehmallıca götürüb və həmən qoruyucuya qo-
yaraq onun öz çiyninə asa-asa: “qardaş birini də mənə
ver” deyərək onun başını qatmağa, fikirini hadisədən
45
M
M
yayındırmağa çalışırdım. Rövşən yenicə aldığı
“Astra”nı buşlakının yan cibindən çıxararaq mənə
uzatdı. Buna bax ey, pulunu vermədiyi bəs deyil, hələ
utanmaz-utanmaz cibinə də qoyub, – deyə mızıl
-
danaraq, papirosu götürüb, dodağıma qoydum və kib -
ridlə yandırdım. Ömründə filtrsiz siqaret çəkməyən
adam və “Astra”. Yandıran kimi, bir öskürək məni
tutdu, gəl görəsən. Bir yandan da siqaretin tütünləri
dilimə-dodağıma yapışırdı, tüpürə-tüpürə, öskürə-
öskürə qalmışdım.
Mənim bu halımdanmı deyim, yoxsa bir az əvvəl
yarı zarafat, yarı iztehza ilə dediyim sözdənmi deyim,
Rövşəni dəli bir gülmək tutdu. Elə bil bir az əvvəl
hirsindən yazıq siqaret satan oğlanı güllələmək istəyən
o deyildi. İstər-istəməz mən də öskürə-öskürə gülməyə
başladım. Qorxusundan sarısını udmuş siqaret satan
oğlan da gülməklə bu vəziyyətdən çıxmağa çalışaraq,
dedi:
– Bağışlayın uşaqlar, qurbandı sizə siqaretlərimin
lap hamısı. Mən zarafat eliyirdim.
Mənim cibimdə bir qədər qəpik-quruş var idi və
vəziyyətdən istifadə edərək çıxarıb siqaret satan oğlana
siqaretin pulunu uzatdım. O pulu almaq istəmirdi.
Rövşən “götür-götür” deyəndən sonra aldı və bir qutu
da siqaret, mənə uzatdı. Bundan sonra hamı kimi bu
siqaretdən çəkəcəyimi anlayaraq alıb buşlakımın cibinə
qoydum.
46
M
M
Rövşənlə yaman dostlaşmışdım. O, mənə imkan
düşən kimi silahdan istifadə qaydalarını öyrədir,
döyüşdə özünü necə aparmağı, sağ qalmağın yollarını
başa salırdı. Rövşən avtomatın lüləyindən tutub cəld
hərəkətlə avtomatı fırladaraq atəşə hazır vəziyyətə
gətirirdi. Bunu mənə də öyrətmişdi. Tez-tez döyüşlərdə
baş verən hadisələrdən danışırdı, məni psixoloji olaraq
hazırlayırdı.
Atəş xətti Güllücə kəndində idi. Ələlxüsus gecələr,
o tərəfdən gələn atəş səsləri səngimək bilmlrdi. Rövşən
çox igid və cəsur əsgər olmaqla yanaşı, hər zaman öndə
gedərək digər əsgərləri döyüşə ruhlandırmağı da
bacarırdı. Sabah da Güllücə kəndi uğrunda döyüşə
gedəcəkdi. Döyüşə can atmağıma baxmayaraq, məni
hələ də özü ilə aparmırdı və deyirdi ki, hələ hazır
deyilsən. Mən isə həmişə onun yadına salırdım ki,
qardaş, mən bura döyüşməyə gəlmişəm. Hətta German-
dan da məni döyüşə götürməyini xahiş etdim, o da
Rövşən deyəni dedi. Sən demə, elə German özü əmr
veribmiş ki, məni döyüşə aparmasınlar. Növbəti dəfə
döyüşə getmək istədiyimi Rövşənə söyləyəndə o, dedi:
– Sabah Allahın köməkliyi ilə Güllücəni azad
etsək, söz verirəm ki, o birisi gün səni ora, artıq azad
olunmuş kəndimizə, özümlə bərabər aparacağam.
Mövqelərdəki əsgərlər mütəmadi olaraq digər
əsgərlərlə tez-tez əvəz olunurdular. Rövşən də həmən
47
M
M
gün döyüşdən gəlmişdi, üst-başı da toz torpağın içində.
Çox yorğun görünürdü. Nə isə, elə bil kefi də yox idi.
