Баталйон хатиряляри Memuar



Yüklə 392,44 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix01.04.2017
ölçüsü392,44 Kb.
#13043
1   2   3   4   5   6

NÖVBƏTİ SARSINTI
Mən Bakıya dönəndən bir neçə həftə sonra dəhşətli
bir xəbər məni növbəti dəfə sarsıtdı. Erməni işğalçıları
Güllücə tərəfdən cəbhəni yararaq Baş Qərvəndə daxil
olmuşdular. Ağdam batalyonu, rusların təpədən
dırnağadək silahlandırdığı erməni separatçılarına sona
qədər müqavimət göstərərək geri çəkilməmişdilər.
Bütün dostlarım, son damla qanlarına kimi mübarizə
apararaq, qəhrəmancasına həlak olmuşdular. Bu xəbər
sanki mənim belimi qırdı. Böyük sarsıntı keçirdim, son
ümidlərim qırıldı o zaman. Ağdamı əlçatan edən Baş
Qərvənd artıq yox idi.  Bir yerdə çörək kəsdiyim
dostlarım, Rövşən artıq yox idi. “Əzizim Rövşən,
aslanım Rövşən, güllə səndən qorxurdu axı, nə oldu?”
deyə xəlvəti bir yerə çəkilib uşaq kimi, o ki var,
ağladım. Bir anda Ağdamı qaytarmaq ümidlərim puça
çıxdı. Həlak olan dostlarımın hamısı bir-bir gözümün
önündə canlandı. Bu xəbərə inanmırdım. Elə bilirdim
ki, avtobusa oturub Ağdama getsəm, yenə görəcəm ki,
Rövşən yolun qırağında durub siqaret çəkir. Dəhşətli
hadisə idi bu. İnanırsız, Ağdamın özü işğal olunanda
heç mənə bu qədər təsir etməmişdi. Bəlkə də Sizlərdən
çoxunuz Baş Qərvəndin işğalı barədə bu qədər
məlumatlı deyilsiniz. Bu barədə mətbuatda da nədənsə
az məlumat verildi. Ancaq mən  bəlkə də  bu batalyonun
88
M
M

içində olduğumdan bu qədər sarsıntı keçirdim. Və
bütün bunları qələmə alanda, inanın ki, növbəti dəfə
həmin gərginliyi  yaşadım. Bu dəqiqə əlimə avtomat
alıb, 42 yaşımda Ağdamımı qaytarmağa getməyə
hazıram və həmişə hazır olacağam. 22 ildir ki,
“Qarağacı” qəbiristanlığında dəfn olunan Babamın
qəbrini ziyarət etmək, Ağdam şəhəri Ağamalıoğlu
küçəsi – 40 ünvanında yerləşən babamın ocağına, 22
ildir ki, İsa bulağına getmək istəyirəm... Ay Allah, bizə
bu günü qismət et! Nə günahın sahibidir bu millət ki,
bu qədər təcavüzə, zorakılığa, məruz qalaraq, dədə-
baba yurdlarından didərgin düşüblər? Nə günahın
sahibidir bu millət ki, bu qədər şəhid verib və hələ Allah
bilir nə qədər də verməlidir bundan sonra...
89
M
M
Ağdam, Ağamalıoğlu küçəsi

ƏN ÇOX ŞƏHİD VERƏN, AĞDAMIM
Qarabağ münaqişəsi başlayanda, еləcə də
müharibə mərhələsinə qədəm qoyulanda еrmənilər ən
çox Ağdamdan və ağdamlılardan qorxub, çəkinirdilər.
Bu münasibətin çoxəsrlik tarixi vardı. Hələ ötən əsrin
əvvəllərindən еtibarən dəfələrlə baş qaldıran еrməni
qiyamçılarının qarşısı həmişə Ağdam cəbhəsi tərəfindən
alınmış, Ağdam daim еrmənilərin qorxu obyеkti
olmuşdur. Ağdam tək özünü yox, Qarabağın digər
rayonlarını da müdafiə еtmək gücünə malik idi. Lakin
Ağdam nə qədər ləyaqətlə döyüşsə , müdafiə olunsa da,
işğal talеyindən yan kеçə bilmədi.
Ağdamı süquta aparan yol 1992-ci ilin sent 
-
yabrında Gülablının alınması ilə başladı. Erməni-rus
hərbi birləşmələrinin ən iri miqyaslı hücumları isə 28
may 1993-cü ildə oldu. Ratsiya vasitəsilə “Bayramınızı
təbrik edirik” deyən separatçılar qrad, top və tanklardan
bütün yüksəklikləri atəşə tutdular. Həmin günə qədər
ermənilər Gülablı kəndinin bir hissəsinə və
Naxçivanikə nəzarət edirdilər.  1993-cü ilin iyun-iyul
aylarında Gəncədə və Bakıda baş verən hadisələr
ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını
genişləndirmək imkanı vermişdi. İyunun 4-də Gəncədə
baş verən qiyamdan alçaqcasına istifadə edən ermənilər
Şelli kəndinə hücuma başladılar. Silah-sursat iyulun
90
M
M

əvvəlinə tamam tükənmişdi. Fred Asif o zaman Bakıdan
on kamaz silah sursat gətirmişdi. Ağdam üzərinə edilən
birinci hücum nəticəsiz qaldığından ermənilər qüvvəni
Ağdərə istiqamətində cəmləşdirmişdi. İyunun 26-da
Ağdərəni düşmən ələ keçirir. Sonra isə  iki ordu kor-
pusu ilə Ağdam istiqamətində hücuma başlayırlar. Rus-
lar tərəfindən ən müasir silahlarla və professional
hərbçilərlə, zabitlərlə təchiz olunmuş 600 minlik rus-
erməni ordusuna qarşı əsasən könüllülərdən ibarət və
düşməndən sayca az,  zəif texnika və silaha malik olan
Azərbaycanın Milli Ordusu əzmkarlıqla döyüşürdü.
Rus kəşfiyyatçıları Ağdamda təxribatlar törədirdilər,
belə ki, ticarət anbarları, camaatın evləri talan olunurdu,
insanları gəncəli, bakılı, ağdamlılara ayırırdılar,
Ağdamın yerli əhalisi içində məharətlə vahimə yaradır,
sakinlər arasında şaiyələr yayırdılar. Hətta döyüşçülər
arasında daxili ziddiyyət və pərakəndəlik müşahidə ol-
unurdu. Rus kəşfiyyatı döyüşən qüvvələrimizin arasına
nifaq salaraq, ordumuzu daxildən də parçalamışdı.
Ağdamın işğalı istiqamətində hərtərəfli, planlı iş
aparılırdı. Buna baxmayaraq, özünümüdafiyə
batalyonları erməni silahlı birləşmələri ilə qanlı
döyüşlərə girmişdi. Muradbəylidə həmin
özünümüdafiyə dəstələrimiz bilavasitə ermənilərlə
üzbəüz qanlı savaşda qəhrəmancasına döyüşürdülər.
Fred Asifin taboru Ağdamda qanlı küçə döyüşləri
aparırdı. Dinc əhalidən də xeyli öldürülən var idi. Çox
91
M
M

