ETİRAF
Artıq onuncu gün idi ki, mən batalyonda idim.
Yavaş-yavaş hərbi mühitə, kazarma rejiminə alışmağa
başlamışdım. 1994-cü ildə hərbi hissələrimizdə indiki
kimi şərait yox idi. Hamam bir yana, heç ayaqyolu da
yox idi. Əl-üzümüzü qışın oğlan çağında kəhrizdən
axan buz kimi su ilə yuyurduq. Ancaq yayda kəhrizdə
çimmək imkanı var idi. Kazarmada hər iki əsgərə bir
avtomat 5x45 verilmişdi. Silah və ələlxüsus texnika
qıtlığı hiss olunurdu.
Ev üçün darıxmışdım. Anam tez-tez yuxuma
girirdi. Fikirləşirdim ki, atam əlbət mənim xəbərsiz
evdən getməyimə bərk qəzəblənib. İndi mənim yeganə
57
M
M
övladım Tamerlan xəbərsiz, filansız evdən getsə ürəyim
partlayar. Özüm ata olandan sonra başa düşürəm ki,
valideynlərimə nə qədər acı çəkdirmişəm. O zaman isə
nəinki övladım yox idi, heç evli belə deyildim və bütün
bunları anlamırdım. Anlamırdım ki, atam məni sonda
morqlarda belə axtarıb, anlamırdım ki, anam göz yaşları
töküb. Anam hətta atama demişdi ki, oğlumu
tapmayınca evə qayıtma. Kaş insanlar ikinci dəfə
həyata gələrdilər və o zaman birinci həyatındakı
səhvləri ikinci dəfə təkrar etməzdilər, heç vaxt
valideynlərini incitməzdilər, onları nigaran
qoymazdılar, bir sözlə daha ağıllı olardılar. Əfsuslar
olsun ki, bizim övladlarımız uşaqlıqlarından öncə yaşlı
həyat sürməyiblər və bilirik ki, bu mümkünsüzdür. Ona
görə də biz valideynlər övladlarımızın hər cür səhvlərini
bağışlamağı bacarmalıyıq, çünki onlar böyük olmasalar
da biz axı uşaq olmuşuq haçansa.
Həmişə ata və övladlar arasinda özünəməxsus bir
baryer olur. Onlar bir-birlərini başa düşməkdə çətinlik
çəkirlər. Fikrimcə, bu anlaşılmazlığı aradan qaldırmaq
məhz atanın məsuliyyətidir. Övladlarımızı vətənpərvər
ruhda böyütmək, onlara gözəl tərbiyə vermək, vətənə,
cəmiyyətə yararlı bir şəxs kimi formalaşdırmaqda biz
ataların əvəzsiz və böyük rolu var. Çox təəssüf ki, bütün
bunları ata olandan sonra dərk edirik. Cavanlıqda bütün
bunları dərk etmədiyimə görə gec də olsa atamdan üzr
58
M
M
istəyirəm. Kaş, atam sağ olaydı və mənim bu
etiraflarımı eşidəydi.
Qışın günəşli bir günü idi. Nahara hələ bir neçə
saat qalmışdı. Buna baxmayaraq möhkəm acmışdım.
Siqaret deyirlər aclığı öldürür. Ancaq siqaretim də
qurtarmışdı. Bu zaman Rövşənin keyfsiz mənə tərəf
gəldiyini gördüm. Onun siqareti bitəndə, belə yazıq bir
hal alırdı. Yaxınlaşıb söz demək istəyirdi ki, tez qoluna
girib dedim:
– Rövşən, məndə də siqaret qurtarıb, gedək o
gədədən alaq.
– Hardan bildin ə, siqaret istiyəjəm?
– Sir-sifətindən, hardan biləcəm.
Deyən kimi Rövşənin çatılmış qaşları açıldı,
sifətində gülüş peyda oldu.
– Ə, oğulsan ey, qaqa. Pulun var siqaret almağa?
– Yox. Səndə avtomat var da, pulu neyniyirsən?
– Ay qaqa, bu dəfə o siqaret satan gədə avtomatla
da maa siqaret vermiyəjəyh.
– Niyə, qardaş?
– On paşka siqaretin pulun borjluyam ona.
– Qorxma, bu dəfə mən nisyə götürəcəm.
– Qaqa vermiyəjəyh.
– Ayə verəjəh dana, verəjəh.
Deyə onun kimi Ağdam ləhcəsində danışmağa
çalışdım.
– Ayə, vallah vermiyəjəh.
59
M
M
– Qardaş, narahat olma, mən ona öz qara dəri
gödəkcəmi vermişəm. Onsuz da burda geyinmirdim.
Buşlakın canı sağ olsun.
– Qaqa, başın işləyir ha.
– Əbəs yerə Narxozda oxumurdum ki.
– Ayə, narkoz nədir? Həkimliyi oxuyurdun?
– Yox ay kişi, Nar Xoz, yəni “narodnoe
xozyaystvo” - Xalq Təsərrüfatı İnstitutu, yəni iqtisadçı.
– Həəə, deyirəm axı, yaman qərbə alver eləmisən.
İndi de görək sənin kurtkana nə qədər siqaret düşür?
– Kurtkamı 250 manata almışdım, gədəyə 50
mana ta vermişəm.
– Ayə sən güjdü iqtisadçısan, başına dönüm.
– Əlaçı idim. Lenin “stipendiyası” verməli idilər,
Sovet İttifaqı dağıldı.
– Cəhənnəm olsun “Sovet İttifaqı”, görüm tifaqı
dağılsın Sovet İttifaqının, öz ittifaqımızı qurajıyıx,
qaqa.
Söhbət edə-edə gəlib çıxdıq yolun kənarına.
Siqaret satan oğlan bizi görən kimi, iki “Astra” siqare-
tini bizə uzatdı. Mən kurtkanın puluna filtrli siqaret də
ala bilərdim, ancaq həmrəylik göstərib yenə “Astra”
aldım, bir də ki, artıq öyrəşmişdim. İnsan hər çətinliyə
necə də asanlıqla alışarmış, İlahi. Kimi bu çətinliyi
könüllü qəbul etmişdi, kimisi isə öz iradəsindən asılı ol-
mayaraq düşmüşdü buraya. Çox qəribə bir hal
müşahidə olunurdu. Burada öz arzusu ilə çətinliyə
60
M
M
düşənlərlə, məcburi çətinliyə düşənlər arasında bir
qruplaşma yaranmışdı. Hamı öz evinin, ailəsinin
xiffətini çəkirdi, ancaq bəziləri dözməyib kazarmada
adboydan sonra ağlayırdılar. Bəli, bəli lap uşaq kimi
ağlayırdılar. Ağlayanlar məhs qeyri-iradəsiz bura
düşənlər idi, 18 yaşında hərbi xidmətə çağırılanlar idi.