Mən hərbi hissəyə gələndən Güllücə uğrunda
döyüşlər gedirdi. Ancaq nədənsə Rövşənin ürəyinə
dammışdı ki, sabah kəndi azad edəcəklər. O, həmişə
öndə olduğundan, vəziyyəti də hamıdan yaxşı
dəyərləndirirdi. Elə olurdu ki, 4-5 gün döyüşlərdə
qalırdı, əvəz olunan əsgərlərlə bərabər geri – kazarmaya
dönmürdü. Bu gün də getdiyindən dörd gün sonra çox
yorğun halda, bir günlüyə gəlmişdi.
Hava qaralırdı, mövqelərdən gələn atəş səsləri
kəsilmirdi ki, kəsilmirdi. Hiss olunurdu ki, bizimkilər
təzyiqi xeyli dərəcədə artırıblar. Rövşən təzə qüvvələri
toplayıb, səhər yenidən uşaqları döyüşə aparacaqdı, ona
görə də əsgərləri kazarmaya toplayaraq, uca səslə dedi:
– Bu gün heç bir kart-mart oynamayacayıq, sabah
hamı döyüşə gedir, yaxşı yatıb dincəlməliyik.
Kazarmada onun bir sözü iki olmurdu. İşıqlar
söndü, hamı yatağa girdi. Bir anda kazarmaya sükut
çökdü. Arabir əsgərlərin öskürək səsləri gəlirdi.
Kazarmadakı dəmirdən olan odun peçi sanki, həyəcanlı
səslə döyüş marşı çalırmış kimi yanırdı. Mövqelərdən
gələn avtomat səsləri isə onu müşayiət edirdi. Gözümə
yuxu girmirdi. Birdən Rövşən çarpayısında oturaraq
avtomatını qucaqladı və sanki nağıl danışırmış kimi,
mülayim səslə dedi:
– Biri var idi, biri yox idi. Bir qoca nənəm var idi.
48
M
M
O, həmişə bizə deyərdi ki, ay bala, sizin ağzınız isti
yerdədi. Siz aclıq görməmisiniz, ölüm-itim, müharibə
görməmisiniz.
Qəzəbli səslə:
– İndi gördükmü, ay nənə, dincəldinmi, ay nənə,
bunumu istəyirdin, ay nənə, o qədər dedin ki, gözə
gətirdin, ay nənə, səni yanasan, ay nənə, niyə belə
deyirdin, ay nənə ...!
Rövşən hər dəfə daha uca səslə və hirslə “ay nənə”
dediyi üçün anladıq ki, onun yenə də kantuziyası tutub.
Qucaqladığı avtomat məni daha da çox narahat edirdi.
Çünki o, belə anlar özündə olmurdu və hər an atəş aça
bilərdi. Uşaqlar tez çarpayılarından sıçrayıb onu
sakitləşdirməyə və ehmallıca silahı onun əlindən
almağa çalışırdılar. “Rövşən, Rövşən sakit ol”–
deyirdilər. Nəhayət uşaqlar ona flyaqada su verərək
silahı əlindən aldılar. Ancaq o hələ də sakitləşməmişdi.
Birdən sıçrayıb çarpayının üstündən düşdü və bağıra-
bağıra dedi:
– Mən daha boya zada getmiyəjəm!
Sən demə, axırıncı döyüşdə Rövşənin ayağı
büdrəyərək yıxılıb, yanındakı yoldaşı isə elə bilib,
Rövşəni vurdular və qorxudan başlayıb qaçmağa.
Rövşən qorxmaz idi və hamıdan da bunu tələb edirdi,
ona görə də bu hadisə onu bərk əsəbləşdirmişdi.
Döyüşdən sonra kazarmaya qayıdanda onun hirsi hələ
də buna görə soyumamışdı. Rövşən həmişə döyüşdə
49
M
M
irəlidə gedərdi, uşaqları da öz ardınca aparardı. İndi isə
hirslə dedi:
– Hamınız qorxaqsız. Birinin ayağı büdrəyib
yıxılanda qoyub qaçırsız. Mən o, oğlanla boya gedəcəm
ki, mənim şərtimi qəbul etsin.
Hamı bir ağızdan:
– Nə şərt, nə şərt?