dəhşətli olaylar yaşanırdı Ağdamımda. Əsgərlərimiz
günlərlə mövqelərdə ac-susuz döyüşürdülər. Deyirdilər
ki, bu vətən torpağıdır, çörək əvəzi yeyəcəyik, ancaq
geri çəkilməyəcəyik. Dörd istiqamətdən hücum edən
düşmənə müqavimət göstərmək üçün canlı qüvvə və
hərbi texnika azlıq edirdi. Ancaq sayca az və zəif
silahlanmış döyüşçülərimiz çoxlu itki verərək, iyulun
23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43
gün düşmənə qəhrəmanlıqla müqavimət göstərən
Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı
birləşmələri еvlərə od vururdu, mədəniyyət abidələri
dağıdılırdı, insanların əmlakları qarət еdilirdi, şəhəri
tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutulurdu.
Ağdam rayonunun 1094 kvadrat kilometrlik
ərazisinin 882 kvadrat kilometri zəbt edildi, 128 min
nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal
nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48
sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65
səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3
məscid və 2 muzey yandırılıb məhv edildi. Ağdam
şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi
sayılan məscid və onun minarələri də vəhşicəsinə
uçurulmuşdu.
Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır
hərbi cinayətlər törətdilər və bu əməllərinə görə
Azərbaycan xalqı qarşısında mütləq cavab verməli ola-
caqlar. Azərbaycan torpaqları hesabına, İrəvan
92
M
M

Xanlığının hesabına dövlət olan qondarma Ermənistan
dövləti bizim hesabımıza yarandığı kimi, elə bizim
hesabımıza da məhv ediləcək. 
Qafqazda bir xəstəlik dolaşmaqdadır – erməni
xəstəliyi. Erməni dövləti bir virusdur, xəstəlikdir və bu
xəstəlikdən cəmiyyəti sağaltdığımız üçün tarix bizə
“çox sağol” deyəcək. 
Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən
rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon
sakini şəhid olub. Onlardan 16-sı Milli qəhrəmandır.
Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-
eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və
rayonunda məskunlaşıblar. İşğal nəticəsində rayona 3
milyard 135 milyon ABŞ dolları məbləğində ziyan
dəyib.
1994-cü il may ayının 12-dək davam edən hərbi
təcavüz nəticəsində ermənilər Ağdam rayonu ərazisinin
846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4
faizini işğal etməyə nail oldular. İşğal edilmiş Ağdam
şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri ol-
mayan bir vəhşiliklə , yerlə-yeksan edildi. Ağdamın
müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə
qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim
uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış,
126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən
didərgin düşmüşdü. Minlərlə analar şəhid anasına
çevrilmişdilər. Baxmayaraq ki, üstündən 22 ildən də
93
M
M

çox vaxt ötüb, yaramız hələ də qaysaq bağlamayıb, o
günlərin acılarını xalqımız indi də yaşamaqda davam
edir. Ta ki, itirilmiş torpaqlarımız qayıtmayınca bu yara
hələ də bizi incidəcək.
Dünən 20 yanvar idi. Şəhidlər xiyabanında
tükürpədici bir mənzərənin şahidi oldum. Şəhid anası
xahiş etdi ki, mənim oğlumla şəkilimi çək. İnanırsız ki,
gözümün yaşlarına hakim ola bilmədim.
20 yanvar 2015-ci il, Şəhidlər xiyabanı. Müthiş bir
mənzərə.
Ş
əklimlə şəkil çəkdirən Ana
Sil göz yaşlarını, daha ağlama.
Qəbrimdə qərənfil əkdirən Ana,
Dağlanmış qəlbləri daha dağlama.
Oğlunun daşına baş qoyan Ana,
Qəlbinə daş qoyub, daşa ağlama.
Evladıyçün mağar qurduran Ana,
Yası toy zənn edib, xonça bağlama.
Oğulçün vağzalı çaldıran Ana,
Vağzala həsrətlə baxıb ağlama.
Şəhid oğlu üçün ağlayan Ana
Ağlayıb da içdən sızlama, Ana.
Evladçün ürəyi hey yanan ana,
İndi qalıb yaziq, lap yana-yana.
Şəklim ilə şəkil çəkdirən Ana,
Sil göz yaşlarını nə olar ağlama !
Ağlama, Anacan, daha ağlama.
94
M
M

İlahi, bu görüntü məni o qədər sarsıtdı ki... Beş
dəqiqəyə göz yaşı ilə birgə  gəldi bu misralar içimdən.
Şairlər önündə cəsarət etdimsə, bağışlasınlar.
Hər dəfə bu şeiri oxuyanda kövrəlirəm, əgər sizi də
kövrəltdimsə, üzr istəyirəm.
Allah bütün şəhid analarına səbir versin. Bütün in-
diki və gələcək Azərbaycan xalqı ilk öncə şəhid
analarının qarşısında, sonra isə şəhidlər qarşısında baş
əyir.
Bu şəkil Muradbəylidə çəkilib. Şəkildə gördüyünüz
uşağın adı Behbudov Cavid Alı oğludur, 1979-cu il 24
fevralda Ağdamın Xıdırlı kəndində anadan olmuşdur.
12 yaşından atası- baş leytenant Behbudov Alı Fərman
oğlu ilə birgə Fred Asifin özünümüdafiyə batalyonunda
ermənilərə qarşı döyüşmüşdür. Şəkildə Cavidin 13 yaşı
var. Atası da, özü də sağdır, hazırda Bakının Sahil
qəsəbəsində yaşayırlar.
95
M
M