Lakin onların da içində özlərini toparlayıb, mərdi-
mərdanə düşmənə sinə gəlməyi bacaran qardaşlar var
idi. Və etiraf edim ki, onlar əksəriyyət təşkil edirdi.
Elə olurdu ki, uşaqlar bir neçə gün ac-susuz hərbi
mövqelərdə olurdular, səngərlərdə gecələyirdilər.
Həmin ağır döyüşlərin birindən sonra Rövşən bir
əsgərin üstünə bağıraraq, “niyə atəş açmadın, niyə atəş
açmadın” deyə hirsini yenə də cilovlaya bilmirdi. Az
qala əsgəri öldürəcəkdi. Əlindən güclə aldıq. Sən demə,
əsgər səngərdə növbə çəkən zaman, düşmən tərəfdən
ani anda bir saqqallı yaraqlı əlində PK (pulemyot
Kalaşnikov) səngərə tərəf atəş aça – aça səngərin bir
başından digər başına qaçıb və gözdən itib. Postda olan
əsgər isə ona atəş açmaqdan qorxub. Sonra mən özüm
ertəsi gün həmin əsgərlə danışdım. Dostcasına əlimi
onun çiyninə qoyaraq soruşdum:
– Qardaşım, həqiqətən sən niyə atəş açmadın ki?
– Vallah, Rizvan, barmağım tətikdə idi, o erməni
dığası da düz nişangahımda.
– Bəs niyə vurmadın o alçağı?
– Qorxdum.
61
M
M
– Ayə, nədən qorxdun, evini Allah yıxmasın.
– Rizvan, qaqa, qorxdum birdən gülləm boşa çıxar,
o da o öz pulemyotunu mənə tərəf döndərər, parça-
parça olaram eey, qaqa.
O zaman düşündüm, görəsən onun yerində mən
olsaydım, atəş açmağa cürətim çatardımı? Rövşən
olsaydı yüz faiz atəş açardı və bizə göstərib qürurlan-
maq üçün erməni yaraqlısının qulağını da kəsib
kazarmaya gətirərdi. Əsgərlər adətən öldürdükləri
ermənilərin qulaqlarını kəsib, sapa düzürdülər, lap
zəncir kimi. Sapdakı erməni qulaqları qısa bir
müddətdən sonra quruyub qapqara qaralırdı, heç insan
qulağına da oxşamırdı. Bu zəncirin uzunluğu əsgərin
qəhrəmanlığından xəbər verirdi. Sonra fikirləşdim ki,
əlbəttə mən də atəş açardım. Çünki ölümdən
qorxsaydım heç bura gəlib çıxardımmı? Ancaq erməni
qulağı kəsə biləcəyimə söz verə bilməzdim.
SON GÜN
Ağdamın Qərvənd kəndi. 1994-cü il, günəşli mart
ayı, saat 13-14 radələri. Rövşənlə Ağdam yolunun
üstündə durub, indicə aldığımız “Astra” siqaretini
ləzzətlə çəkirdik. Yazın gəlişi ilə təbiət sanki
canlanmışdı. Qaratoyuğun səsini bütün quşların
səsindən seçirdim. İndinin özündə də qaratoyuq ox-
uyanda ... Ağdam yadıma düşür. Mülayim, günəşli yaz
62
M
M
günü bir anlıq mənə müharibəni unutdurmuşdu desəm
yanılmazdım. Evimiz, anam, qardaşım Rövşən ( o
zaman onun 17 yaşı var idi) yadıma düşdü. Gələn il o
da hərbi xidmətə getməli idi. Fikirləşirdim ki, bu
addımımla ona yaxşı örnək olmuşam. Ancaq ev üçün
də möhkəmcə darıxmışdım. Nə anam Sevdaya, nə də
bir yerdə işlədiyim dostum Sevdaya vaxt tapa
bilmədiyimdən hələ də məktub yazmamışdım. Sözün
düzü, dostlarımın yanında məktub yazmağa bir az da
utanırdım. Ancaq sağ-salamat olduğum haqda onları
xəbərdar etməliydim. Bu vaxta qədər ailəmi nigaran
qoyduğum üçün vicdan əzabı çəkirdim. Mütləq bu gün
bir xəlvəti yer tapıb məktubu yazacağımı özüm-özümə
söz verdim. Bu zaman siqaretimin bitdiyini hiss etdim.
Birini də qutusundan çıxarıb dodağıma qoyarkən
Rövşənə nəzər saldım. O da əlini ağaca söykəyərək nə
haqdasa düşünürdü. Tünd yaşıl komuflyaj rəngdə hərbi
forma, çiynindəki “Kalaşnikov” avtomatı, belində
kəmərə bərkidilmiş flyaqa (su qabı), ayağındakı
uzunboğaz çəkmə ona çox yaraşırdı. Bir anlıq hətta ona
paxıllığım da tutdu. Çünki mənim hərbi geyimdən bircə
buşlakım (komuflyaj rəngli, qalın, isti hərbi gödəkcə)
var idi. Nə silah vermişdilər, nə də tam hərbi geyim.
Rövşənə tərəf bir addım yaxınlaşaraq çiynimi çiyninə
vurub dedim:
– Ayə, German mənə nə vaxt avtomat verəcək? Nə
vaxt mən də sənin kimi əsgərə oxşayacam? Mən
63
M
M
döyüşməyə gəlmişəm bura, yoxsa nəyə? Bax bu gün də
mənə silah, hərbi geyim verməsələr, inciyib
qayıdacağam Bakıya,– dedim.
– Rizvan, qaqa, dörd ildir ki, burdayam daha
görmədiyim şeyləri görmüşəm. Bilirsən necə
yorulmuşam? Məmnuniyyətlə silahımı, formamı sənə
verib ozüm gedərdim, ancaq mənim getməyə yerim
yoxdur, mənim yerim buradır, mənim evim buradır.
– Ay kişi, zarafat edirəm heç yerə gedən deyiləm.
Əslində mənim də evim burdadır, Ağdamın özündə.
Mən orda doğulmuşam, üc yaşina qədər məni babam,
nənəm saxlayıb. Əsl evim də bax oradır, Ağamalıoğlu–
40 küçəsində, Muradbəylidən bəri. İndi erməni işğalı
altındadır, gəlmişəm evimi ermənilərdən geri alım.
– Ayə, ermənilərdən yox ey, ruslardan. Erməni nə
zibildir gəlib bizim evimizi alsın? Babam deyir ki,
qapımızda hambal işləyirdilər inqlabdan qabaq. Onları
adam hesab edən ruslardır, ruslar.
– Düz deyirsən, qardaş, həm də qorxaqdırlar.