– Əgər məni yaralasalar və kimsə məni atıb getsə,
arxa dan onu vurajam! Mən də döyüş meydanında yaralı
kimisə qoyub qaçsam, qoy məni arxadan vursun. Bu
şərtlə kim gedirsə döyüşə, gedək! Düşmənə arxa
çevirəni, özüm arxa dan vurajam, Seyid Lazım ağanın
cəddi haqqı vurajam. Ayə ayağım büdrəyib yıxılmışam,
qurumsax, qoyub məni qaçır. Çağırıram ki, ayə qorxma,
qaçma, kömək elə ayağa durum, daban əllialtı qaçır, qu-
rumsax gədə.
18 yaşlı əsgərlərin qorxması Rövşəni hiddət
-
ləndirirdi. Çünki o özü qorxmaz idi. Hamı an layırdı ki,
Rövşən zarafat etmir və döyüşdən gaçan ən yaxın dostu
olsa belə Rövşən onu arxadan vuracaq. Bu çox sərt və
mərdanə bir bəyanat idi. Bəlkə də Güllücənin
alınmasında Rövşənin bu bəyanatı əvəzedilməz bir rol
oynamışdı. Bəlkə də ona görə Rövşən əmin idi ki,
Güllücə sabah azad ediləcək, nə bilmək olar.
Səhər açılanda Rövşəndən bir daha məni də döyüşə
aparmağını xahiş edərək dedim:
– Rövşən, qardaşım, qoy mən də gedim, nə olar ki,
50
M
M
Allah haqqı geri qaçmayacam, əgər qaçsam məni də vu-
rarsan.
Rövşən məni qucaqlayaraq bərk bağrına basdı və
qulağıma pıçıltı ilə dedi:
– Rizvan, apara bilmərəm ey, German əmr edib ki,
səni heç hara aparmayım. Əmrdən çıxa bilmərəm. Sənə
görə başımla cavabdehəm, onu bilirsən?
– Axı mən də döyüşmək, ermənilərin başını əzmək
istəyirəm. Bura nə üçün gəlmişəm, yeyib-yatmağa?
– Darıxma, darıxma bezəcəksən döyüşlərdən. Hələ
deyəcəksən ki, ay Allah bu müharibə haçan qurtaracaq?
– Erməniləri əzməkdən bezmərəm. Ancaq
müharibədən kim bezmir ki. Yaxşı, qardaşım, kəndimizi
azad et və sağ salamat geri dön. Sənə uğurlar
arzulayıram.
Deyib, boynumdan asılan son gülləmi çıxardıb
onun boynuna, onun son gülləsini isə öz boynuma
saldım və “qayıdanda dəyişərik” dedim. Burda bir
fəlsəfə var idi. Döyüşə getmirdimsə, deməli, mənim son
gülləmin açılma ehtimalı daha az idi. Açılma ehtimalı
daha az olan gülləni onun boynuna salmaqla sanki,
onun sağ-salamat və qələbə ilə geri dönməsini sağlamaq
istəyirdim. Rövşən cəsarətli olmağı ilə yanaşı, həm də
atalar demişkən ermənini gözündən vururdu. Bu
mənanı tez anlayan Rövşən minnətdarlığını bildirirmiş
kimi, mənim əlimi möhkəmcə sıxaraq, cəld bir
hərəkətlə hərbi maşının kuzasına qalxdı. Əsgərlərlə
51
M
M
dolu bir neçə hərbi maşın Güllücəyə yollandı. Bir neçə
dəqiqədən sonra isə yaralılarla dolu bir maşın, yorğun
və taqətdən düşmüş əsgərlərlə dolu üç maşın və şəhid
olmuş əsgərləri gətirən bir maşın hərbi hissəyə daxil
oldu. Mən bilirdim ki, bu əsgərlərin bir çoxu geri
qayıtmayacaq, bir çoxu yaralanacaq. Ancaq nədənsə
Rövşənin sağ-salamat qayıdacağına inanırdım. Axı öz
son gülləmi onun boynuna salmışdım. Elə bil ki,
düşmənin gülləsi də ondan qorxurdu. Həmən gecə
əsgərlərimiz dönmədi. Avtomat səslərindən görünürdü
ki, qızğın döyüşlər gedir. Hələ də Rövşənin verdiyi
buşlakda gəzirdim. Bir həftə idi ki, hərbi hissədə idim,
ancaq mənə nə geyim, nə də silah verməmişdilər. Bu
hal bir az məni qıcıqlandırırdı. Daşın üstündə oturub
fikirə getmişdim, birdən qulağıma səs gəldi:
– Əsgər!