Sahil qəsəbəsində yaşayan dostum Ziya Mirövsət
oğlu Qasımovun köməkliyi ilə bu gün-28 fevral 2015-
ci ildə Cavidlə görüsüm baş tutdu. Mən özüm
məmnuniyyətlə Sahil qəsəbəsinə, Cavidlə görüşə
getməyə hazır olduğumu bildirsəm də, gözləmədiyim
halda Ziya, Cavidlə birgə özü bizə qonaq gəldi. Onunla
tanış olmağıma çox şad oldum.
1952-ci il təvəllüdlü Alı kişi 40 yaşında Milli
Qəhrəman, Asif Məhərrəmovun batalyonunda maliyyə
xidmətinin rəisi vəzifəsində çalışırdı. Cavid də atası ilə
çiyin-çiyinə 12 yaşında əyninə hərbi forma  geyib, əlinə
avtomat alaraq özünümüdafiyə batalyonunda Vətənə
xidmət edirdi.
Behbudov Cavidin dilindən:
“Fred Asif mənimlə fəxr edirdi. Hərbi hissəyə
gələndə hər dəfə deyirdi ki, bu uşaqla fəxr etmək
lazımdır. Balaca ölçülü hərbi forma və botinkanı şəxsən
özü mənim üçün xüsusi olaraq tikdirmişdi, hələ bir ədəd
də dəmirdən olmayan yüngül bronjilet vermişdi. 1993-
cü ilin yayında Fred Asif Xıdırlı kəndi uşaqlarından
ibarət könüllülərə AK 5x45 markalı avtomatlar payladı
və mənə də bir avtomat verdi. Avtomat ağır olduğundan
daşıya bilmirdim, ona görə də qundağını çıxartmışdım.
Qara Qaya, Şelli ayağı, Əsgərana tərəf erməni
mövqelərinə PK-dan atəş açmağı xoşlayırdım. 1992-ci
ildə VAZ-21-011 markalı avtomobildə oturmuşdum,
birdən 4-5 ədəd Qrad dalbadal maşının həndəvərinə
96
M
M

düş  dü, sağ gözümdən qəlpə yarası aldım. İndi həmən
gö  züm, demək olar ki, görmür.
Fred Asifin qardaşı Ədalət Məhərrəmov, Əkrəm, Ca   -
vad, Sarıcalıdan – Elton, Nail, Mürvət, tankçı Allah qu lu
və digər mərd uşaqlar batalyonda qəh rəmancasına düş -
 mənə qarşı döyüşürdülər. Tankçı  Allahqulunun  tank ı        nı
ermənilər vurmuşdu. Lakin o, yanan tankdan salamat
çıxsa da əllərini möhkəm yandırmışdı. Hazırda sağ dır.
Ürəkli uşaqlar çox idi.”
Şəkildə Cavid Behbudovun solunda əyləşən oğlan
1994-cü ildə yanılmıramsa Qərvənd batalyonunda da
xidmət edib, yaxşı tanıyıram, mərd oğlanlardan biri idi,
əfsuslar olsun ki, adını nə mən, nə də Cavid yadımıza
sala bilmədik. 
15 OĞUL İSTƏRƏM
97
M
M

Ağdamın şəhid olan Milli Qəhrəmanları
1. Mirzəyev Şirin Vəli oğlu (1947-1992)
Əslən Şuşanın
Mirzələr kəndindən olan
Şirin Mirzəyev 1947-ci il
yanvar ayının 5-də
Xankəndində dünyaya göz
açmışdır. Nizami adına
beynəlmiləl orta məktəbi
bitirdikdən sonra hərbi
xidmətə yola düşmüşdür.
Bir müddət Bakıda
yerləşən Daxili Qoşunlar
alayında xidmət etdikdən
sonra 1967-ci ildə Leninqrad (indiki Sankt-Peterburq)
şəhərindəki Ali Siyasi Hərbi məktəbə qəbul olmuş və
1971-ci ildə hərbi təhsilini müvəffəqiyyətlə başa vurub
təyinatla İrəvana – (Qərbi Azərbaycana) göndərilib. Beş
il orada xidmət etdikdən sonra isə Bakıya qayıtmışdır.
1988-ci ildə Hərbi Siyasi Aakdemiyada təhsil alaraq,
Daxili Qoşunlar alayında 15 illik xidmət yolu
keçmişdir. 1991-ci ildə qəlbində alovlanan Vətən
məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib
gətirdi. “Kabinetdə işləmək vaxtı deyil” dedi və ailəsini
98
M
M

Bakida qoyub, nazirlikdən təkidlə Ağdama
göndərilməsini xahiş etdi.  
Həyat yoldaşı, millət vəkili Flora xanıma demişdi
ki, məni Ağdamdan çağırırlar, mən gedirəm. Eləcə qaldı
orda, daha geri qayitmadı. Özü də elə bir vaxtda ki,
onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı
duyulurdu. 
1991-ci ilin oktyabr ayında bütün maneələrə və
təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin
Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə
batalyonunu min bir əziyyətlə yaratdı. Bu, o dövr üçün
çox zəruri bir addım idi. Artıq 1992-ci ilin may ayında
üç tabordan ibarət alay yaradıldı. Ş.Mirzəyev Ağdam
rayonunun həm hərbi komissarı və həm də alay ko-
mandiri kimi məsul vəzifələri çox bacarıqla yerinə ye-
tirirdi. 1992-ci il mart ayının 28-də Şirin Mirzəyevin və
onun tərəfdarlarının səyi nəticəsində res publikada 1-ci
olan tabor yaradıldı və ürəyi Vətən sevgisilə çırpınan
podpolkovnik Şirin Vəli oğlu Mirzəyev Ağdam rayon
ərazi özünümüdafiə taborunun komandiri seçildi.
Əsgərləri döyüşə apararkən “geriyə yol yoxdur”
deyirdi.
18 iyun 1992-ci ildə Şirin Mirzəyev Xankəndinə
gedəcək qələbə yolu hesab etdiyi Xaçın qəsəbəsində
yerləşən taborun qərargahından Əliağalı kəndindəki
postlara qədər olan beş kilometrlik yolda ön cəbhədən
qayıdarkən minaya düşərək həlak olmuşdu. 
99
M
M

Xalqın qəhrəman oğlu polkovnik-leytenant Şirin
Vəli oğlu Mirzəyev ən yüksək ada – Azərbaycanın Milli
Qəhrəmanı adına layiq görülmüşdü. Adına Bakı
şəhərində küçə var. Xidmət etdiyi N-saylı hərbi hissənin
həyətində abidəsi qoyulmuşdur.
2. Məhərrəmov Asif Yusif oğlu (1952-1994)
Asif Yusif oğlu
Məhərrəmov (Fred Asif) 27
iyul 1952-ci ildə Ağdam
rayonunda anadan olmuş,
idmanın boks və futbol
növləri ilə məşğul
olmuşdur. Nankor
ermənilərin 1988-ci ilin
fevralından torpaq iddiası
irəli sürdükləri vaxtdan
A.Məhərrəmov milli
azadlıq hərəkatının önündə
olmuşdu. O, qardaşlarını, dostlarını ətrafında
birləşdirərək “Haqq cəbhəsi” birliyini yaratdı. Asif
Məhərrəmov xalqın gözləri qarşısında əfsanəvi Fred
Asifə çevrildi. Ölümü ilə ölümsüzlüyə qovuşan ,
üzərində qanları tökülmüş torpaqları bizlərə Vətən
edənlər,Vətənimizin qeyrət simvolu igid əsgərlərimiz
Fred Asifin komandiriyi ilə Şelli, Aranzəmin, Naxçi-
vanik, Abdal-Gülablı , Pircamal, Ağbulaq, Dəhraz və
100
M
M