Bakıda oxuduğum 2 saylı beynəlmləl orta məktəbdə
çoxlu erməni balaları, rus balaları da oxuyurdular. Dava
dalaş zamanı qan görəndə ürəkləri gedirdi ermənilərin.
Həm də çox yaltaqdırlar.
Hərbi hissənin qabağında Rövşənlə dayanıb söhbət
edə - edə nəzərlərimi Bakı istiqamətində olan yola
yönəltmişdim və uzaqdan qırmızı - Bakı-Ağdam
“ikarus”unun aramla bizə sarı gəldiyini müşahidə
64
M
M
edirdim. Asta gəlişindən dayanacağı bəlli idi. Avtobus-
lar cəbhə xəttinə yaxinlaşdıqca, sərnişinlər bir-bir
nəqliyyatı tərk edirdilər və döyüş bölgəsinə çatanda
adətən avtobusda 4-5 adam qalırdı. Rövşənlə yol
kənarında durub, yaxınlaşan avtobusu seyr edərkən
“ikarus”un iri ön şüsəsinin arxasında, sürücünün
yanında ayaq üstə duran bir kişi nəzərimi cəlb etdi.
Siqareti saxladığım barmaqlarımı gələn ikarusa sarı
uzadıb, dedim:
– Rövşən, o avtobusdakı kişini görürsən?
– Hə görürəm, nədi ki?
– Deyirəm, necə də mənim atama oxşayır ey.
Elə bunu de
mişdim ki, daha da ya
xınlaşan
avtobusdakı adamı tam
aydınlığı ilə gördüm.
Cəld siqaretimi ataraq,
bir az həyəcanla, bir az
da qorxu ilə:
– Bu mənim atam -
dır ki !
Dedim.
Avtobus düz yanı -
mız da əylədi. Atamı bu-
rada görməyimə çox
təəccüblənmişdim. Axı
harada olduğumdan heç
kəsin xəbəri yox idi.
65
M
M
Qorxmaz İsi oğlu Axundov
Atam aramla avtobusdan düşməyə başlayanda mən onu
nəzərlərimlə yuxardan aşağı süzdüm. Onda atamin qırx
iki yaşı var idi. İndi isə mən qırx iki yaşındayam. Sanki,
atamın bu neçə gündə saç-saqqalı xeyli ağarmışdı.
Bığlarının ağ tükləri isə siqaret tüstüsünün təsirindən
saralmışdı. Üzündə bir yorğunluq və eyni zamanda da
bir rahatlıq var idi. Mənim bütün təəccüblərimə rəğmən
atam mənə qəzəblənməmişdi. Avtobusdan düşən kimi,
əlimi sıxıb, salam oğlum, dedi və sonra Rövşənlə
görüşdü və dedi:
– Gəlmişəm oğlumu aparmağa.
Anam üçün burnumun ucu göynəsə də, evimiz
üçün möhkəm darıxsam da, özümü toparlayıb, mən heç
yerə getməyəcəyəm, dedim.
– Oğlum, institutun son kursundasan, əlaçısan,
yayda dövlət imtahanlarındır, qırmızı diplom almalısan,
zəhmətinə hayıfın gəlmir? Gəl gedək evə, institutu bitir,
sonra gəlib nə qədər istəyirsən döyüşərsən, mən özüm
səni bura gətirəcəm.
Deyərək, sanki bir dəstək gözləyirmiş kimi
Rövşənə baxdı. Bu məqamda atamın gəldiyini görən
German və bir neçə əsgərlər də ətrafımıza toplaşmışdı.
Mən bir Rövşənə, bir Germana və uşaqlqra baxdım.
Onlar sanki mənim nə cavab verəcəyimi gözləyirmişlər
kimi hamı susub mənə baxırdı. Ancaq mənim cavabım
hazır idi.
66
M
M
– Yox, ata, dedim ki mən getmirəm, vəssalam,
fikrim də qətidir.
Atam hər dəfə mənə “gedək oğlum” – deyəndə
mənim qalmaq fikrim bir az daha qətiləşirdi. Hiss
edirdim ki, ətrafımdakı uşaqlar da mənim bu seçimimi
dəstəkləyirlər. Bu anda German dostcasına əlini
kürəyimə qoyub dedi:
– Get Rizvan, qayıt evinə. Atan düz deyir, institu-
tunu bitir, gələrsən.
Atama qaldıra bilmədiyim səsimi Germana
qaldırdım:
– Nə get, hara get? Demişəm axı, mənim evim
burdadır, Ağdamdadır. Sən də mənə get deyirsən? Nə
get-get salmısınız, heç yerə gedən deyiləm, vəssalam.
Necə dilin gəlir get deməyə? Mən getmirəm, burda
qalıb uşaqlarla çiyin-çiyinə döyüşəcəyəm.
Sizi inandırım ki, sözümün üstündə durub
getməsəydim, bəlkə də atam da mənimlə orda qalardı.
Bu yerlər mənə doğma olduğu kimi, atama daha da
doğma idi. Bəlkə də atam bilirdi ki, məhz onun
tərbiyəsinin nəticəsidir ki, mən burdayam. Ancaq o vaxt
mən belə fikirləşmirdim, cəbhəyə könüllü gəlməyimi
öz nailiyyətim hesab edirdim. Ancaq indi başa düşürəm
ki, övladlar bütün nailiyyətlərinə görə göydə Allaha,
yerdə isə valideynlərinə və sonra isə müəllimlərinə bor-
cludurlar.
Atam Qorxmaz :
67
M
M
– Bala, gəl daşı ətəyindən tök, qayıdaq evə. Anan
da xəstələnib, xəstəxanadadır, səni görmək istəyir.
Anamın xəstəxanaya düşmə xəbəri məni sarsıtdı.
– Axı mən...
German:
– Rizvan, qardaş, demək istəmirdim, ancaq sən
gələn gündən bir həftə sonra biz Bakıdan əmr almışdıq
və bilirdik ki, səni gəlib aparacaqlar. Bu əmrdir, get evə!
– Ona görəmi, mənə silah vermirdiz, ona görəmi
məni döyüşə buraxmırdınız? İndi hər şeyi anladım.
Deyə bir qədər məyus oldum. Nə deyəcəyimi
bilmirdim. Qalmışdım iki həyatın arasında, cəbhə
həyatı – şəhər həyatı, mərd həyatı – dərd həyatı, rəşadət
meydanı, yoxsa səadət meydanı, qan yoxsa can. Ürəyim
nəyin bahasına olursa olsun cəbhə, mərdlik, rəşadət,
qan deyirdi. Bəlkə də qalardım cəb
hədə. Mən
indikindən fərqli olaraq cavanlıqda çox tərs adam idim,
lakin anamın xəstə olması, xəstəxanaya düşməsi faktı
qarşısında tərsliyim də, mərdliyim də, qürurum da
sarsılırdı. Digər tərəfdən də fikirləşirdim ki, gedim
anamı görüm, onu sakitləşdirim və tez qayıdım geri.