Hələ məni heç kim belə çağırmamışdı. Başımı
qaldırıb batalyon komandirini görüncə, sıçrayıb
yerimdən qalxdım, fərəğət durdum. Papağım olmadığı
üçün çest vermədim. Çoxdandı komandirdən söz
soruşmaq istəyirdim.
– Burda niyə oturmusan, Bakılı Ağdamlısı?
– Bağışlayın, cənab komandir, mənə nə silah ver-
ilib, nə də hərbi forma. Mən bura döyüşməyə gəlmişəm,
boş-boş oturmağa yox!
– Boş-boş oturmağını demirəm ki, hamı yeməyə
52
M
M
gedib, sən niyə getmirsən? Buranın yeməkləri xoşuna
gəlmir?
Deyə komandir yarızarafat, yarıistehza ilə soruşdu.
– Əlbəttə xoşuma gəlir, cənab komandir. Ancaq
mənə yeməkdən əvvəl silah və hərbi geyim lazımdır.
– Sifariş vermişəm, hərbi geyimini bu yaxınlarda
gətirəcəklər, o ki, qaldı silaha döyüşə buraxıldığın
zaman şəxsən öz silahımı sənə verəcəm. İndi isə gəl,
gəl gedək bir az çörək yeyək.
Normalda zabitlər əsgərlərlə bir yerdə yemək
yemirdilər, ancaq bu dəfə komandirlə birgə
yeməkxanaya daxil olduq və əyləşdik. Əsgərlər o
dəqiqə bizə növbədən kənar yeməklər gətirdilər.
Ürəyimi fərəh hissi bürümüşdü. Axı batalyon ko-
mandirinin özü şəxsən mənimlə bir masa arxasında otu-
rub çörək yeyirdi. Sonradan öyrəndim ki, komandir
tez-tez əsgərlərlə birgə yemək yeyir ki, görsün əsgərlərə
bişirilən yeməklə, zabitlərə verilən yemək arasında fərq
varmı, yoxmu. Sən demə, bu bir yoxlama xarakteri
daşıyırdı. Ancaq yenə də mənimlə oturmağı mənə ləzzət
edirdi.
– Hə, necədir, xoşuna gəlir?
Deyə, yeyə-yeyə məndən soruşdu.
– Əlbəttə, mən heç evdə belə ləzzətli yemək
yeməmişəm.
– Ye-ye, nuş olsun.
Mənə elə gəlirdi ki, mənim ondan, onun da məndən
53
M
M
qürur duyması kənardan hiss olunur. Birdən bir başqa
zabit içəri girib komandirin qulağına nə isə pıçıldadı.
Yeməyini yarımçılıq qoyub, cəld ayağa qalxan ko-
mandir sevinclə dedi:
– Güllücəni aldıq !
Bunu eşidən bütün içəridəki əsgərlər ayağa qalxıb
qışqırdılar:
– Urraaaaaa!!!
Hamı bir-birini sevincdən qucaqlayırdı.
– Rövşən sağdır? Deyə soruşdum.
– Sağdır-sağdır. Xəbəri elə o çatdırıb.
Deyər-deməz, mən yeməyi unudub yeməkxanadan
bayıra sıçradım. Rövşən sağ-salamat durub gülə-gülə
mənə baxırdı.
– Nə oldu, əsgərlərdən geri qaçan olmadı ki bu dəfə ?
– Yox əəə, bu dəfə ermənilər qaçırdılar. Özü də
daban əlli altı.
– Afərin, afərin uşaqlar.
– Güllücəni dığalardan azad etmişik, sabah kəndə
girəcəyik, təmizləmə işləridir. Getmək istəyirsən?
Boynumdakı Rövşənin son gülləsini çıxarıb, ona
uzadaraq:
– Gülləmi qaytar, deyəcəm. Əlbəttə istəyirəm, –
deyə cavab verdim.
– Al, bu da sənin güllən, ancaq mənim arxamca
gələcəksən, eşitdin? Germandan icazəni almışam.
Deyib ki, baş komandir bilməsin.
54
M
M
– Hə, əlbəttə, hardan deyirsən ordan da gələrəm,
sən de görüm çoxmu adam itirdik?
– Yox ayə 5-10 yaralımız var, vəssalam.
Güllücəyə olan bu səfər döyüş olmasa da mənim
üçün çox maraqlı idi. Bütün gecəni yatmayaraq sabahkı
gün haqqında fikirləşirdim. Ağdamın özünü də belə
tezliklə alacağıma əmin idim.