neçə-neçə kəndlərin düşməndən azad edilməsi uğrunda
qəhrəmanlıqlar göstərmişlər. 1993-cü il 27 oktyabrda
onun səhhəti ağırlaşır. Hərbi hissəni təhvil verərək
müalicəsini davam etdirməli olur. 1994-cü ildə müalicə
məqsədi ilə Yaltaya gedir. Asif Məhərrəmov ağır
xəstəlikdən 01 iyul 1994-cü ildə Yaltada əbədiyyətə
qovuşmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr
1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif
Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı
verilmişdir.
Bakı şəhərində qəhrəmanımızın adına küçə var.
Bakı şəhərinin ikinci Şəhidlər xiyabanında dəfn
edilmişdir.
3. Bağırov Allahverdi Teymur oğlu (1946-1992)
Allahverdi Teymur
oğlu Bağırov 22 aprel
1946-cı ildə Ağdam
şəhərində anadan olmuş, 1
saylı orta məktəbi bitirmiş,
idmanın futbol növü ilə
məşğul olmuşdu. Er 
mə 
-
nilərin torpaq iddiası qal dı -
raraq təcavüzə baş  ladıqları
zaman geniş vü 
sət almış
xalq hərəkatının önündə
101
M
M

Bağırov 
qar daşları 
da yan mış dılar. 
Azərbaycan
torpaqlarını azğın ermənilərdən müdafiə, işğaldan azad
etmək üçün 1991-ci ilin oktyabrında Allahverdi Bağırov
N saylı hərbi hissəni yaradaraq, ətrafına qeyrətli Vətən
oğullarını toplamışdı. Qarabağ hadisələri başlayana
qədər o, Ağdamda futbolçu kimi tanınmış, ad-san
qazanmışdı; 1966-cı ildən 1983-cü ilədək Ağdam uşaq–
gənclər idman məktəbində məşqçi işləməklə yanaşı,
«Qarabağ» futbol komandasında fəaliyyət göstərirdi.
Allahverdi haqsızlıqla barışmayan, sözübütöv,
mərd  bir insan idi.
O, 1988-ci ildə ermənilərin Qarabağa təcavüzünün
ilk günlərindən Xalq Hərəkatına qoşulur və onun
fəallarından olur. 20 Yanvar faciəsi onun düşmənə
qəzəbini daha da şiddətləndirir. O, könüllülər batalyonu
yaradır. Ağdamın bir sıra kəndlərinin müdafiəsində bu
batalyonun döyüşçüləri mərdliklə vuruşmuşlar. 1992-
ci ildə Allahverdi, bəlkə də ömrünün ən həyəcanlı, ən
narahat günlərini yaşayırdı. Mühasirədə olan kəndlərə
kömək etmək, ərzaq çatdırmaq heç də asan iş deyildi.
O, var gücü ilə həmin kəndləri azad etməyə çalışırdı.
1992-ci ilin fevralında  Xocalı faciəsi zamanı Al-
lahverdi Bağırovun batalyonu Əsgəran yaxınlığında
yüzlərlə soydaşımızı xilas edə bildi.
1992-ci il iyun ayının 12-də məhz batalyonun səyi
nəticəsində Aranzəmin, Naxçıvanik, Dəhraz, Mirkənd,
Pircamal kəndləri düşməndən azad edildi. O, inanırdı
ki, tezliklə müharibə bitəcək və qoşunlarımız
102
M
M

Xankəndinəcən irəliləyəcəkdir. Lakin cəsur komandir
arzusuna çata bilmədi. Gözətçi məntəqələrini yoxlayıb
qərargaha dönərkən sürücüsü Əmir ilə birlikdə mi-
naya düşdü və hər ikisi qəhrəmancasına həlak oldu-
lar.
Ailəli idi, bir oğlu, iki qızı var.
Azərbaycan Respublikası Prezidentinin 24 fevral
1993-cü il tarixli 476 saylı fərmanı ilə qorxmaz ko-
mandir Bağırov Allahverdi Teymur oğlu ölümündən
sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq
görülmüşdür.
Ağdam rayon Şəhidlər xiyabanında dəfn
edilmişdir.
4. Edilov Yelmar Şahmar oğlu (1946-1994)
Yelmar Şahmar oğlu
Edilov 10 aprel 1946-cı ildə
Ağdam rayonunun Əli mə -
dədli kəndində anadan ol -
muş du, 1965-ci ildə kənd
orta mək 
təbini bitirmiş,
1968-70-ci illər 
də hərbi
xidmət çək mişdir. İdmanın
sambo növü ilə məşğul
olmuşdu. Mənfur ermə 
-
nilərin qəddarlığı hər kəs
kimi Yelmar Edilovu da
103
M
M

hövsələdən çıxardı.  1992-ci ildə Edilovlar bir yerə
toplaşaraq Şirin Mirzəyevin əmri ilə “diversiya” qrupu
yaratdılar və Yelmar Edilov qrupun komandiri təyin ol-
undu. Hər bir tapşırığı məharətlə yerinə yetirən qrupun
və komandirinin adı qısa vaxtda əfsanəyə çevrilib,
dillərə düşdü. 1994-cü ilin aprelində Ümummilli lider
Heydər Əliyevin Beyləqan rayonunda hərbi hissə
komandirləri ilə görüşündə ayın 11-də ermənilərin
güclü hücum əməliyyatları keçirəcəkləri məlumatı
verilmişdi. Aprelin 11-də ermənilər cəbhə boyu hücuma
keçdilər.  11 aprel 1994-cü il… Cəsur komandirin son
döyüşü… Düşmən böyük qüvvə ilə «Çərik» kökəltmə
məntəqəsinə tərəf hücuma keçir. Y. Edilovun ko-
mandirlik etdiyi tabor ölüm-dirim savaşına girir. Sol
cinahdan hücuma keçən döyüşçülərimiz düşmənin 2
tankını vurmağa müvəffəq olur. Böyük itkilər verən
düşmən geri çəkilməyə məcbur olur. Lakin hələ
həlledici zərbə endirilməmiş, hələ döyüş bitməmişdi.
Gözlənilmədən Yelmarın yanında bir mərmi partladı.
Beləcə onun ömrü də, arzuları da qırıldı. Pulemyotu
sinəsinə sıxıb düşmənə göz açmağa imkan verməyən
cəsur komandirə  tank mərmisi tuşlandı və 48 yaşında
gözlərini əbədi yumdu.
Evli idi. 7 övlad atası idi – beş oğul, iki qız.
Azərbaycan Respublikası Prezidentinin 16
sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Edilov
104
M
M