Rövşən:
– Qaqa, kefini pozma, biz hamımız səni
gözləyəcəyik, get, başına dönüm, get.
– Get, get Rizvan, biz özümüz Bakıya gəlib, səni
tapacayıq.
Deyə uşaqlardan kimsə uca səslə qışqırdı.
68
M
M
Üzümü atama tutub
dedim:
– Onda qoy gedim
kazarmadakı uşaqlarla da,
batalyon komandiri ilə də
vidalaşım.
– Get-get, koman dirlərin
gələcəyimi bilir dilər, – deyə,
atam gü lümsəyərək bir siqaret
yan dırdı.
Uşaqlar atamda filterli
siqaret gorən kimi, hərəsi birini istədi. Atamın siqareti
bir anda tükəndi. Sonra dan bildim ki, atam o siqaret sa -
tan oğlandan nə qə dər siqaret var mışsa, hamısını alıb,
əsgərlərə paylayıb. Mənim atam kasıb müəllim baba
olsa da çox mərd, düzgünlüyü sevən, təmiz qəlbli,
səxavətli, etibarlı bir insan idi, axı o İsi müəllimin oğlu
idi. Atam 1972-ci ildə avqustun 2-si mən doğulandan
sonra, artıq ali təhsilli olaraq, hərbi xidmətini Ru siyanın
Çita vi
layətində keçmiş, mü
kəmməl topçu, tankçı,
qranatamyotçu bir zabit idi. Yadıma gəlir ki, sovet dö -
nəmində atamı bir
neçə dəfə hərbi ha zır -
lığa çağırmışdılar və
atam heç vaxt ya yın -
maq fikrinə belə düş -
mədən,
vətəndaşlıq
69
M
M
borcunu yerinə yetirərək, bütün çağırışlarda iştirak
etmişdi. Axırıncı dəfə səhv etmirəmsə, 1985-ci ildə
atamı hərbi hazırlığa Qərbi Azərbaycanın Dilijan şə -
hərindəki hərbi his səyə gön dərmişdilər. Çağır saydılar,
yenə də gedərdi bu dəfə Qarabağa. Ancaq 42 yaşı var
idi, çağırış yaşı ötmüşdü artıq.
Mən uşaqlarla vidalaşmaq üçün kazarmaya
yollandım. Onlar məndən Bakıdakı ünvanımı və ev
telefonumu istədilər, mən də böyük həvəslə verdim. Söz
verdilər ki, Bakıya gələndə mütləq mənimlə əlaqə
saxlayıb, görüşəcəklər. Ancaq əfsuslar olsun ki, bir neçə
həftədən sonra Qərvənd ermənilər tərəfindən işğal
olun
du və uşaqların əksəriyyəti Ağdamın Qərvənd
kəndi uğrunda mü barizədə mər d liklə hə lak oldular.
Mən də on ların içində ol ma lıydım, an caq gö rü nür qis -
mət deyilmiş. Bəs nə üçün? Hə lə in di yə dək bu “nə
üçün?” sualına, mən cavab tapa bilməmişəm. Bəlkə də
onun üçün ki, bu xatirələri qələmə almaqla onların
zirvələrə ucalan şəhidlik məqamını bir daha yad
etməliydim. Bəlkə də onun üçün ki, bu xatirələri
Sizlərlə bölüşməliydim. Nə bilmək olar. Bəlkə də bu
kitabı oxuyan övladım, Tamerlan, məhz o, Ağdama
qələbə bayrağımızı sancacaq. Bəlkə də... Ancaq hesab
edirəm ki, övladlarımızın üzərinə bu yükü qoymaq-
dansa, elə son nəfəsimizədək vuruşub, şəhid olsaydıq
bundan yaxşı olardı.
Dəyərli oxucularım, əgər bu gün övladlarımızın
70
M
M
ayağına tikanlar batırsa, ya o tikanları biz əkmişik, ya
da vaxtında görüb onları yerdən qoparmamışıq!
Əminəm ki, haçansa, tarixi torpaqlarımızı
qaytaracağıq. Ancaq çox heyfislənirəm ki, bizim nəsil
bunu bacarmadı. Gələcək nəsillərdən, öz övladımdan,
dünyaya gələcək nəvələrimdən bu problemi onlara
buraxdığımız, vaxtında həll edə bilmədiyimiz üşün üzr
istəyirəm. Və işğal olunmuş torpaqlarımızı geri qay-
taran, milli qürurumuzu, ərazi bütövlüyümüzü bərqərar
edə biləcək, bizdən daha güclü, daha da cəsarətli, daha
ambisiyalı nəslin nümayəndələrini salamlayıram,
təşəkkürümü bildirirəm. Və demək istəyirəm ki, kimin
övladları, kimin nəvələri olduqlarını unutmasınlar.
Siz, vətən uğrunda canından keçməyi bacaran
şəhidlərin övladlarısınız !
Siz, Babəklər, Koroğlular, Həzi Aslanovlar, Qafur
Məmmədovlar, Mehdi Hüseynlər, Mübariz İbrahi-
movlar, Fərid Əhmədovların evladlarısınız !
Siz, qədim və rəşadətli tarixə malik, Böyük
Azərbaycanın övladlarısınız !
BAKIYA DOĞRU
Sonda batalyon komandiri ilə də vidalaşdım, məni
öz batalyonuna qəbul etdiyinə görə ona öz
minnətdarlığımı bildirdim, institutu bitirəndən sonra
onların sıralarına yenidən qayıdacağıma söz verdim. O
71
M
M
da öz növbəsində mənim əlimi sıxdı və dedi ki, sən
qayıdanadək biz Ağdamı alacağıq.
Nə mən sözümün üstündə dura bildim, nə də o...
Hərbi hissəni tərk edib, yola çıxanda gördüm ki,
atam Bakıya doğru geri dönən, gəldiyi avtobusu
yubadıb və məni gözləyir.
– Hardasan, ay bala, bir saatdır sürücünü də burda
ləngitmişəm.
Ancaq mən əmin idim ki, sürücüdən çox o özü
darıxmışdı. Mən atamla birgə avtobusa qalxdım. Avto-
busda bizdən başqa sərnişin yox idi. Sürücüyə salam
verdim. Sürücü isə cavabında dedi:
– Hə, igid, əleyküməsalam. Necəsən? Yaman
tərssən ha, dediyini eliyənsən, afərin. Axırı ki, Qərvənd
batalyonuna yazıla bildin, eləmi? Nədi, tanımadın
məni?