Siqaret tüstüsü ilə dolu olan kazarmada əsgərlər
yenə də həmişəki kimi çarpayılarının üstündə kart
oynayırdılar. Oyun zamanı yaranan mübahisələr
qızışdıqca Rövşən onları belə sakitləşdirirdi:
– Ayə, sakit oynayın, bu dəyqə duruf kartlarınızı
alajam. 15 dəyqədən sonra hamı kartları yığışdırsın,
yoxsa sabah padyoma dura bilmiyəjəyih. Eşitdiniz?
Məni nerviləşdirməyin ha, bu dəyqə kontuziyam tuta-
jax.
Rövşənin yanında qrad partladığına görə həqiqətən
də kontuziya almışdı, ancaq xoşbəxtlikdən elə də ciddi
yaralanmamışdı.
Rövşən özü də kart oynayırdı. Bu əsgərlərin gecə
əyləncəsi idi. Bəlkə də bu yolla onlar bir anlıq stressdən
azad olurdular. Mən isə nədənsə bu kart oyunlarına
qoşulmurdum. Bəlkə hələ təzə idim, ona görə.
Səhər “padyom” komandası ilə tez geyinib həyətdə
sıraya düzüldük. German naryadları elan etdi.
Göstərişlərini verdi. Sonra səhər yeməyinə yollandıq.
Əsgərləri cəbhədə çox yaxşı yedizdirirdilər. Mən özüm
55
M
M
də yeməyə böyük həvəslə gedirdim. Yeməklər də çox
ləzzətli və keyfiyyətli idi. Səhər yeməyindən dərhal
sonra Rövşən kazarmanı başına toplayıb, Güllücəyə
haralardan və necə daxil olacağımız barədə əsgərləri
təlimatlandırdı. Yaralı ermənilərin və minalı sahələrin
olacağının istisna olmadığını bildirib əsgərlərdən son
dərəcə ehtiyatlı olmağı xahiş etdi. Haqlı idi. Hər gün
atəş xəttindən onlarla yaralı və şəhid olmuş əsgərlər
hərbi hissəyə gətirilirdi. Minaya düşmək ehtimalı da
çox yüksək olduğundan Rövşən tək heç yerə
getməməyi mənə dönə-dönə tapşırmışdı. Hər gün qan
görürdük. Yaralı əsgərlərin zarıltısını eşitmək, inanın ki,
şəhid olmuş əsgərləri görməkdən daha ağır idi mənim
üçün.
Rövşən başda olmaqla yollandıq Güllücə kəndinə.
Rövşən məni bir əsgərə təhkim etmişdi və ondan
aralanmamağı əmr etmişdi. Özü isə hamıdan qabaqda
gedirdi. Güllücədəki donuz fermasına yaxınlaşar -
yaxınlaşmaz fermanın arxasından xorultulu, qəribə
səslər eşitdik. Rövşən sağ əlində avtomat, sol əlini yana
açaraq sanki hamının dayanmasını əmr etdi. Hamı
dayandı, Rövşən isə yavaş-yavaş fermanın arxasına, səs
qələn tərəfə keçməyə başladı. Birdən atəş səsləri gəldi.
Hamımız fermanın arxasına keçəndə tükürpədici bir
hadisənin şahidi olduq. Sən demə, fermanın arxasında
bir donuz erməni əsgərinin meyidinin qarnına başını
soxaraq xorultu ilə onu yeyirdi. Bunu görən Rövşən isə
56
M
M
avtomatın bir daraq gülləsini donuzun qarnına
boşaltmışdı. Biz arxaya keçəndə gülləsi gurtarmağına
baxmayaraq Rövşən hələ də avtomatının tətiyini dal-
badal çəkirdi. Mən hələ ömrümdə belə bir iyrənc
mənzərə görməmişdim. Ürəyim gəldi ağzıma.
Özümdən asılı olmayaraq qusdum. Bu halım məni çox
utandırdı. Ürəyimdə fikirləşdim ki, görünür doğrudan
da hələ döyüşə hazır deyiləmmiş. Axşamadək kəndi
erməni əsgərlərinin meyidlərindən və minalardan
təmizlədik. Təmizləmə əməliyyatını uğurla başa
çatdırdıq. Səhərisi gün eşitdim ki, Rövşən məni özü ilə
Güllücəyə apardığına görə batalyon kamandiri Germanı
möhkəm danlayıb.
Dostları ilə paylaş: |