Yelmar Şahmar oğluna ölümündən sonra
«Azərbaycanın Milli Qəhrəmanı « adı verilmişdir.
Bakı şəhəri ikinci Şəhidlər xiyabanında dəfn
edilmişdir.
5. İsgəndərov Əlabbas Qara oğlu (1958-1992)
Əlabbas Qara oğlu
İsgəndərov 25 iyun 1958-ci
ildə Ağdam rayonunun
Kürdlər kəndində anadan
olmuşdur. Hər kəs kimi
Əlabbas da yüksək amal-
larla dinc həyat sürürdü.
Ancaq ermənilərin sərsəm
“Böyük ermənistan “
xülyası hamı kimi Əlab 
-
basın da dincliyini pozdu.
Bu haqqsızlığa tab gətirə
bilməyib polkovnik –leytenant Şirin Mirzəyevin tabu-
runda kəşfiyyat bölüyünə yazıldı. Daim verilən
tapşırıqların öhtəsində gələn mərd döyüşçü üzərinə
düşən vəzifəni layiqincə yerinə yetiridi. Növbəti
tapşırığı Qazançı kəndinə hücum əməliyyatı
hazırlanarkən almış Ə.İsgəndərov bir gecəyə düşmənin
bütün mövqelərini dəqiqliklə öyrənib alay komandirinə
məlumat çatdırdı və 4 mart 1992-ci ildə keçirilən döyüş
əməliyyatında özü də iştirak edərək öndə getdi. Cəsur
105
M
M

döyüşçülərimiz vuruşa-vuruşa irəliləyir, düşmən
yuvasına od vururdular. Qarşıdakı evlərin birində pule-
myot susmaq bilmirdi, döyüşçülərimizə itkilər verirdi.
İgid döyüşçümüz avtomatıı sinəsinə çıxıb düşməni
susdurdu. Əfsanəvi qəhrəman özü də düşmən
gülləsinə tuş gəldi, lakin bir daraq gülləni düşmənin
bədəninə dolduraraq onu da məhv etdi. 
Azərbaycan Respublikası Prezidentinin 13 avqust
1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov
Əlabbas Qara oğlu ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ağdamın Şəhidlər xiyabanında dəfn edilmişdir.
6. Ağayev Faiq Alış oğlu (1969-1991)
Faiq Alış oğlu Ağayev
06 iyun 1969-cu ildə Ağ -
dam rayonunun Papravənd
kən  dində  ana dan  olmuş,
1986-cı ildə kənd orta mək -
təbini bi 
tirmişdi.1987-89-
cu illərdə Moskva
şə 
hərində hərbi xid 
mətdə
ol muşdur.  Vətə ninin  ağır
gü nündə 
onun 
mü da -
fiəsində dayanmaq üçün
Ağ 
 
dam rayon Polis İda 
-
rəsinin nəzdində yaradılmış post-pat 
rul alayına işə
106
M
M

qəbul olunur. Müxtəlif döyüş əmə 
liy 
yat 
larında
mətinliklə döyüşmüşdü. F.Ağayev Laçın, Kəl  bəcər,
Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarında döyüş lər  də
iştirak etmişdi. Quşu gözündən vuran Faiq erməniləri
də sərrast atəşi ilə gözündən vuraraq o, dünyaya vasil
edirdi. 1991-ci il… Dekabr ayının 23-ü… Meşəli kəndi
erməni ya 
raqlılarının hücumuna məruz qalmışdı.
Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar
tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi.
Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar,
qadınlar, uşaqlar həlak olurdular. 
Od alıb alovlanan evlərdə diri-diri  yananlar da az
deyildi. Özünü  birtəhər bayıra atıb ölümdən can
qurtarmağa cəhd  edənləri erməni faşistləri xüsusi
qəddarlıqla gülləbaran edirdilər.
Döyüşçülərimiz  dinc əhalini  təhlükəsiz yerə
çıxarmağa çalışırdı. Vəziyyət son dərəcə ağır idi.
Uçurulmuş evlərin birini istehkama  çevirmiş Faiq
sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc
əhalinin qaçıb meşədə daldalanması üçün imkan
yaradırdı. Düşmən atəşini  özünə  cəlb etməklə  Faiq
onlarla qadını, uşağı ölümdən xilas elədi. O, döyüş
mövqeyini axıradək tərk etmədi, son  nəfəsinə  kimi
vuruşdu. Qəhrəman Vətən oğlu başqalarının həyatını
xilas edərkən öz həyatını qurban verdi.
Subay idi. 
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
107
M
M

1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış
oğluna ölümündən sonra «Azərbaycanın  Milli
Qəhrəmanı» adı verilmişdir.
Ağdam rayonunun Papravənd kəndində dəfn
edilmişdir. 
7. Qasımov Muxtar Cahid oğlu (1958-1992)
Muxtar Cahid oğlu
Qasımov 10 yanvar 1958-ci
ildə Beyləqan rayonunun
Kəbirli kəndində müəllim
ailəində anadan olmuşdur.
1963-cü ildə Qasımovlar
ailəsi öz ata-baba yurdları
Ağdam rayonuna qayıt 
-
mışlar. 1974-cü ildə orta
məktəbi bitirmiş, 1975-ci
ildə ATİ-yə qəbul olunmuş,
1981-ci ildə institutu
bitirərək DQMV gələrək Xankəndində Təcili Yardım
Stansiyasında həkimlik fəaliyyətinə başlamışdır. 1988-
ci ilin fevralında ermənilər iğtişaşlar törətdikdən sonra
Ağdam RMX-ya gələrək reanimasiya şöbəsində həkim
işləmişdir. Ermənilərin təcavüzünə dözməyərək 1992-
ci ilin Xocalı faciəsindən sonra Ağdam Hərbi Səhra
Cərrahiyyə Hospitalına gələrək əsgərlərimizə tibbi
108
M
M

xidmət göstərmək arzusunda olduğunu bildirmişdir.
Döyüş zamanı yaralanan əsgərlərimizə daha çevik və
operativ tibbi xidmət göstərmək məqsədilə Muxtar
Qasımov ön cəbhədə olmuş və bunun nəticəsində neçə-
neçə döyüşçülərimizi ölümün pəncəsindən xilas edərək
həyata qaytarmış, daim döyüş ruhunun yüksəldilməsinə
çalşmışdır.
1992-ci il iyunun 16-da Naxçıvanik kəndi
uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub. 
Azərbaycan Respublikası Prezidentinin 5 fevral
1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar
Cahid oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilib.
8. Rüstəmov Hidayət Eldar oğlu (1970-1991)
Hidayət Eldar oğlu
Rüstəmov 19 avqust 1970-
ci ildə Ağdam rayonunun
Xıdırlı kən 
dində anadan
olmuş, səkkiz illik məktəbi
bitir dikdən  sonra  Ağdam
rayon 50 saylı TPM –də
sürücülük ixtisasına yiyə -
lənmiş, idma 
nın sambo
növü ilə məşğul olmuşdur.
109
M
M