Sən demə, bu sürücü elə məni burda düşürən
kişiymiş. Atam Ağdama gəlincə bütün yol boyu sürücü
ilə mənim barəmdə söhbət edibmiş. O da atama məni
xatırladığını bildirib və deyib ki, oğlun çox höcət
adamdır. Atam da oz növbəsində deyib ki, bəli, düz
deyirsən o, bildiyini atasına da vermir. O deyibsə ki,
Ağdam batalyonuna yazılacaq, nəyin bahasına olursa-
olsun dediyini eliyəcək. Sürücü atama deyib ki, darıxma
səni düz oğlunu düşürtdüyüm yerə aparacağam.
– Tanıdım, dayı, tanıdım.
– Ay bala, səni Allah saxlasın, atana-anana da
72
M
M
deməyib gəlmisən bura. Adam da belə şey eliyər?
Demirsən ananın ürəyi çartlayar? Heç olmazsa bir de,
sonra get, də.
Sanki, atamın mənə demədiyi sözləri atamın
əvəzindən sürücü mənə deyirdi. Anamı yadıma salanda
isə lap xəcalət çəkirdim. Fikirləşirdim ki, anam mənə
görə xəstəxanaya düşüb. Onu görməyə çox tələsirdim.
Sürücü mənə çox sözlər dedi, hamısı yadımda
deyil, ancaq bir sözü indiyədək qulağımda cingildəyir.
Dedi ki, özün ata olarsan, onda bilərsən nə böyük qələt
eləmisən. Onun bu sözlərini o zaman həzm etmək
iqtidarında de yildim. Sən demə, cavanların söz həzm
edən mədəsi, yaşlıların qastrit olan mədəsi kimi, hər
şeyi həzm edə bilmirmiş. Mən indi başa düşürəm ki, ata
olmaq necə də ağır, məsuliyyətli və eyni zamanda qürur
doğuran bir işdir. Allah bütün atalara rəhmət eləsin.
Qalanlara isə möhkəm can sağlığı və səbir arzulayıram
ki, evladlarına qarşı anlayışlı olsunlar. Fikirimcə, atanın
güclüsü, zəifi olmur. Ata elə atadır, qarşısında baş
əyiləsi bir müqəddəs məxluqdur. Nə qədər də bizim
gücümüz çox olsa, ən zəif atanın qarşısında boynumuz
qıldan incədir. Mən bütün gənclərə, atalıq zirvəsinə
çatmağı arzulayıram. İnanın, bu elə bir uca zirvədir ki,
buradan hər şey aydın görünür. Dağın ətəyində duran
adam, zirvədə duran adamdan çox uzağı görə bilməz,
övladlarım. Atam üçün elə darıxıram ki...
73
M
M
Hey qaçıram həyatda düzlükdə sənə çatam,
Nə xeyri qaçmağımın, çata bilmirəm, atam.
Atasız çətin olur, ayaqda qalmaq, atam,
Razıyam hər şeyimi, dəyər-dəyməzə satam,
Bir daha sıxmaq üçün Sənin əlini, atam…
Səninçün darıxmışam, doymamışam, ay atam…
Sən gedəni ürəkdən, gülməmişəm, ay atam…
İstəyirəm dərdimi lap uzaqlara atam.
Gündə bir addım atıb, gedib atama çatam.
ARQ
Sü rücünün dan -
lağından uta nır mış
kimi, atam
la av
-
tobusun ar xa otu ra -
cağında
əy ləş dim.
Düz Bakı
ya qə
dər
söh bət etdik. Mə nə
o qə dər suallar ve -
rirdi ki... Anamı so -
ruş maq istə yir dim,
an caq utan dı ğım dan
cə sarət
et mirdim.
Atam mə nə görə
çox əziy yət çəksə
də, üs tümə qə tiy yən
hirs lənməmişdi, ək -
74
M
M
1961-ci il, babam və atam. Şəkildə atamın
12 yaşı var. 11 ildən sonra mən dünyaya
gələcəm.
sinə məni evə qay tarmağı bacardığı üçün kefi kök idi.
Qəlbinin dərinliklərində yəqin ki, Ağdam batalyonuna
getməyim onu fərəhləndirirdi. Axı o da ağdamlı idi.
Bəlkə məndən də çox darıxırdı ata evi üçün. Atasının
“Qarağacı” qəbiristanlığındakı qəbrindən də xeyli ni-
garan idi bəlkə də. Bəli, indi başa düşürəm ki, mən necə
darıxıramsa atam üçün, onda da atam öz atası, babam
İsi müəllim üçün elə darıxırdı. Sadəcə, bunu övladına
etiraf edə bilmirdi. Mən də bu gün çətinlik çəkərəm belə
etirafa, ancaq gördüyünüz kimi yolunu tapmışam
deyəsən.
Mənim atam Ağdamdan qaçqın düşməmişdi. Heç
İsi babam da Ağdamın işğalını görmədi, çünki o, hələ
1987-ci ildə vəfat etmişdi. O vəfat edəndə mənim 15
yaşım var idi və babamın itkisi mənə çox ağır gəlirdi.
Onun yoxunluğuna inana bilmirdim. Uzun müddət
mənə elə gəlirdi ki, qapı açılacaq və babam içəri daxil
olacaq. Ancaq indi mənim babama paxıllığım tutur.
Necə də xoşbəxt adam idi ki, Ağdamın işğalını görmədi.
Atam babamın bütün səylərinə baxmayaraq birinci ili
instituta girə bilməmişdi. Nənəm Almazın dediyinə
görə instituta daxil olub ol madığını öyrənmək üçün
babam atamla birlikdə evdən çıxırlar, geri qayıdanda
nənəm görür ki, babam atama “Kazan” markalı qarmon
alıb. Nənəm qarmonu görüb oğlunu instituta girdiyini
zənn edərək babamdan soruşur:
75
M
M
– Ay İsi, təbrik
edirəm, deyəsən
oğlumuz instituta
girib.
Babam:
– Az, yox, insti-
tuta zada girməyib.
– Ay İsi, bəs bu
qarmon nədir, uşaq
instituta girməyib,
sən ona hədiyyə
almısan.?
Babam isə
cavabında deyib:
– Ay Almaz, in-
stituta girməyib, elə ona görə də qarmon almışam ki,
qarmon çalmağı öyrənib, bəlkə ailəsini bu yolla
saxlaya. Başa düşdün?
Babam hələ atama qarmon müəllimi də tutmuşdu.
Bilirsiz, qarabağlıların musiqi duyumu yaxşı olur. Atam
qarmonda gözəl ifa edə bilirdi, lakin Ağdam işğal olu-
nandan sonra əlinə bir dəfə də olsun qarmonu almadı.