H.Rüs təmov 1988-90-cı illərdə hərbi xidmət çəkmiş və
1991-ci ilin iyununda Ağdam rayon Polis İdarəsinin
nəzdində yaradılan post-patrul alayına işə düzəlmişdir.
Vətən təəssübkeşliyini hər şeydən uca tutan Hidayət
Rüstəmov ona tapşırılan hər bir tapşırığın öhdəsindən
uğurla gəlir, Martuni rayonunun Əmirallar,
Kuropotkino, Muğanlı, Qaradağlı kəndlərində yaşayan
həm 
yerlilərimizin erməni quduzluğundan qorun 
-
masında şücaətlər göstərmişdi. Qorxmazlığına görə ona
“Mir paşa” ləqəbi də vermişdilər. 23 dekabr 1991-ci il
tarixdə erməni işğalçıları Meşəli kəndinə hücum
edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin
birini özünə istehkam se 
çən cəsur polis çavuşu
Hidayət qəfil sərrast atəşlərlə er məni quldurlarının
xeyli qüvvəsini məhv etdi. Murdar er məni faşistləri
evə od vurdular. Qorxunun nə olduğunu bil məyən
Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu.
Dekabr ayının 23-də baş verən döyüşdə tankdan
atılmış mərmidən Hidayət Rüstəmov həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 saylı fərmanı ilə Rüstəmov
Hidayət Eldar oğluna ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn
edilib.
110
M
M

9. Paşayev Baxşeyiş Xanəhməd oğlu (1936-1992)
Baxşeyiş Xanəhməd
oğlu Paşayev 01 may 1936-
cı ildə Ağdam rayonun Əh -
mədavar kəndində ana dan
olmuşdur. Ağdam Kənd
Tə sər  rü fatının 
Mexa ni -
kiləşdirilməsi və Elek trik -
 ləşdirilməsi   tex nikumunu
bitirmiş və da 
ha sonra
qəlbən sevdiyi sürücülük
peşəsinə yiyələnərək 1969-
cu ildən 25 saylı SMD – də sürücü kimi fəaliyyətə
başlamışdır. 1991 –ci ildə ermənilərin tor paqlarımıza
təcavüz etməsinə dözməyərək Yaqub Rzayevin
ətrafında birləşərək düş mənə qarşı döyüşdü. N-saylı
hərbi hissə Ağdamın mü dafiəsində N-saylı müdafiə
postundan başlayaraq Yeddixırman dağ yüksəkliyinə
qədər ərazidə mə tinliklə vuruşaraq düş mənə sarsıdıcı
zərbələr vururdu ki, sözsüz ki, burada hər yeri beş
barmağı kimi tanıyan kəşfiyyat qrupunun rəhbəri, cəsur
döyüşçü Baxşeyiş Paşayevin qiymətsiz xidmətləri
olmuşdu. 12 iyun 1992-ci ildə N saylı hərbi hissəyə
Xanabad kəndini ələ keçirmək tapşırığı verildi. Lakin
həmin döyüşdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr
111
M
M

1992-ci il tarixli 350 saylı fərmanı ilə Paşayev Baxşeyiş
Xanəhməd oğluna ölümündən sonra "Azərbaycan Milli
Qəhrəmanı" adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər xiyabanında dəfn
edilib.
10. Əhmədov Natiq İlyas oğlu (1969-1991)
Natiq İlyas oğlu
Əhmədov 01 sentyabr
1969-cu ildə Dağlıq Qa 
-
rabağın Kosalar kən 
dində
anadan olmuş, 1975-ci ildə
köçüb Ağdam rayo 
nunun
Novruzlu kəndində məs 
-
kunlaşmışlar. 1987-89-cu
illərdə Sovet Ordusu
sıralarında hərbi xidmət
çəkmiş, idmanın karate və
futbol növləri ilə məşğul
olmuşdu. 1990-cı il qanlı “ 20 yanvar “ faciəsini eşidən
Natiq Əhmədov Riqa şəhərindən Vətənə dönmüşdü. O
burada Xocalı rayon Polis Şöbəsi yol-patrul xidməti
bölməsinə işə qəbul olundu və qısa müddətdən sonra
bölmənin müfəttişi vəzifəsinə təyin edildi. O, daim öz
qətiyyəti və mübarizliyi ilə ermənləri sarsıdırdı.
26 sentyabr 1991-ci il… O, xidmət yoldaşı Əli ilə
Əsgərandan keçib Xocalıya öz iş yerinə getməli idi.
Ancaq iki dost, iki silahdaş iş yerinə gedib çıxa
112
M
M

bilmədi. Əsgəran qalasına  yaxınlaşanda Əlinin idarə
etdiyi  maşın pusqu qurmuş  ermənilər tərəfindən
atəşə tutuldu. Vətəni canlarından artıq sevən  bu iki
gənc qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Res pub likası Prezidentinin 8 oktyabr
1992-ci il  tarixli 264 saylı fərmanı ilə  Əhmədov Natiq
İlyas oğluna  ölü mündən sonra «Azərbaycanın Milli
Qəhrəmanı» adı ve rilmişdir.
Ağdam rayonunun Novruzlu kəndində dəfn
edilmişdir.
11. Mehdiyev Fazil Umud oğlu (1966 -1991)
Fazil Umud oğlu
Mehdiyev 20 avqust 1966-
cı ildə Laçın rayonu 
nun
Ələkçi kəndində ana 
dan
olmuş, 1972-ci ildə köçərək
Ağdam rayonunun Abdal-
Gülablı kən 
dində məs 
-
kunlaşmışdılar. 1984-cü
ildə Gülablı kənd orta mək -
 təbini bitirmiş, sonra hərbi
xid mətə  yol lanmışdır.  Mən -
fur er mə nilərin haqsız tor-
paq iddialarına dözməyən, qəlbi düşmənə qarşı nifrətlə
dolu olan F.Mehdiyev 1990-cı ilin oktyabrında Ağdam
Polis İdarəsinin post-patrul alayına işə düzələrək
113
M
M

Vətənin müdafiəsinə başlamışdı. O, Xocavəndin
Qarabağlı, Əmrallar, Muğanlı, Şuşanın Kosalar,
Xocalıda, Ağdamın Cinli, Əliağalı kəndlərində gedən
döyüşlərdə iştirak etmişdi. 1991-ci ildə Qaradağlı
kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi
cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni
işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ
keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il
sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal
Gülablı (Gülablı) kəndinə hücum etmişdilər. Fazil dostu
Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn
yolda pusqu quran ermənilər onları atəşə tuturlar və
Fazil bu döyüşdə faciəli surətdə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr
1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil
Umud oğluna ölümündən sonra Azərbaycanın Milli
Qəhrəmanı adı verilmişdir.
Ağdam rayonunun "Qarağacı" qəbiristanlığında
dəfn edilib.
Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail
rayonunda isə adına küçə var.
114
M
M