Hətta qarmonunu musiqi müəllimi olan yeganə Vaqif
dayımın yeganə oğlu –Vahidə hədiyyə etdi (onda Vahid
hələ lap uşaq idi, indi isə, Milli Aviasiya Akademiyasını
bitirib).
İkinci il – 1967-ci ildə atam nəhayət ki, Bakıda
76
M
M
Azərbaycan Pedoqoji İnstitutuna daxil olmağa
müyəssər olmuşdu. Elə o vaxtdan Bakıda kirayədə qala-
qala , 1971-ci ildə müvəffəqiyyətlə həmin institutu “orta
məktəbdə riyaziyyat müəllimi” ixtisası üzrə bitirib,
anamla ailə həyatı quraraq Bakıda yaşamışdır.
23.08.1971-ci il tarixdə atamı dövlət təyinatı üzrə Bakı
şəhər Qaradağ rayonu Yeni Trest qəsəbəsindəki 180
saylı orta məktəbə riyaziyyat müəllimi təyin etmişdilər.
Atamı 1972-ci ildə hərbi xidmətə çağıranda o,
səbirsizliklə ilk övladının, yəni mənim doğulmağımı
gözləyirdi və bununla əlaqədar hərbi komissarlıqdan
xahiş etmişdi ki, övladı dünyaya gələnədək ona möhlət
versinlər. Nərimanov RVK - sında da cavan riyaziyyat
müəlliminin bu xahişini nəzərə alaraq atama möhlət
vermişdilər. Beləliklə, 1972-ci il avqustun 2-də
valideynlərimin Bakıda yaşamasına baxmayaraq, İsi
babamın təkidi ilə Ağdam rayonu 2 nömrəli doğum
evində 5,5 kq. çəki ilə dünyaya gəl mişdim və mən üç
aylığımda olar kən atamı əsgər apar mışdılar. Atam hərbi
xid mə tini 03.11.1972-ci ildən - 02.11.1973-cü ilə dək
Ru siyanın Çel ya binsk əyalətinin Çi ta şəhərindəki
58389 saylı hərbi his sədə ke çir mişdir. 23.11.1973-cü il -
dən etibarən 180 saylı orta məktəbdə yenidən pedoqoji
sənətini davam etdirmişdi. 12.10.1981-ci ilədən-
06.10.1985-ci ilə dək həmin mək təbdə tədris hissə mü -
diri vəzifəsində ça lışmışdı. 06.10.1985- ci ildən ora da
riyaziyyat müəl limi işləmişdir. 01.09.1993-cü ildən
77
M
M
09.10.2010-cu ilədək Lök
batan Qə
sə
bəsindəki 106
saylı orta məktəbdə ça lışmışdı. 1995-ci ildə Azərbaycan
Respublikasının Əmək Veteranı adına layiq
görülmüşdü.
09.10.2010-cu ildə Bakı şəhər 5 saylı kardioloji
xəstəxanada ürək çatışmazlığından (işmiya) dünyasını
dəyişmişdir.
Mənim babam İsi müəllim də riyaziyyat müəllimi
idi. Atam da öz atasının peşəsini seçmişdi və istəyirdi
ki, mən də universitetin “Tətbiqi riyaziyyat” fakültəsinə
daxil olum, riyaziyyat elmi üzrə alimlik dərəcəsini alım.
Çox heyifslənirəm ki, atamın, babamın işini davam
etdirmədim. İstəyirəm heç olmazsa oğlum Tamerlan
babasının və ulu babasının ixtisasına yiyələnsin, axı o
da atası və babaları kimi riyaziyyatı mükəmməl bilir,
potensialı böyükdür. Deyirlər ki, kim atasının peşəsini
seçirsə, deməli düzgün tərbiyyə alıb. Ancaq hesab
etmirəm ki, mən riyaziyyat elmini seçmədiyim üçün
düzgün tərbiyə almamışam. Riyaziyyatı atamın
hesabına çox mükəmməl bilirdim, lakin cox tərs və
78
M
M
höcət adam idim. Atamın bütün səylərinə baxmayaraq
mən tətbiqi riyaziyyatı deyil, iqtisadiyyatı seçdim. Xalq
Təsərrüfatı İnstitutuna riyaziyyatdan qəbul imtahanını
bir saat vaxtından əvvəl əla qiymətlə vermişdim. Buna
görə də atama və babama minnətdaram.
Babam və nənəm isə Ağdamda yaşayırdılar.
Babamın vəfatından sonra Almaz nənəmi atam və
bibilərim – Solmaz və Elmira Bakıya öz yanlarına
gətirmək istəsələr də, nənəm təkidlə Ağdamda öz
evində qalacağını bildirdi. O zaman ağlına da gəlməzdi
ki, 1993-cü il iyulun 23-də oğlunun doğum günündə
Ağdam erməni separatçıları tərəfindən işğal olunacaq
və o, qaçqın düşmək məcburiyyətindən, Bakıya, oğlu
Qorxmazgilə gələcək.
Avtobus Bakıya doğru irəliləyirdi. Atam hərdən
fikrə dalırdı və tez-tez saatına baxırdı. Mən isə elə hey
pəncərədən yola baxır, cəbhə yoldaşlarımı düşünürdüm,
ələlxüsus da Rövşəni. Fikirləşirdim ki, görəsən uşaqlar
mənim üçün darıxacaqlar? Özüm isə hiss edirdim ki,
artıq onlar üçün darıxıram. Düzdür institut yoldaşlarımı
da düşünürdüm, ancaq əsas fikrim cəbhədə qalmışdı.
Onlar mənim əvəzimə də Ağdamda döyüşürdülər.
Ancaq institut yoldaşlarımın heç biri mənim əvəzimə
oxumurdu, oxuya da bilməzdilər. Çünki orada mən
hamıdan yaxşı oxuyurdum, semestr imtahanlarımın
hamısı da əla qiymətlə idi.
79
M
M
Avtobus dayandı. Bura artıq Kürdəmir dayanacağı
idi. Atam məndən soruşdu:
– Acmısan?
– Belə də.
Desəm də, əslində çox acmışdım və bərk siqaret
çəkmək istəyirdim, ancaq bilirdim ki, atamın yanında
bunu edə bilməyəcəyəm. Heç atamın qorxusundan
cibimdə siqaret də saxlamamışdım, Rövşənə
vermişdim. Bir də düşünürdüm ki, axı atam siqaret alıb
paylamışdı əsgərlərə, bəlkə cibində pulu qalmayıb?
– Ə, düş, mən yaman acmışam, gedək bir tikə çörək
yeyək.
Deyə atam qolumdan yapışdı. Fikirləşdim ki,
deyəsən kişi “avans” alıb. Hər il yayda Ağdama
gələndə biz qatarla gəlib, qatarla da gedirdik. Ancaq
hərdən elə olurdu ki, avtobusla da gəlirdik və bu zaman
mütləq Kürdəmirdə düşüb yemək yeyirdik. Bu dəfə də
ənənəyə sadiq qalaraq atamla bir yerdə düşdük
dayanacaqdakı yeməkxanaya. Kürdəmirlilər
yeməkxanada o vaxtlar qəribə bir yemək verirdilər.
Kərpic çörəyin bir başını kəsirdilər, içini ovurdular və
ora qalın doğranmış soğan, göyərti ilə bərabər kabab
doldururdular və dördbucaq formasında kəsilmlş
çörəyin başını qapaq kimi ağzına qoyurdular. Bir sözlə
kərpic çörək, içində də ləzzətli kabab. Kababın dadı və
ətri çörəyə elə çıxırdı ki, ət qurtarsa da çörəyi elə
yeyirdik ki, elə bil kabab yeyirsən. Hə, necədi, ağzınızın
80
M
M
suyu axdımı? Ancaq Ağdamın kababına çata bilməzdi.
Nə isə, adama bir dənə bu kabablı kərpic çörəyindən
yeyib, kəmərimizin altını bərkitdikdən sonra, armudu
stəkanda bir çay içib, yeməkxanadan çıxdıq. Avtobusa
yaxınlaşırdıq ki, birdən atam dayandı və dedi:
– Hə, yedik, içdik, indi də gəl bir siqaret çəkək.
Və “Qarabağ” siqaret qutusunu mənə uzatdı.
– Yox-yox, mən çəkən deyiləm.
– Bilirəm çəkirsən. Götür-götür, oğlum, utanma.
Bu hərəkət Qorxmaz müəllimin bütün prinsiplərinə
zidd idi. Birini qoyub, o birisindən danışım. Zemfira
xalamın oğlu Rauf 15-16 yaşlarında ikən atam onu
riyaziy yatdan instituta hazırlayırdı. Bir gün atam Rau-
fun gödəkcəsinin cibində siqaret aşkar etmişdi və buna
görə onu yaxşıca əzişdirmişdi. Bir dəfə də şəhərdə bir
uşaq yaxınlaşıb, siqaret istədiyinə görə atam küçənin
ortasında həmin oğlanın qulağını yaxşıca burmuşdu.
Bütün bunları nəzərə alaraq atamın bu hərəkətinə
beynimdə izah tapmağa çalışırdım və eyni zamanda da
çox utanırdım. Sözün düzü, atamdan bunu
gözləmirdim. Artıq heç siqaret çəkmək də istəmirdim
qor xumdan. Atam təkidlə:
– Götür, bala, götür.
Dedi və mən ilk dəfə atamın yanında siqaret
çəkdim. Ağdamdakı “Astra”- dan sonra bu “Qarabağ”
elə bil heç siqaret deyildi. Siqareti atam özü kibridlə
mənim üçün yandırdı və sonra da elə həmin yanan kib-
81
M
M
rid dənəsi ilə öz siqaretini yandırdı. Uşaqlar yadıma
düşdü. “Qarabağ”-ın tüstüsünü içimə çəkdikcə elə bil
Qarabağda döyüşən bütün dostlarımın dərdini çəkirdim
içimə. Elə kövrəldim ki,... Atam yanımda olmasaydı
bəlkə də ağlayardım. Lakin tez özümü toxtatmağa
çalışsam da alınmadı. Atam məndən nə isə soruşdu,
mən isə səsimin titrəyəcəyindən qorxub ona cavab verə
bilmədim. Atam kövrəldiyimi hiss etdi və təkrarən sual
vermədi. Birtəhər özümü toxtatdım ki, atamın sualına
cavab verim, atama baxanda gördüm ki, onun da gözləri
dolub. Daha heç nə demədim. Siqareti çəkib
qurtardıqdan sonra artıq hər ikimiz özümüzə gəlmişdik.
Kövrəldiyini boynuna almaq istəmirmiş kimi: “bir
azdan tərpənəcəyik, gəl qalxaq maşına” deyə atam
qoluma girdi. Artıq hava qaralmışdı. Bir neçə dəqiqədən
sonra avtobus hərəkətə gəldi. Yorulmuşdum. Atam da
yorulmuşdu, gözlərini yumub mürgüləməyə çalışırdı.
Çiyinlərimi qaldırıb, başımı bir az daha buşlakın içinə
soxub yatmağa çalışırdım. Buşlakdan kazarmada yanan
peçin his iyi, bir az da barıt iyi gəlirdi. Mən bu buşlakla
döyüşdə olmamışdım, ancaq görünür buşlakın məndən
qabaqkı yiyəsi o ki var avtomatdan atəş açıbmış bu
buşlakla. Fikirləşirdim ki, evə getməzdən əvvəl
xəstəxanaya anamın yanına gedəcəm, görəsən axşam
buraxarlar yanına? Bu fikirlərin içində necə yuxu məni
aparıb, heç xəbərim olmayıb. Bir də gördüm ki, atam
məni oyadir: “ Dur, bala, artıq Bayıla çatırıq”.
82
M
M
Gözlərimi açanda ilk olaraq Bakının neftinin iyini hiss
elədim. Bir anlıq düşündüm ki, ölkəmizin bütün tarixi
boyu başına gələn bəlalar məhz bu neft iyinin
təsirindəndir. Hələ II Dünya müharibəsində Hitler də
Bakını ələ keçirmək istəyirdi, lakin babam kimi
qəhrəmanların sayəsində alınmadı. Heç vaxt da
alınmayacaq !
Bakıya çatanda, avtobusda xeyli sərnişin var idi. O
vaxtlar rayonlardan gələn avtobuslar Azneft
meydanında və Beşmərtəbənin yanında dayanırdılar.
Mən atamla Beşmərtəbənin yanında düşdük. Atama
anamın yanına, xəstəxanaya getmək istədiyimi söy -
lədim. O isə artıq gecdir, bizi içəri buraxmayacaqlar.
Gəl gedək evə, çimərsən, əynini dəyişərsən, sabah rahat
gedərik, – dedi. Mən sabah hələ instituta da
getməliyəm, – dedim. O, isə institutdan gələrsən
gedərik,– dedi. Yox, mən birinci anamı görməliyəm
deyəndə, narahat olma, gedək evə, elə edəcəm ki, ananı
bu gün görəcəksən deyib, arxayıncasına gülümsədi.
Sözün düzü heç nə başa düşmədim. Atamla Mirzağa
Əliyev küçəsi ilə evimizə doğru üzü yuxarı qalxırdıq.
Məni buşlakda görən məhlə uşaqları təəccüblə: “Ala,
Rizvan, hardan gəlirsən belə?” deyə soruşurdular.