12. Qasımov İxtiyar Qasım oğlu (1970-1992)
İxtiyar Qasım oğlu
Qasımov 22 mart 1970 – ci
ildə Ağdam rayonunun
Salahlı kəndində anadan
olmuş, 1988-ci ildə kənd
orta mək 
təbini əla
qiymətlərlə bi tirmiş, daha
sonra Gəncə şə 
hərində
Azərbaycan Kənd Tə 
-
sərrüfatı İnstitutunun aq 
-
ronomluq fakültəsinə daxil
ol 
muşdu. Döyüş yolu
Papravənd kəndində ya 
ra 
dılmış özünümüdafiə
dəstəsindən başlayan İ.Qasımovun igidliyinin,
mərdliyinin sorağı hər yana yayılmışdı. 1992-ci il 14
iyul tarixdə ermənilər Canyataq kəndinə hücuma keç -
dilər, burada bir neçə döyüşçü yaralanır onların
erməni qəsbkarlarının əlinə keçməməsi üçün İxtiyar
özünü qabağa ataraq əks hücumun qarşısını almağa
çalışır. Yaralıları xilas edirlər, İxtiyar özü isə
qəhrəmancasına həlak olur. Milli ordumuzun 15
kilometrə qədər irə 
liləməsində, neçə-neçə kənd 
-
lərimizin düşməndən tə 
mizlənməsində, erməni
yaraqlılarının əsir gö türülməsində göstərmiş olduğu
115
M
M

qəh   rə man lıq  və  digər  sayagəlməz  xidmətləri  yüksək
qiy mət ləndirilir. 
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr
1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar
Qasım oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür.
Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun
adını daşıyır.
Salahlı kənd qəbi ristanlığında dəfn edilib.
13. Hüseynov Rövşən Şamil oğlu (1969-1992)
Rövşən Şamil oğlu
Hüseynov 22 fevral 1967-ci
ildə Ağdam rayonunun Qu -
zanlı kəndində do 
ğulmuş,
1985-ci ildə orta mək 
təbi
bitirərək BDU-nin fi 
zika-
riy aziyyat  fa kü ltəsinə  daxil
ol muşdur. 1985-87-ci illər -
də hərbi xid mət çək mişdir.
1992-ci il də BDU-nun so-
nuncu kurs tələbəsi olan
R.Hü seynov  “Xocalı  fa ci -
əsi” baş verdikdə bu dərdə dözə bilməyərək 20 nəfər
tələbə dostları ilə taqım komandirliyi ixtisasına
yiyələnmək üçün Ali Ümumqoşun komandirlər
məktəbinə üz tutdu. ”Bakılı tələbələr” adladırılan taqım
116
M
M

Go ranboy cəbhəsinə gön dərildi və Rövşən Hüseynov
komandir təyin edildi. Rövşən Hüseynov düşmənə qarşı
ke 
çirilən döyüşlərdə fəda 
kar 
casına döyüşmüş, düş 
-
mənin texnika və canlı qüvvələrini məhv etmişdi. 1992-
ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və
böyük silah sursatla Ağcakənd istiqmətində hücuma
keçmişdi. Rövşənin taqımı nəinki ermənilərin iki zirehli
texnikasını, hətta onlarla canlı qüvvəsini məhv edə
bildi. 1992-ci il 11 may Şıxarx uğrunda qanlı döyüşlər
gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə
düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini
alır. Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar
mühasirəyə düşən 27 döyüşçünü azad etsələr də, lakin
özləri mühasirəyə düşdülər. Rövşən atəş nöqtəsini öz
üzərinə cəlb edərək tə ləbələrə təhlükəsiz yerə çəkilmək
əmrini verir. Tə ləbələrdən ikisi həlak olur, digərləri
isə mühasirədən çıxa bilir. Pulemyotu ilə erməni
faşistlərinin xeyli hissəsini məhv edən cəsur və tən
övladı döyüş mey da nında qəhrəmancasına həlak oldu.
14 may diplom işinin müdafiəsi qəhrəman döyüşçüyə
qismət olmadı. 
Subay idi.
Azərbaycan Res pub likası Prezidentinin 16 no yabr
1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov
Rövşən Şəmil oğlu ölümündən sonra "Azərbaycanın
Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
117
M
M

14. Rzayev Canpolad Yaqub oğlu (1969-1992)
Canpolad Yaqub oğlu
Rzayev 05 sentyabr 1969-
cu ildə Ağdam rayonunun
Çuxurməhlə kəndində
anadan olmuş, 1985-ci ildə
Əhmədavar kənd orta mək -
təbini bitirmişdir. Daha
sonra Sovet Ordusu
sıralarında hərbi xidmətdə
olmuşdur. Erməni qəsb 
-
karları növbəti dəfə torpaq
iddiası ilə təcavüzə baş 
-
layarkən, Və 
tənin ağır günündə ilk özünümüdafiə
dəstəsi yara danlardan biri, sonralar “Qatır Məmməd”
ləqəbi ilə məş hurlaşmış Yaqub Ələsgər oğlu Rzayev
oldu. Yaqub kişinin ilk oğlu Canpolad Rzayev də
dəstəyə üzv oldu. Dəstənin üzvləri hünər meydanında
öz sözlərini deyərək düşmənə ağır zərbələr endirir,
itkilərə məruz qoyurdular. Bütün döyüşlərdə Yaqub və
Canpolad Rzayevlərin öndə getməsi döyüşçülərə ruh
yüksəkliyi verir, qələbəyə inamı artırırdı. N saylı hərbi
hissə statusu verilmiş dəstə hər cür silah və texnika ilə
təchiz olunurdu. 26 fevral, qanlı xocalı facisəsi günü
Xocalılara kömək məqsədilə tankına oturaraq
Qaraqaya kəndinə üz tutdu, hərbi hissənin bütün
118
M
M

heyəti döyüşə atılmışdı. Həmin döyüşdə Canpolad
Rzayev BRDM-dən (бронированная разведыва-
тельно-дозорная машина) açılan güllələrdən həlak
oldu. Xalqımızın tarixinə qəhrəmanlıq salnaməsi yazdı
Canpolad Rzayev.
Evli idi, iki övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun
1992-ci il tarixli 833 saylı fərmanı ilə Rzayev Canpolad
Yaqub oğluna ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adı verilmişdir.
Ağdam şəhərinin Şəhidlər xiyabanında dəfn ol-
unub.
15. Əliyev Nadir Alış oğlu (1962-1993)
Nadir Alış oğlu Əliyev
30 iyun 1962-ci ildə
Ağdam ra yonunun Əliağalı
kəndinin Kolanı obasında
dünyaya gəlmiş, 1981-ci
ildə Bakı Politexnik
Texnikumunu bitirmiş və
elə həmin ildə BDU-nun
hü quq fakültəsinə daxil ol -
muşdu. Hərbi xidmətdə
olar kən  təhsilini  da yan -
dırmadan 1986-cı ildə
SSRİ DTK-nin ali məktəbinə qəbul olmuş və 1991-ci
119
M
M