Mənsə evə tələsdiyimdən, uzun söhbətdir, sonra
danışaram deyə onların sual yağışlarını ötəri
cavablandırırdım. Bir azdan gəlib çatdıq Aşağı Naqornı
83
M
M
küçəsi (indiki-Zülfi Adıgözəlov küçəsi), dalan 2 ev 3-
ünvanda yerləşən evimizə.
İndi məhləmizi sökürlər, deyirlər yerində bağ-bağat
salınacaq, yeni müasir evlər tikiləcək. Görəsən, heç ol-
mazsa küçələrin adlarını qoruyub, saxlayacaqlar? O
vaxtdan bəri Bakı çox dəyişib və dəyişməkdə davam
edir.
Həyətə daxil olan kimi, bizimlə bir həyətdə
yaşayan atam kimi riyaziyyat müəllimi olan və çox
hörmət etdiyim, anamın xalası oğlu Əşrəf müəllimin
(Batya) uşaqları, Etibar və onun bacıları Sevinc və
Raziyə pəncərələrindən məni görən kimi “əsgər gəldi,
saldat gəldi, Rizvan gəldi, uraaa” deyə bayıra atıldılar.
Onların arxasınca Səkinə xala da çıxdı. Özünəməxsus
Bülbülə (Bakının kəndi) ləhcəsi ilə: “Ay bala, hardey-
dun? Sevda, qaragün öldi ki, day” deyərək məni
salamladı. Onların səs-küyünə həyətdə yaşayan anamın
dayısı oğulları Hüseynbala (professor), rəhmətlik Fikrət
və onların uşaqları - Vüsalə, Qaqaş, Səbinə, qardaşım
Rövşən– bir sözlə hamı həyətə çıxmışdı. Qardaşım
əlimi sıxaraq: “hə neçə dənə erməni öldürdün?” deyə
gülümsədi. Bizim həyətin sakinləri hamısı qohum-
əqrəba idi. Anamın rəhmətlik Ələsgər babasının
nəvələri, nəticələri idilər. Hamısı da bakılı, bircə mən
atamla ağdamlı idim. Hətta qardaşım Rövşən də özünü
bakılı sayırdı. Deyirdi ki, qaqaş, sən Ağdamda
doğulmusan – ağdamlısan. Mənsə Bakıda doğulmuşam,
ona görə də bakılıyam. Bizim həyətimizin sakinləri çox
84
M
M
mehriban idilər. O vaxt ağdamlı-bakılı söhbəti yox idi.
Ümumiyyətlə, insanlar, bir-birini şəhərlilərə - kəndlilərə
ayırmırdılar.
Anam 1993-cü ildə Ağdamdan qaçqın düşən
atamın bütün qohum-əqrəbasını müvəqqəti olaraq
evimizdə məskunlaşdırmışdı. İnanırsız ki, ikiotaqlı
evimizdə tərpənməyə yer yox idi. Axşam döşəmədə
belə özümə yatmağa yer tapa bilmirdim. O vaxt insti-
tutun dördüncü kursunda oxuyurdum. Birinci gün
gecəni səhərə qədər həyətdə otururdum. Yay vaxtı idi.
Hamı yatmağa gedəndən sonra isə imtahanlara
hazırlaşırdım. Haqqın yolunu tapmışdım. Gündüzlər
yatırdım, gecələr isə düz səhərə qədər semestr
imtahanlarına hazırlaşırdım.
Həyətdəkilərlə görüşüb evə daxil olanda mat -
məəttəl qaldım. Anam stolun kənarında əyləşib, zoğal
mürəbbəsi ilə çay içirdi. Bir tərəfdən onun xəstəxanada
deyil, evdə olmasına, xəstələnməməsinə sevinirdim,
digər tərəfdən də atamın məni aldatmasına
qəzəblənirdim. Ancaq üzə vurmadım. Anam çayını
yarımçıq qoyub ayağa qalxdı və məni bağrına basaraq
heç nə demədi. Kövrəldi, ağlamaq istədi, ancaq mən
qoymadım.
Anam – Axundova (Fərzəliyeva) Sevda Ağaisa
qızı, ali savadlı ingilis dili müəlliməsidir. 1950-ci ilin
yanvarın 18-də Bakıda- Sovetskidə anadan olub. 1974-
1976 - cı illərdə Xarici Dillər İnstitutunda, 1976-1980-
ci illərdə Oktyabr Rayon (indiki Yasamal rayonu) İcra
85
M
M
hakimiyyətində çalışıb. 1990-2010-cu illərdə uzun
müddət atamla birgə 106 nömrəli məktəbdə ingilis
dilini tədris edib.
Elə də kiçik olmayan ailəsi (atası– Ağaisa, anası–
Umxanım, dörd bacı bir qardaş) Ələsgər babadan
(Muradəliyev Ələsgər Həciqəni oğlu) qalan
Sovetskidəki həyətdə min bir əziyyətlə yaşayıblar.
Böyük Vətən müharibəsindən sonrakı dövrdə
əksəriyyət çətinliklə yaşasa da bu çətinlik sanki
insanları mehribanlaşdırmışdı. Hərdən Elmira, Zemfira
və Esmira xalalarımla bir süfrə arxasına yığışanda,
onlar hazırda qardaşımın ailəsi ilə anamın birgə
yaşadıqları həmən bu Sovetskidəki evlərində uşaqlıq
sərgüzəştlərindən o ki var danışıb – deyib gülürlər.
Zemfira xalam oxlovla anamı və Esmira xalamı nə cür
işlətdiyini, bütün ev işlərini onlara oxlov gücünə
gordütdüyünü, Elmira xalam özünü hind qızlarına
bənzədərək, hind mahnısı oxuya-oxuya bu balaca evdə
o tərəf – bu tərəfə do laş masını tez-tez gülüşlə xatırlayır.
Vaqif dayım isə evin son beşiyi və həm də tək qardaş
olduğu üçün bütün bacılar onu çox istəyirdilər. Artıq
hamısı nəvə sahibləridirlər, Elmira xalamın artıq 70 yaşı
var. Atamdan sonra anam çox qocalıb. Hətta ən böyük
bacısı Elmira xalamdan da yaşlı görünür.
Əlin qabar, saçların ağ.
Başında qar, uca bir dağ.
Ətəyə bax, zirvəyə bax.
Məqamı müqəddəs anam…
86
M
M
Uşaq şıltaqlıq edəndə,
Yuxusundan dəng edəndə,
Uzaq səfərə gedəndə,
Arxamca su tökən anam…
Ağrımızı hiss eləyən,
Dərdimizi dərd eləyən.
Övladı üçün əyilən
Namazda səcdədir anam…
ARQ
87
M
M
|