ildə həmin məktəbi, 1993-cü ildə isə hüquq fakültəsini
bitirmişdi. Erməni vəhşiliklərindən hiddətə gəlmiş
Nadir Əliyev leytenant rütbəsi ilə MTN-nin Ağdam –
Ağcabədi şöbəsində xidmət edir. Nadir Əliyev gecələr
kəşfiyyata çıxır, ermənilərin məntəqələrinin yerini
dəqiqləşdirir lazımı yerlərə məlumat verirdi. Leytenant
Nadir Əliyev N-saylı Ağdam ərazi özünmüdafiə
alayının komandiri Şirin Mirzəyevlə çiyin-çiyinə
verərək hücum əməliyytaları hazırlayır və əməliyyatın
uğurla keçirilməsində var qüvvəsini əsirgəmirdi. İyulun
22-də düşmən Qiyaslı kəndi istiqamətindən Ağdama
hücuma keçdi, vətənin igid oğlu baş leytenant Nadir
Əliyev döyüşdə sinəsindən üç güllə yarası alaraq
həlak oldu. 
Ailəli idi. İki övladı var.
Azərbaycan Res pub likası Prezidentinin 9 oktyabr
1994-cü il tarixli 218 saylı Fərmanı ilə Əliyev Nadir
Alış oğlu ölümündən sonra "Azərbaycanın Milli
Qəhrəmanı" adına layiq görülmüşdür.
Suraxanı rayonundakı 282 saylı orta məktəb
qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə
lövhəsi vurulub.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn
edilmişdir.
120
M
M

16. Ağdamın yeganə həyatda olan Milli
Qəhrəmanı  Əkbərov Rövşən Telman oğlu — 
General-Leytenant.
4 iyun 1965-ci ildə
Bakı şəhərində anadan
olmuşdur. 1972-ci ildə 42
saylı məktəbin birinci
sinfinə getmiş, səkkizinci
sinfə qədər burada təhsil
almışdır. 1979-cu ildə
C.Naxçıvanski adına Hərbi
Məktəbə (indiki Hərbi Lit-
sey – red.) daxil olur.  O,
1982-ci ildə təhsilini
müvəffəqiyyətlə başa
vurur. Sonra isə Kiyev Ali Ümumqoşun Ko man dirlər
Məktəbi… Gənc zabit 1986-cı ildə təyinatla Za-
qafqaziya  Hərbi Dairəsi koman danlığının sərəncamına
gön də rilir. O, bir il Zaqaf qaziya Hər bi Dairəsinin  N-
saylı Ümum 
qoşun Ordusunun N-saylı motoatıcı
diviziyasının N-saylı motoatıcı alayında kəşfiyyat
bölüyünün taqım ko man diri işləyir. 1987-ci il də taqım
komandiri kimi xidmət etdiyi Ordunun tərkibində
Əfqanıstana göndərilir. Burada xidmətini uğurla başa
vuran peşəkar zabit, 1988-ci ildə Zaqafqaziya  Hərbi
Dairəsinə dönür və N-saylı motoatıcı alayında
121
M
M

xidmətini davam etdirir. O, 1989-cu ildə xidmət etdiyi
alayda bölük komandiri vəzifəsinə təyin edilir.
Azərbaycan müstəqillik qazanandan sonra Rövşən
Əkbərov öz taleyini Milli Ordumuzla bağlayır. 1990-cı
ildən 1992-ci ilə kimi Beyləqan rayonunda hərbi
komissarın köməkçisi, sonra isə Azərbaycan
Respublikası Silahlı Qüvvələri tərkibində müxtəlif
vəzifələrdə çalışır. 1992-93-cü illərdə N-saylı xüsusi
təyinatlı əlahiddə hərbi hissənin tabor komandirinin
müavini, 1993-95-ci illərdə isə motoatıcı alayın ko-
mandiri vəzifələrində işləyir. Bacarığı və yüksək
təşkilatçılıq qabiliyyəti ilə seçilən R.Əkbərov 1995-ci
ildə N-saylı motoatıcı briqadanın komandiri təyin ol-
unur. 1997-ci ilə qədər həmin vəzifədə çalışır.
Erməni işğalına qarşı döyüşlərdə yaxından iştirak
edən  igid komandir dövlət çevrilşinə cəhd edən daxili
qüvvələrə qarşı (AMON-a qarşı) aparılan
əməliyyatlarda da fərqlənmişdir. Bütün bunları nəzərə
alaraq Müdafiə nazirinin əmri ilə o, 1997-ci ildə nazir-
liyin Kadrlar və Hərbi Təhsil İdarəsi rəisinin müavini,
1998-ci ilin may ayında isə  Ordu Korpusu komandiri
vəzifəsinə təyin edilir. 2002-ci ildən general-
leytenantdır. 2011-ci ilin fevralında Şəmkir korpusunun
komandiri təyin olunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün
qorunub saxlanmasında göstərdiyi şücaətə və igidliyə
görə 2 dəfə «Azərbaycan Bayrağı» ordeni ilə təltif
122
M
M

edilmişdir. (14.12.1993-cü il, 59 saylı fərman;
04.04.1995-ci il , 307 saylı fərman).
Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr
1994-cü il tarixli 215 saylı fərmanı ilə Əkbərov Rövşən
Telman oğluna «Azərbaycanın Milli Qəhrəmanı» adı
verilmişdir.
Ailəlidir. İki qız, iki oğul atasıdır.
Azərbaycanın bütövlüyü uğrunda canlarından
keçmiş bu şəxslərin adları artıq Azərbaycan tarixinə
qızıl hriflərlə yazılmışdır. Mərd igidlər yurdu
Azərbaycan hələ bundan sonra da öz tarix səlnaməsinə
neçə-neçə belə igidlərimizin adını yazacaq, ta ki Böyük
Azərbaycan bərqərar olunanadək.
Dağlıq Qarabağın harasın deyim? 
İrəvan xanlığının yarasın deyim?
Dərbəndi kimlərdən sorasan deyim? 
Göyçə mahalında qalasan deyim?
Ərdəbili göstər, orasın deyim.
İsfahan və Təbriz, Xorasan deyim.
Ey qürurlu xalqım, əyilmə deyim.
Hərbi mundirimi əynimə geyim,
Böyük Azərbaycan sözünü deyim!...
ARQ
123
M
M

Yüklə 392,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin